Turistlər Misirdə piramidanın qarşısında, arxiv şəkli

İsaak Nyuton Misir piramidalarının sirrini aça bilib?

32
(Yenilənib 11:44 12.12.2020)
Hərrac evinin əməkdaşı Gabriel Heaton açıqlamasında bildiirb ki, sənədlər əfsunlayıcıdır: "Çünki onlara baxarkən Nyutonun piramidalarının sirrini açmağa çalışdığını görə biləcəksiniz".

BAKI, 12 dekabr — Sputnik. Müasir fizikanın təməlini qoyan ingilis fizik İsaak Nyutonun İncildə olan gizli kodların açılması və qiyamət gününü müəyyən etmə hesablamaları olan əl yazmaları Böyük Britaniyada Sotheby's Hərrac evi tərəfindən satışa çıxarılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Nyutonun Misir ehramlarının sirri ilə bağlı 3 səhifəlik qeydlərinin hərracda yüz minlərlə sterlinqə satılacağı ehtimal edilir.

Hərrac evinin əməkdaşı Gabriel Heaton açıqlamasında bildiirb ki, sənədlər əfsunlayıcıdır: "Çünki onlara baxarkən Nyutonun piramidalarının sirrini açmağa çalışdığını görə biləcəksiniz".

32
Teqlər:
sirr, alim, Misir ehramları
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Emin Əmrullayev peyvənd olunan müəllimlərin sayını açıqladı

21
(Yenilənib 13:09 05.03.2021)
Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur

BAKI, 5 mart — Sputnik. "Artıq təhsil işçilərinin vaksinasiyası prosesinin üçüncü günüdür. Bu müddətdə 1000-dən çox müəllimimizin vaksinasiyası həyata keçirilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

Nazir qeyd edib ki, şagirdlərin davamlı öyrənməsi və təhsil müəssisələrinin mütəmadi fəaliyyətini təmin etmək üçün 50 yaşdan yuxarı pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir: "Birlikdə qısa zaman ərzində bu prosesi uğurla başa çatdıracağımıza inanıram".

Martın 3-dən Azərbaycanda təhsil işçilərinin koronavirus əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

21
Teqlər:
müəllimlər, Sinovac Biotech, vaksinasiya, Azərbaycan
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Məmur portfeli, arxiv şəkli

Mehriban Vəliyevanın müavinləri bəlli oldu - FOTO

17
(Yenilənib 12:18 05.03.2021)
Onlar Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıblar

BAKI, 5 mart — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar həyata keçirilib. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər.

  • Xəyalə Əhmədzadə
    © Photo : From personal archives Hayala Ahmedzade
  • Orxan Kərimov
    © Photo : From personal archives Orhan Kerimov
1 / 2
© Photo : From personal archives Hayala Ahmedzade
Xəyalə Əhmədzadə

Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

17
Teqlər:
təyinat, müdir müavini, BŞTİ

cür qənaət edirsiniz?

0
0