Onlayn təhsil, arxiv şəkli

"Virtual məktəb"də birinci sinif üzrə necə qeydiyyatdan keçməli?

49
(Yenilənib 19:50 04.11.2020)
Şagirdlərin Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) bazaya əlavə olunması üzrə işlər yekunlaşdırılıb.

BAKI, 4 noyabr — Sputnik. 2020-2021-ci tədris ili üzrə 1-ci sinfə qəbul olunmuş şagirdlərin "Virtual məktəb"də qeydiyyatı artıq mümkündür. Belə ki, şagirdlərin Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) bazaya əlavə olunması üzrə işlər yekunlaşdırılıb. Qeydiyyat üçün https://virtual.edu.az saytına daxil olub FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçmək olar.

Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, daha əvvəl 1-ci sinif üzrə şagirdləri qeydiyyatdan keçirməyə cəhd göstərmiş, lakin istifadəçi adı və şifrə almayan şəxslər saytda "Qeydiyyat" bölməsindən şifrə bərpası xidmətindən istifadə edə bilərlər. Şifrə bərpası ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür:

Qeyd edək ki, cari tədris ili üzrə siniflərin komplektləşdirilməsi işləri başa çatdırılıb. Bütün siniflər "Virtual məktəb"də öz əksini tapır.

Qeydiyyat prosesi ilə bağlı videotəlimatla bu linkdən tanış ola bilərsiniz.

49
Teqlər:
virtual, Azərbaycan Təhsil Nazirliyi, Təhsil Nazirliyi
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

20
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

20
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

10
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

10
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

0
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

0
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər