Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyev, arxiv şəkli

Milli Qəhrəman şəhid adı daşıyan məktəblərin sayı açıqlandı

33
(Yenilənib 12:48 26.10.2020)
Bakıda fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır

BAKI, 26 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Xəbərdə bildirilir ki, məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd edək ki, vaxtaşırı olaraq məktəblərdə adını daşıdıqları qəhrəmanların anım mərasimləri keçirilir, onların hamıya örnək həyat yolu gənclərə nümunə kimi göstərilir. Eləcə də təhsil müəssisələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi məqsədilə məqsədyönlü işlər aparılır. Azərbaycan xalqı Milli Qəhrəmanların və şəhidlərin xatirəsini hər zaman uca tutur, onları hörmətlə anır. Dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid alilələri hərtərəfli qayğı ilə əhatə olunur. Azərbaycan əsgəri bu gün də misilsiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda döyüşür, dövlətimizin zəfər tarixini yazır. Şanlı ordumuz döyüş tapşırıqlarını şərəflə yerinə yetirir, uğurlu əməliyyatlar keçirərək bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir. Vətənin bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş igid övladların müqəddəs xatirəsini ehtiramla anır, ön cəbhədə rəşadətlə mübarizə aparan əsgərlərimizə böyük qələbə sevincini yaşamağı arzulayır və tezliklə işğal altında olan digər torpaqlarımızda da üçrəngli bayrağımızın dalğalanacağına əminliyimizi ifadə edirik.

33
Süni intellekt, arxiv şəkli

Süni intellekt Parkinson xəstəliyini müəyyən edə biləcək

17
(Yenilənib 19:31 25.11.2020)
Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

BAKI, 25 noyabr — Sputnik. ABŞ-ın Florida Universitetinin alimləri Parkinson xəstəliyini erkən mərhələdə təyin edə bilən, süni zəka sistemi yaradıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şimali Amerika Radioloji Cəmiyyətinin konfransının materiallarına görə, müayinələr xəstənin göz dibinin şəkli əsasında aparılacaq.

Qeyd edək ki, Parkinson xəstəliyi beyində dopamin istehsal edən neyronların zədələnməsi və ölümü ilə əlaqələndirilir. Bir qayda olaraq, əzaların titrəməsi, məhdud hərəkət və qeyri-sabit yeriş kimi görünən simptomlar başladıqdan sonra aşkar edilir. Yeni tətqiqatlara görə isə, xəstəliyin varlığı daha əvvəl müəyyən edilə bilər. Alimlərin fikrincə, Parkinson xəstəliyi zamanı xəstənin gözündə retinanın kiçik kapilyarlarında anormallıqlar müşahidə edilir.

Süni intellekt həm sağlam insanların, həm də xəstələrin bir neçə yüz fotoşəklini təhlil edib. Araşdırma zamanı müəyyən edilib ki, sistem patoloji dəyişiklik əlamətləri olan şəkilləri müəyyənləşdirə bilir.

Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

Parkinson xəstəliyinin erkən aşkarlanması və müalicənin erkən başlanması xəstəliyin inkişafını ləngidəcək.

17
Teqlər:
ABŞ, Xəstəlik, Parkinson, süni intellekt, alimlər
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə

DİM sədri Azərbaycan dili ilə bağlı məsələyə aydınlıq gətirdi

15
(Yenilənib 15:18 25.11.2020)
M.Abbaszadə əlavə edib ki, DİM tərəfindən Azərbaycan dili imtahanı hazırda qeyri-Azərbaycan dili üzrə təhsil alan məzunlar üçün ayrıca olaraq keçirilir.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan dilinin xarici dil imtahanı kimi ərsəyə gətirilməsi və bunun üçün onlayn tədris və imtahan platformasının yaradılması ölkəmizin ali məktəblərində oxuyan əcnəbi tələbələrin sayının artmasına şərait yaradacaq, əcnəbilərin Azərbaycan dilinin öyrərməsi imkanını artıracaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə danışıb.

Onun sözlərinə görə, DİM ilə Yunus Əmrə İnstitutu arasındakı əməkdaşlıq Türkçə Yetərlik İmtahanının (TYS) imtahanının DİM tərəfindən keçirilməsini, imtahanın Azərbaycan ictimaiyyətində tanıdılmasını, eyni zamanda Azərbaycan Dilinin Xarici Dil İmtahanı kimi ərsəyə gətirilməsi məqsədilə qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

M.Abbaszadə əlavə edib ki, DİM tərəfindən Azərbaycan dili imtahanı hazırda qeyri-Azərbaycan dili üzrə təhsil alan məzunlar üçün ayrıca olaraq keçirilir.

DİM-in bu sahədə bir neçə illik təcrübəsinin olduğunu xatırladan M.Abbaszadə qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli 346 nömrəli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən Nazirlər Kabinetinin "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması"nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn fəaliyyətin həyata keçirilməsində DİM icraçı qurumlardan biri olaraq göstərilib.

15
Teqlər:
Məleykə Abbazsadə, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası, DİM

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0