Dağlıq Qarabağ, arxiv şəkli

Ermənilər Pənahəli xanın qalasını da, hun irsini öz adlarına çıxırlar - deputat

97
(Yenilənib 00:27 14.10.2020)
"Ağdam rayonu işğal olunandan sonra ermənilər burada qanunsuz qazıntılar apararaq tarixi abidəmizi saxtalaşdırır, onun guya "qədim Tiqranakert" şəhəri olması barədə cəfəng iddialarla çıxış edirlər" - deputat.

BAKI, 13 oktyabr — Sputnik. Ermənilər daha bir tarixi abidəmizi saxtalaşdırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Elnur Allahverdiyev məlumat verib.

O bildirib ki, Ağdamda yerləşən Şahbulaq qalası görkəmli dövlət xadimi Pənahəli xanın Qarabağda tikdiyi ikinci qaladır. Ağdam rayonu işğal olunandan sonra ermənilər burada qanunsuz qazıntılar apararaq tarixi abidəmizi saxtalaşdırır, onun guya "qədim Tiqranakert" şəhəri olması barədə cəfəng iddialarla çıxış edirlər.

"Tiqran eramızdan əvvəl I əsrdə yaşamış parfiyalı çardır və ermənilər onu da özününküləşdirirlər. Şahbulaq qalası isə XVIII əsrin ortalarında tikilib. Yəni ortada 19 əsrlik saxtalaşdırma var", - deyən deputatın sözlərinə görə, ermənilərin şəhər adlarında "kert" sonluğu istifadə olunur.

Elnur Allahverdiyev tarixçi Türkan İlqarın "kert" sonluğunun ermənilərə heç bir aidiyyətinin olmadığı barədə mülahizəsini də bölüşüb. Türkan xanımın yazdığı tarixi mülahizədə isə deyilir: 

"Erməni dilində işlədilən şəhər adlarına fikir verək: Tiqranakert, Arkatiakert, Hunarakert, Stepanakert və s. Əslində "kert" hissəciyi erməni dilində heç bir məna kəsb etmir. Vaxtilə erməni dilçiləri özləri bu sözü fars sözü olan "Kirt" ilə əlaqələndirərək "tikmək" "yaratmaq" "qurmaq" sözlərinin ekvivalenti kimi izah edirdilər. Əslində isə "kert" sonluğu hun mənşəlidir. Bu söz hal-hazırda macar dilində (Kert formasında) və fin–uqor xalqlarının dilində işlənilir (Kart/kort formasında). Mənası – bağ, ərazi deməkdir. Qədim şəhərlərin adlarının sonluğunun belə bir məna ilə bitməsi çox məntiqli görünür. Məsələn, Tiqranakert – Tiqranın bağı /ərazisi, Hunarakert – Hunun bağı /ərazisi. Yeri gəlmişkən, ermənilər Hunarakert sözünün izahına da öz dillərindən çıxış edərək məna verə bilmirlər, yenə də fars dilinin "hūnara" - cəsur /mərd sözü ilə əlaqələndirib mənalandırırlar. Ancaq "hunara" sözü də fars mənşəli söz olmayıb türk mənşəlidir, adından da görünür ki, Hunarakert elə hunlarla bağlı olan toponimdir: Hunarakert=Hun+Ər+Kert, yəni Hun ərinin bağı. "Hünər" sözü də türk mənşəli olub, Hun+Ər birləşməsindən yaranmışdır. İngilis dilində olan Honor/Honour - şərəf, şan–şövkət, şərəfli, qeyrətli sözlərini də bu qəbildən hesab etmək olar".

97
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (774)

NASA-dan Ayda inqilabi kəşf

44
(Yenilənib 08:26 27.10.2020)
NASA-nın rəhbəri Cim Braydenstayn Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkarladıqülarını bildirib.

BAKI, 27 oktyabr - Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Sahənin Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkar edib.

Sputnik Türkiyə-nın məlumatına görə, bu barədə NASA-nın rəhbəri Cim Braydenstayn özünün "Twitter" səhifəsində yazıb.

Braydenstaynın sözlərinə görə, tapıntı haqqında məlumatlar “SOFIA” teleskopunun köməyi ilə alınıb.

"Biz ilk dəfə Ayın Günəş tərəfində suyun mövcudluğunu təsdiq edə bilərik", - Braydenstayn bildirib.

O, qeyd edib ki, NASA hələ bu sudan resurs kimi istifadə etməyin mümkün olub-olmadığını bilmir. Ayda suyun mövcudluğu NASA-nın sonrakı tədqiqat planları üçün əsasdır.

Kolorado Universitetinin astrofizika üzrə professoru Pol Hayn və komandasının NASA-ya aid bir peyk tərəfindən qeydə alınan kamera görüntülərindən və temperatur ölçmələrindən istifadə edərək gəldikləri nəticəyə görə, buz kütlələri 40 min kilometr, yaxud ay səthinin yüzdə 0.1 % -i miqyasında ərazini tutur. 

"Əvvəllər kəşf edilməyən bu buz hovuzlarından milyardlarla görürük. Bu, buzu daha asan əldə etmək üçün fürsət yaradır. Ayda kosmonavtların ehtiyac duyacağı şeylər baxımından bunun inqilabi kəşf olduğunu düşünürük", - deyə Hayn bildirib. 

NASA bundan əvvəl "Artemis" adlı proqramı çərçəvəsində 2024-cü ildə Ay səthinə bir qadın və bir kişi kosmonavt göndərməyi planlaşdırdığını açıqlamışdı. 

44
Məktəb

Yarıbayarı azalan Qubadlı məktəbləri qayıdış həsrətində

23
(Yenilənib 14:39 26.10.2020)
Qubadlı rayonunda məktəblərin sayı 62, müəllimlərin sayı 1193, şagirdlərin sayı 5 414 olub. 2020-2021-ci ildə isə məktəblərin sayı 32, müəllimlərin sayı 747, şagirdlərin sayı 6 320 olub

BAKI, 26 oktyabr — Sputnik. Təhsil Nazirliyi Qubadlı rayonunun təhsil statistikası ilə bağlı infoqrafika hazırlayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1992-1993-cü tədris ilində Qubadlı rayonunda məktəblərin sayı 62, müəllimlərin sayı 1193, şagirdlərin sayı 5414 olub. 2020-2021-ci ildə isə məktəblərin sayı 32, müəllimlərin sayı 747, şagirdlərin sayı 6320 olub.

23
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (774)
Əlaqədar
Qubadlı şəhəri işğaldan azad edildi - Prezident
Qubadlı, Zəngilan və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edildi - Prezident
Qubadlı quş uçuşundan - FOTO
Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı – video
Bakı limanında gəmilər Qubadlının işğaldan azad olunması şərəfinə qələbə fiti verdilər
Asan könüllüləri təşkilatının reallaşdırdığı “Əsgərə məktub” layihəsi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Əsgərə məktub" layihəsinə qoşulub

0
(Yenilənib 19:28 27.10.2020)
Qurumun əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları mübarizədə Ordumuzun döyüş əzminin daha da artırılması məqsədilə təşkil olunan bu kampaniyada fəal iştirak edirlər.

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Əsgərə məktub" layihəsinə qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, teatrın rəhbər heyəti başda olmaqla, qurumun əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları mübarizədə ordumuzun döyüş əzminin daha da artırılması məqsədilə təşkil olunan bu kampaniyada fəal iştirak edirlər. Böyük ruh yüksəkliyi, həvəslə yazılan hər bir məktubda qüdrətli ordumuza və Ali Baş Komandana, bu günlər hər kəsin ailəsində ən əziz qonağı, ən əziz insanı olan əziz Prezidentimizə güvəndiklərini, həmişə onların yanında olduqlarını bildirirlər. Hər kəs öz hisslərini, sevgi və sayqılarını bir cür ifadə etməyə çalışıb. Hətta aktyorlardan bəziləri baməzə yumorlar, başlarına gələn maraqlı əhvalatları da məktublarda qeyd ediblər ki, əsgərlərimizin xoş ovqatını daha da artırsınlar.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bununla bağlı açıqlamasında bildirib ki, "Teatrda "Əsgərə məktub" layihəsi böyük coşqu ilə qarşılanıb və uğurla davam etdirilir. Mən özüm də əsgərə məktub yazdım və ona inamımı, onunla şərəf və qürur duyduğunu bildirdim.

Qeyd edək ki, bundan öncə də teatr kollektivi Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 15 min manat məbləğində pul vəsaiti ianə edib və könüllü olaraq göstərdikləri bu yardımı yenə də davam etdirirlər. "Qarabağ Azərbaycandır! Yaşasın qüdrətli Ordumuz! Tanrı əsgərlərimizi və Ali Baş Komandanımızı qorusun! Musiqili Teatrın kollektivi Ali Baş Komandana inanır, əsgərlərimizlə qurur duyur və bilirlər ki, Qələbə günümüz uzaqda deyil!" - teatrın kollektivi bildirib.

0
Teqlər:
məktub, əsgər, Dövlət Musiqili Teatrı, Azərbaycan ordusu, dinc sakinlər, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (774)
Əlaqədar
Manas Ata və Dədə Qorqudun ruhu sizə kömək olsun - Qırğız ziyalılar İlham Əliyevə dua etdi
Bir ailədən üç əsgər ön cəbhədə: Tat icması qələbə xəbərini dörd gözlə gözləyir – video
Prezident Azərbaycan xalqını əmin etdi: "Haqq yolumuzdan dönməyəcəyik!"
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb