Здание Национальной Академии Наук Азербайджана в Баку

Ermənistan ərazisində olan Azərbaycan toponimləri erməniləşdirilib

71
(Yenilənib 13:59 08.10.2020)
Qasım Hacıyev: Yer adlarının dəyişdirilməsi Azərbaycan xalqına məxsus olan bu ərazilərdən onların izini itirmək məqsədilə həyata keçirilib.

BAKI, 8 oktyabr — Sputnik. Qərbi Azərbaycan torpaqlarının bir hissəsində yerləşən, indiki Ermənistan ərazisində olan 1220 Azərbaycan toponiminin 964-ü, yəni 79%-i erməniləşdirilib.

Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bu barədə AMEA Qafqazşünaslıq İnstitutu "Ermənişünaslıq" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, indiyə qədər Ermənistanın saxtalaşdıra bilmədiyi bir çox yer adları hələ də aborigen xalqın - Azərbaycan türklərinin tarixini, türk tayfalarının adını (quqark, gorus, sak, aynın, qıpçaq, qaraqoyunlu, şirak, peçenek, axta, kəvər və s.) əks etdirir. Tədqiqat nəticəsində bu ərazinin toponimlərinin qədim türk sözləri (balıq, yazı, art, bək, kəpəz və s.), Azərbaycan dili ilə bağlı coğrafi terminlər (dağ, dərə, düz, təpə, tap, taxt, yal, nüvək, ova, gədik və s.) əsasında formalaşdığı aydın olur.

Tarixçi bildirib ki, erməni müəllif Z.Qorqodyanın "1831-1931-ci illərdə Sovet Ermənistanın əhalisi" kitabında qeydə alınan 2310 oykonimin (yaşayış məntəqəsinin) 2000-dən çoxu türk mənşəli, 300-ə yaxını isə ərəb və fars mənşəli olması deyilənlərə tutarlı sübutdur.

İndiki Ermənistan ərazisinin Azərbaycan türklərinin qədim yaşayış məskəni olduğunu deyən Q.Hacıyev əlavə edib ki, azərbaycanlı türk-müsəlman əhali zaman-zaman erməni təcavüzünə məruz qalaraq bu ərazilərdən deportasiya olunub, yerinə dünyanın müxtəlif ölkələrindən ermənilər köçürülüb məskunlaşdırılıb. Azərbaycanlılar təkcə XX əsrdə dörd dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988) indiki Ermənistan ərazisindən – tarixi-etnik torpaqlarında soyqırımlara məruz qalaraq məcburi şəkildə deportasiya edilib. Gəlmə ermənilər uydurma "Böyük Ermənistan" siyasətinə uyğun olaraq Türksüz Ermənistan ideologiyası əsasında etnik təmizləmə siyasəti həyata keçirib və bu prosesi 1991-ci il avqustun 8-də başa çatdırıblar:

"Bunun nəticəsində Ermənistanda bir nəfər də olsun, azərbaycanlı qalmayıb. Ümumiyyətlə, XX əsrdə iki milyon azərbaycanlı indiki Ermənistandan (Qərbi Azərbaycandan) - tarixi-etnik torpaqlarından qovulub. Düşünülmüş və planlaşdırılmış bu proseslərdən – azərbaycanlıların öz doğma yurdlarından qovulmasından sonra mövcud olan yer adlarının – toponimlərin dəyişdirilməsinə başlanılıb, toponimlər kütləvi şəkildə "soyqırımına" məruz qalıb".

Tarixçi qeyd edib ki, 1935-1989-cu illərdə Ermənistanda hətta yer adlarına qarşı qərəzli siyasət tətbiq edilib və Azərbaycan-türk mənşəli olduğu üçün minlərlə Azərbaycan toponimi xəritələrdən silinib. Yer adlarının dəyişdirilməsi Azərbaycan xalqına məxsus olan bu ərazilərdən onların izini itirmək məqsədilə həyata keçirilib:

"Ermənistan ərazisindəki toponimlərin mənşəcə türklərə məxsus olduğu danılmaz həqiqətdir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə indiki Ermənistanın türk mənşəli toponimlərinə dair məlumatlar verilib. XIX əsr müəlliflərinin əsərlərində indiki Ermənistan ərazisində qeydə alınmış toponimlərin türk mənşəli olmasına dair məlumatlar var. SSRİ-nin süqutu və Ermənistan Respublikasının müstəqilliyinin elan edilməsindən sonrakı mərhələdə də Ermənistan dövləti tarixi adlar və toponimlərin saxtalaşdırılması dövlət səviyyəsində həyata keçirilib. Azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiya edildiyi Ermənistanda əksər türkmənşəli toponimlər və oykonimlər dəyişdirilib, erməni dilində adlandırılıb".

71
Cəbhəyanı bölgədə məktəb, arxiv şəkli

Cəbhəyanı bölgələrin təhsilsiz qalan uşaqları - Onların bir əlində kitab, digərində ...

13
(Yenilənib 16:48 20.10.2020)
"Müəllimimiz deyib ki, məktəb bağlansa da, biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Bir əlində dərs kitabı, digərində oyuncaq tapançalar... Müharibə dövrünün uşaqları olduqları o məsum çöhrələrindəki kədərdən hiss olunur. Gözlərini atəş səsi ilə açdıqlarından onların oynadıqları oyunlar da elə müharibəni xatırladır. Biz həyətə çatanda balaca qəhrəmanlarımız dava-dava oynayırdılar. Halbuki, bu saatda onlar da digər həmyaşıdları kimi əllərində çanta məktəbdən qayıtmalı idilər.

Təhsil Nazirliyinin məlumatına görə, cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən dərslər dayandırılıb. Həmin məktəblər arasında Ağdam rayonu Üçoğlan kənd orta məktəbi də var. Sputnik Azərbaycan cəbhəyanı ərazidə yerləşən Üçoğlan kənd orta məktəbinin hərbi vəziyyətlə əlaqədar dərsləri dayandırılmış şagirdləri ilə görüşüb, onların dərslərini hansı formada davam etdirməsi ilə maraqlanıb.

Üçoğlan kənd orta məktəbinin ikinci sinif şagirdləri ElşadRəhim Sadıqzadə qardaşdırlar. Onlar yeni tədris ilinin başlanmasını səbirsizliklə gözləsələr də, Ermənistanın dinc əhalini, təhsil müəssisələrini hədəf alması səbəbindən dərsə gedə bilmirlər. Elşad Sadıqzadə deyir ki, həm müəllimləri, həmçinin də sinif yoldaşları üçün çox darıxıb: "Ermənilər kəndimizə raket atırlar. Ona görə də bizim məktəbimizi bağlayıblar. Amma mən çox istəyərdim ki, məktəb açılsın. Çünki sinif yoldaşlarım üçün darıxmışam".

Cəbhədə vəziyyət gərginləşəndən Sadıqovlar ailəsi uşaqları təhlükəsiz yerə apardıqlarından onların müəllimləri və sinif yoldaşları ilə əlaqəsi kəsilib. Elşad və Rəhimin anası Aysel Sadıqova deyir ki, Ermənistan silahlı qüvvələri dinc sakinləri, təhsil müəssisələrini hədəfə aldığından uşaqlar tədrisdən tamamilə kənar qalıblar:

"Nə müəllimlərlə əlaqəmiz var, nə də ki valideynlərlə. Məktəblər bağlanandan öz uşaqlarımıza özümüz müəllimlik edirik. Bizim sığındığımız yerdə nə internet var, nə də ki televizor. Ona görə də uşaqlar teledərsləri də izləyə bilmirlər. Naəlac qalıb dərsi uşaqlara özüm başa salıram. Uşaqlara məktəbin bağlanması çox pis təsir edib. Hər gün məndən dərsə nə vaxt gedəcəklərini soruşurlar. Başa salıram ki, Ermənistan uşaq-böyük bilmir. Sizin həyatınız üçün təhlükə olduğundan məktəb bağlanıb".

Balaca Rəhim isə Ermənistanın atdığı nə mərmilərdən qorxur, nə də ki raketlərdən. Deyir ki, atamın yanına, öz kəndimizə getmək istəyirəm. Oyuncaq tapançasını isə bir saniyə də kənara qoymur. Hətta dərs oxuyanda da oyuncaq tapançası yanında olur Rəhimin: "Bu tapançaları atam alıb bizə. Əgər ermənilər bizə atsalar, biz də onları qorxudacağıq..."

Balacalarla söhbət zamanı öyrənirik ki, məktəblər bağlansa da, dərslərinə bir gün də ara verməyiblər. Rəhim sinfin əlaçısı olduğundan dərslərinə daha məsuliyyətli yanaşır. Onun sözlərinə görə, müəlliminə yaxşı oxuyacağına dair söz verib: "Müəllimimiz deyib ki, məktəb bağlansa da biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə".

Elşad da müəllimin tapşırıqlarına əməl etdiyini söyləyir: "Müəllim deyib ki, hər gün ən azı iki səhifə oxumalıyıq ki, üzündən oxumağı unutmayaq. Mən həm çalışmalarımı həll edirəm, həm də dərslərimi oxuyuram".

Amma Elşadla Rəhim məktəbdə daha həvəslə oxuduqlarını da gizlətmirlər. Deyirlər ki, məktəbdə müəllim onlara ulduz verdiyindən oxumağa daha da həvəsli olurlar. Onların ən böyük arzusu da dərslərinə məktəbdə davam etməkdir. Çox təəssüf ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarının davam etməsi Elşadla Rəhim kimi yüzlərlə cəbhəyanı bölgədə təhsil alan şagirdləri məktəbdən uzaq salıb. Ordumuzun qarşısında aciz qalan Ermənistan mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz var, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Nəticədə cəbhə bölgəsində yerləşən təhsil müəssisələrində dərs cədvəli dəyişdirilib.

13
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Atılan mərmilər Ağcabədi sakinini evsiz qoydu - video
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Mars haqda NASA-nın illüstrasiyası

NASA rəhbəri Marsda həyat tapmaq üçün Aydan istifadəni təklif edir

23
(Yenilənib 02:48 18.10.2020)
2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub

BAKI, 18 oktyabr - Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı Milli İdarəsinin (NASA) başçısı Cim Braydenstayn Mars cəmiyyətinin videokonfransı zamanı Mars planetində həyat izlərinin tapılması şanslarını dəyərləndirib.

Braydenstayn qeyd edib ki, Marsda həyat olmasına dair izlər hələ tapılmayıb, amma bunun ehtimalı artmaqdadır. “Nə qədər çox axtardıqca əmin oluruq ki, həyat üçün vacib olan elementlər qədimlərdə Marsda olub və elə indi də var”, - NASA rəhbəri deyib.

O, həmçinin əmindir ki, “Perseverance” (“Təkid”) aparatında quraşdırılmış cihazlar Mars haqda daha çox məlumat toplamağa imkan verəcək. Məsələn, qrunt nümunələri toplamaq, yaxud pilotlu ekspedisiyaya hazırlaşmaq kimi. Braydenstaynın fikrincə, bunun üçün ən qısa yol – Aydan istifadə etməkdir. O dəqiqləşdirib ki, Yerin təbii peykində sonralar Marsda istifadə edilməsi mümkün olan texnologiyaları sınaqdan çıxarmaq, təkmilləşdirmək olar.

“Ayın üstünlüyü ondadır ki, oradan 3 gün ərzində qayıda bilərsən. Nəsə pis bir şey olsa, evimizə qayıda bilərik”, - o deyib.

2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub. Razılaşmadakı yeni on prinsipə görə, gələcək Ay bazaları ətrafında “təhlükəsiz zona” anlayışı əlavə olunub. Bundan başqa, NASA əldə edilən elmi məlumatların açıq mübadiləsini, eləcə də kosmik aparatların Ayda qeydiyyatını təklif edir.

23
Əlaqədar
Biz Aya salavat çevirəndə baxırıq, onlar təbii peykdə davranış qaydaları hazırlayırlar
Ay səthindəki radiasiya ölçüldü
Ulduzlara yaxın: Yerin müxtəlif yerlərindən gecə səmasının inanılmaz görüntüləri
Venera planetində həyat var?!
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Bütün imkanlarımızla Azərbaycanı dəstəkləyəcəyik - Türkiyənin Milli Müdafiə naziri

0
(Yenilənib 18:30 20.10.2020)
Hulusi Akar: "Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik".

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Atəşkəsi pozan Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutur, uşaq qadın demədən günahsız xalqı qətlə yetirməyə davam edir. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq", - deyə Akar bildirib.

Akar Azərbaycanı bütün imkanları ilə dəstəkləyəcəklərini əlavə edib:

"Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik."

0
Əlaqədar
"İki dövlət, tək millət. Azərbaycan, yanındayıq" - Qardaş ölkənin dəstəyi davam edir
Hulusi Akar - Cavablarını veririk
Hulusi Akar: "Ermənistan həddini aşdı, bizimsə daha 30 il gözləməyə səbrimiz yoxdur"
Hulusi Akar: "Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir"