Məktəblilər, arxiv şəkli

Azərbaycanda daha 12 şagird koronavirusa yoluxdu

23
(Yenilənib 18:01 07.10.2020)
Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub. Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 2, siniflərin sayı 27 olub

BAKI, 7 oktyabr — Sputnik. Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 7-də 6 şagirdin, 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 12 şagird və 2 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub. Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 2, siniflərin sayı 27 olub.

23
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (316)
Əlaqədar
Azərbaycanda daha 182 nəfər koronavirusa yoluxdu
"Yorulmuşdum, işlərimi çatdıra bilmirdim" - Cəlal İsayev
Professor: “Pandemiya dövründə qrip əleyhinə vaksinasiya daha da aktuallaşır”
Azərbaycan əsgəri, Ordumuz naminə özünüzü koronavirusdan qoruyun - Komitə sədri
"Kollektiv immunitet" yaratmaqla koronavirusdan qurtulmaq olarmı?

NASA-dan Ayda inqilabi kəşf

41
(Yenilənib 08:26 27.10.2020)
NASA-nın rəhbəri Cim Braydenstayn Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkarladıqülarını bildirib.

BAKI, 27 oktyabr - Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Sahənin Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkar edib.

Sputnik Türkiyə-nın məlumatına görə, bu barədə NASA-nın rəhbəri Cim Braydenstayn özünün "Twitter" səhifəsində yazıb.

Braydenstaynın sözlərinə görə, tapıntı haqqında məlumatlar “SOFIA” teleskopunun köməyi ilə alınıb.

"Biz ilk dəfə Ayın Günəş tərəfində suyun mövcudluğunu təsdiq edə bilərik", - Braydenstayn bildirib.

O, qeyd edib ki, NASA hələ bu sudan resurs kimi istifadə etməyin mümkün olub-olmadığını bilmir. Ayda suyun mövcudluğu NASA-nın sonrakı tədqiqat planları üçün əsasdır.

Kolorado Universitetinin astrofizika üzrə professoru Pol Hayn və komandasının NASA-ya aid bir peyk tərəfindən qeydə alınan kamera görüntülərindən və temperatur ölçmələrindən istifadə edərək gəldikləri nəticəyə görə, buz kütlələri 40 min kilometr, yaxud ay səthinin yüzdə 0.1 % -i miqyasında ərazini tutur. 

"Əvvəllər kəşf edilməyən bu buz hovuzlarından milyardlarla görürük. Bu, buzu daha asan əldə etmək üçün fürsət yaradır. Ayda kosmonavtların ehtiyac duyacağı şeylər baxımından bunun inqilabi kəşf olduğunu düşünürük", - deyə Hayn bildirib. 

NASA bundan əvvəl "Artemis" adlı proqramı çərçəvəsində 2024-cü ildə Ay səthinə bir qadın və bir kişi kosmonavt göndərməyi planlaşdırdığını açıqlamışdı. 

41
Məktəb

Yarıbayarı azalan Qubadlı məktəbləri qayıdış həsrətində

23
(Yenilənib 14:39 26.10.2020)
Qubadlı rayonunda məktəblərin sayı 62, müəllimlərin sayı 1193, şagirdlərin sayı 5 414 olub. 2020-2021-ci ildə isə məktəblərin sayı 32, müəllimlərin sayı 747, şagirdlərin sayı 6 320 olub

BAKI, 26 oktyabr — Sputnik. Təhsil Nazirliyi Qubadlı rayonunun təhsil statistikası ilə bağlı infoqrafika hazırlayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1992-1993-cü tədris ilində Qubadlı rayonunda məktəblərin sayı 62, müəllimlərin sayı 1193, şagirdlərin sayı 5414 olub. 2020-2021-ci ildə isə məktəblərin sayı 32, müəllimlərin sayı 747, şagirdlərin sayı 6320 olub.

23
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Qubadlı şəhəri işğaldan azad edildi - Prezident
Qubadlı, Zəngilan və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edildi - Prezident
Qubadlı quş uçuşundan - FOTO
Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı – video
Bakı limanında gəmilər Qubadlının işğaldan azad olunması şərəfinə qələbə fiti verdilər
Bakıda yağışlı hava

Sabah yağışlı dumanlı hava gözlənilir

0
Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir

BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 28-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

0