Dərsliklər, arxiv şəkli

Dərsliklərlə bağlı daha bir problem - əvvəl mətnləri ürküdürdü, indi...

1093
(Yenilənib 01:40 14.09.2020)
"Bütün dərslikləri dezinfeksiya etmək mümkün deyil. Çünki dezinfeksiyaedici maddələrin kimyəvi tərkibi var. Bu maddələr dərsliyin şriftini yararsız hala sala bilər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Sabah yeni tədris ili başlayır. Vaxtında tərpənən dərsliyini aldı. Amma narahatlıq doğuran əsas məqamlardan biri dərsliklərin paylanmasının gecikməsi yox, onların gigiyenik baxımdan vəziyyətidir. Qeyd edək ki, hələ bir müddət əvvəl köhnə dərsliklərin dezinfeksiya edildikdən sonra şagirdlərə paylanılacağı barədə məlumatlar yayılmışdı. Sputnik Azərbaycan yeni tədris ili ərəfəsi valideynləri maraqlandıran bu mövzuya toxunaraq dərsliklərlə bağlı gigiyenik vəziyyəti araşdırıb.

Dərslik paylanılan valideynlər Sputnik Azərbaycan-a açıqlamasında bildiriblər ki, uşaqlarına paylanılan dərsliklərin keyfiyyəti o qədər də ürəkaçan deyil. Valideyn Gülnar Səfərovanın sözlərinə görə, 3-cü sinif üçün olan Ana dili və Riyaziyyat köhnə, digər dərsliklər isə normal vəziyyətdədir. Valideyn deyir ki, dərsliklər arasında yeni çap olunanları olsa da, əksəriyyəti işlənmiş dərsliklərdir: "Pandemiya olduğu üçün biz dərslikləri evə gətirən kimi spirtlədik. Amma dərsliyin hər vərəqinə şagird toxunub. Bütün vərəqləri isə spirtləmək mümkün deyil".

Elə Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərsliklərin dezinfeksiyası mümkün deyi: "Biz mütəmadi olaraq məktəbləri dezinfeksiya edirik. Bu zaman kitabxanalar da dezinfeksiya olunur. Amma bütün dərslikləri dezinfeksiya etmək mümkün deyil. Çünki dezinfeksiyaedici maddələrin kimyəvi tərkibi var. Bu maddələr dərsliyin şriftini yararsız hala sala bilər. Dərsliklər isə oxumaq üçündür. Əgər şrifti pozulsa, şagird dərslikdən lazımi biliyi əldə edə bilməyəcək. Bu baxımdan dərsliklər dezinfeksiya olunmur. Dərsliyin hər səhifəsini dezinfeksiya etmək də mümkün deyil. Ona görə də dərsliklərlə bağlı məktəblərdə icbari dezinfeksiya işləri aparılır. Yəni dərsliklər spirtlə dezinfeksiya olunur".

A.Məmmədov deyir ki, dərslikdən virusun keçmə ehtimalı azdır. Mərkəz rəhbəri deyir ki, dərslikdən hər-hansı viruslu xəstə istifadə edərkən təhlükə yarana bilər.

Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərsliklərin dezinfeksiyasına ehtiyac yoxdur:

"Dərsliklərin təhvil götürülmə prosesi pandemiyaya görə yubansa da, proses artıq başa çatıb. Hazırda şagirdlərə bu tədris ili üçün dərsliklər paylanılır. Koronavirus əşyaların üzərində uzun müddət yaşaya bilmədiyindən, dərsliklərdən virusun keçmə ehtimalı çox azdır. Ona görə də düşünürəm ki, dərsliklər virusun yayılması üçün təhlükə mənbəyi hesab oluna bilməz" .

Məlumat üçün xatırladaq ki, 2019-2020-ci tədris ilində 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib. Təhsil Nazirliyindən verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

 Qeyd olunub ki, 2020-2021-ci tədris ili üçün ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI siniflərinə ümumilikdə 339 adda 7 233 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulub. Onlardan 260 adda 6 912 174 nüsxəni dərsliklər, 79 adda 3 210 40 nüsxəni isə metodik vəsaitlər təşkil edir. Bu kağız dərsliklər əsasında 48 adda yeni elektron dərsliyin hazırlanması, 46 adda mövcud elektron dərsliyin isə təkmilləşdirilmiş kağız dərsliklərə uyğunlaşdırılması həyata keçiriləcək. Bununla yanaşı, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 1 856 99 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulub. 2019-2020-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.

1093
Teqlər:
təhsil, dezinfeksiya, şagird, məktəbli, Koronavirus, virus, təhlükə, dərslik
Əlaqədar
On bir il qulaq ardına vurulan qanun və ya indi Sokrat olmağın nə mənası var?
Ekspert: “Müasir dövrün tələblərinə cavab verən dərsliklər yazılmır”
Azərbaycan məktəblərində şagirdlərə gələcəyi görməyi öyrədəcəklər: bu, mistika deyil
Ulağa gücü çatmayan palan döyəclər: Dərsliklər nə vaxtadək günahkar qalacaq?
Oxutmuram, əl çəkin: Belə getsə, repetitorlardan can qurtarmaq olmayacaq
Azərbaycan hərbçisi, arxiv şəkli

Cəbiş müəllimin davamçıları şagirdlərinə gerçək döyüş zəfəri anladacaqlar

25
(Yenilənib 18:26 21.10.2020)
"Cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər Ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!"

BAKI, 21 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərindən ordu sıralarına qoşulan işçilərin sayı açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində təhsil müəssisələrində çalışan 127 təhsil işçisi Azərbaycan Ordusunun sıralarına qoşulub: "Onlardan 122-si müəllim, 5-i direktor müavinidir. İşğalçı Ermənistan tərəfindən zəbt edilmiş torpaqlarımızın və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması işinin davam etdirilməsi, düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikasının məhv olunması Azərbaycanın güclü ordusunun olduğunu bir daha göstərir.

Ermənistanın son təxribatlarına və hücum cəhdlərinə layiqli cavab verən qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz sözünü deyir, qəsbkar düşmənə öz yerini göstərir. Bu günlərdə on minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək hər an döyüşə getməyə hazır olduğunu bildirir və mübariz ruhda ordu sıralarına qoşulur. Cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!"

25
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Xocalıda kişilərlə birlikdə vuruşan qadın: 5 gün meşədə nəvələrimə qar yedirib saxladıq
"Hərbi forma geyinməyin!" - Əflatun Amaşov
Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb
"Oğullarımla birgə döyüşə getməyə hazıram" – cəbhəyanı kəndlərdə mərmidən qorxmurlar
Cəbrayıllı alim: "Kəndimizi atəşə tutan Hadrut azad olunanda sevincim yerə-göyə sığmadı"
Elşad və Rəhim Sadıqzadə

Cəbhəyanı bölgələrin təhsilsiz qalan uşaqları - Onların bir əlində kitab, digərində ...

71
(Yenilənib 11:53 26.10.2020)
"Müəllimimiz deyib ki, məktəb bağlansa da, biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Bir əlində dərs kitabı, digərində oyuncaq tapançalar... Müharibə dövrünün uşaqları olduqları o məsum çöhrələrindəki kədərdən hiss olunur. Gözlərini atəş səsi ilə açdıqlarından onların oynadıqları oyunlar da elə müharibəni xatırladır. Biz həyətə çatanda balaca qəhrəmanlarımız dava-dava oynayırdılar. Halbuki, bu saatda onlar da digər həmyaşıdları kimi əllərində çanta məktəbdən qayıtmalı idilər.

© Sputnik / Zulfiyya Guluyeva
Elşad Sadıqzadə

Təhsil Nazirliyinin məlumatına görə, cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən dərslər dayandırılıb. Həmin məktəblər arasında Ağdam rayonu Üçoğlan kənd orta məktəbi də var. Sputnik Azərbaycan cəbhəyanı ərazidə yerləşən Üçoğlan kənd orta məktəbinin hərbi vəziyyətlə əlaqədar dərsləri dayandırılmış şagirdləri ilə görüşüb, onların dərslərini hansı formada davam etdirməsi ilə maraqlanıb.

Üçoğlan kənd orta məktəbinin ikinci sinif şagirdləri ElşadRəhim Sadıqzadə qardaşdırlar. Onlar yeni tədris ilinin başlanmasını səbirsizliklə gözləsələr də, Ermənistanın dinc əhalini, təhsil müəssisələrini hədəf alması səbəbindən dərsə gedə bilmirlər. Elşad Sadıqzadə deyir ki, həm müəllimləri, həmçinin də sinif yoldaşları üçün çox darıxıb: "Ermənilər kəndimizə raket atırlar. Ona görə də bizim məktəbimizi bağlayıblar. Amma mən çox istəyərdim ki, məktəb açılsın. Çünki sinif yoldaşlarım üçün darıxmışam".

© Sputnik / Zulfiyya Guluyeva
Rəhim Sadıqzadə

Cəbhədə vəziyyət gərginləşəndən Sadıqovlar ailəsi uşaqları təhlükəsiz yerə apardıqlarından onların müəllimləri və sinif yoldaşları ilə əlaqəsi kəsilib. Elşad və Rəhimin anası Aysel Sadıqova deyir ki, Ermənistan silahlı qüvvələri dinc sakinləri, təhsil müəssisələrini hədəfə aldığından uşaqlar tədrisdən tamamilə kənar qalıblar:

"Nə müəllimlərlə əlaqəmiz var, nə də ki valideynlərlə. Məktəblər bağlanandan öz uşaqlarımıza özümüz müəllimlik edirik. Bizim sığındığımız yerdə nə internet var, nə də ki televizor. Ona görə də uşaqlar teledərsləri də izləyə bilmirlər. Naəlac qalıb dərsi uşaqlara özüm başa salıram. Uşaqlara məktəbin bağlanması çox pis təsir edib. Hər gün məndən dərsə nə vaxt gedəcəklərini soruşurlar. Başa salıram ki, Ermənistan uşaq-böyük bilmir. Sizin həyatınız üçün təhlükə olduğundan məktəb bağlanıb".

Balaca Rəhim isə Ermənistanın atdığı nə mərmilərdən qorxur, nə də ki raketlərdən. Deyir ki, atamın yanına, öz kəndimizə getmək istəyirəm. Oyuncaq tapançasını isə bir saniyə də kənara qoymur. Hətta dərs oxuyanda da oyuncaq tapançası yanında olur Rəhimin: "Bu tapançaları atam alıb bizə. Əgər ermənilər bizə atsalar, biz də onları qorxudacağıq..."

  • Elşad və Rəhim Sadıqzadə
    © Sputnik / Zulfiyya Guluyeva
  • Dəftər
    © Sputnik / Zulfiyya Guluyeva
  • Dəftər
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 3
© Sputnik / Zulfiyya Guluyeva
Elşad və Rəhim Sadıqzadə

Balacalarla söhbət zamanı öyrənirik ki, məktəblər bağlansa da, dərslərinə bir gün də ara verməyiblər. Rəhim sinfin əlaçısı olduğundan dərslərinə daha məsuliyyətli yanaşır. Onun sözlərinə görə, müəlliminə yaxşı oxuyacağına dair söz verib: "Müəllimimiz deyib ki, məktəb bağlansa da biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə".

Elşad da müəllimin tapşırıqlarına əməl etdiyini söyləyir: "Müəllim deyib ki, hər gün ən azı iki səhifə oxumalıyıq ki, üzündən oxumağı unutmayaq. Mən həm çalışmalarımı həll edirəm, həm də dərslərimi oxuyuram".

Amma Elşadla Rəhim məktəbdə daha həvəslə oxuduqlarını da gizlətmirlər. Deyirlər ki, məktəbdə müəllim onlara ulduz verdiyindən oxumağa daha da həvəsli olurlar. Onların ən böyük arzusu da dərslərinə məktəbdə davam etməkdir. Çox təəssüf ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarının davam etməsi Elşadla Rəhim kimi yüzlərlə cəbhəyanı bölgədə təhsil alan şagirdləri məktəbdən uzaq salıb. Ordumuzun qarşısında aciz qalan Ermənistan mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz var, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Nəticədə cəbhə bölgəsində yerləşən təhsil müəssisələrində dərs cədvəli dəyişdirilib.

71
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Atılan mərmilər Ağcabədi sakinini evsiz qoydu - video
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"

Qubadlı quş uçuşundan - FOTO

0
(Yenilənib 11:53 26.10.2020)
Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanıb və rayonun ərazisindəki digər tarixi abidələrə ziyan verilib

BAKI, 26 oktyabr — Sputnik. Azərkosmos Qubadlının işğaldan azad olunduqdan sonra "Azersky" peyki ilə çəkilmiş təsvirini paylaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, diqqətə çatdırılır ki, işğal altında qaldığı illərdə Qubadlı rayonunun qiymətli ağac növlərindən ibarət meşələri, böyük ehtiyata malik yeraltı sərvətləri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən talan olunub.

Qubadlı rayonunun tarix muzeyində saxlanılan nadir eksponatlar ermənilər tərəfindən oğurlanmış və rayonun ərazisindəki IV-V əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, "Qalalı" və "Göyqala" abidələri və XIV əsrə aid "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü və digər tarixi abidələrə ziyan verilib. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində işğaldan azad olunmuş torpaqlarımıza həyat qayıdır, bu torpaqlarda üçrəngli dövlət bayrağımız dalğalanır. Ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması uğrunda davam edən haqlı mübarizədə qələbə qazanacağımıza əminik. Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!

0
Teqlər:
erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qubadlı
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı – video
Qubadlı şəhəri işğaldan azad edildi - Prezident
Bakı limanında gəmilər Qubadlının işğaldan azad olunması şərəfinə qələbə fiti verdilər
Ağdam və Laçındakı bölmələrimizin atəşə tutulması davam edir