Bakı məktəblərin birində, arxiv şəkli

Məktəb görüş yerinə çevrilir - 4 dərslə şagirdlərə hansı biliyi vermək olar?

703
(Yenilənib 19:39 09.09.2020)
"Bu, şagirdlərin biliyinə müəyyən mənada təsir etsə də, məktəbdə koronavirusa yoluxmanın qarşısını almaq üçün dərsləri əyani formada keçərək, sayını gündəlik dördə endirmək bir çıxış yoludur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. Məktəblərdə dərs sayı azaldılır. Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublunun sözlərinə görə, əyani dərslər (həftə ərzində) narıncı zonalarda 7 saat, sarı zonalarda isə 12 saat nəzərdə tutulur: "Bunu da 4 saat-4 saat böləndə həftədə iki-üç gün dərs edir".

Qeyd edək ki, yuxarı siniflərdə gündəlik dərs sayı 5-6 arası dəyişir. Beş günlük məktəblərdə isə yuxarı siniflərdə dərs sayı altı, altı günlük məktəblərdə isə gündəlik 5-6 olur. Sputnik Azərbaycan ənənəvi təhsildə dərs sayının azaldılmasının şagirdlərin biliyinə təsirini araşdırıb.

Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərs sayı azaldılsa belə, müəllim peşəkardırsa, o, lazımi bilikləri şagirdlərə mənimsədə biləcək: "Bu, müəllimin peşəkarlıq səviyyəsindən asılıdır. Onun proqramı, verəcəyi materialı bilməsindən və prosesdə istifadə edəcəyi interaktiv təlim metodlarından ustalıqla istifadə etməsindən asılıdır. Əlbəttə, bu hal həm də valideynlərin üzərinə müəyyən öhdəliklər qoyur. Onlar bir növ evdə müəllimin köməkçisi rolunda çıxış etməlidirlər".

M.Mürşüdlü bildirir ki, Təhsil Nazirliyinin təqdim etdiyi dərs cədvəli yerli şöbə və məktəblər üçün nümunə olmalıdır: "Hər bir məktəb öz daxili şəraitini nəzərə alaraq dərs cədvəlini də tərtib etməlidir. Məsələn, komplektli məktəblər var ki, sinifdə 5-7 şagird var. Bu həm də məsuliyyətin bölüşdürülməsi deməkdir".

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əyani formada dərslərin azaldılması şagirdlərin bilik əldə etməsinə təsirsiz ötüşməyəcək: "Əlbəttə ki, belə halda mənimsəmə zəif olacaq. Amma nəzərə almaq lazımdır ki, bu qərar şagirdlərin məktəbdə kontaktını minimuma endirmək məqsədilə verilib. Ona görə də düşünürəm ki, effektiv metod tapılmalı, pedaqoji metodologiyanı dəyişməklə əlavə yük yaradan paraqraflar saf-çürük edilməlidir. Bunu da Təhsil Nazirliyi etməlidir.

Nəzərə almalıyıq ki, məktəb artıq təhsilalma yerinə yox, görüş yerinə çevrilir. Müəllimlər gənclərə elə formada dərs keçməlidirlər ki, onlar çox zəruri bilikləri əxz edə bilsinlər. Əvvəl şagirdlər təhsilin subyekti idilər. İndi isə artıq təhsilin obyektinə çevriliblər.

Bu, şagirdlərin biliyinə müəyyən mənada təsir etsə də, məktəbdə koronavirusa yoluxmanın qarşısını almaq üçün dərsləri əyani formada keçərək, sayını gündəlik dördə endirmək bir çıxış yoludur".

Paytaxt məktəbinin adının çəkilməsini istəməyən müəllimi isə Sputnik Azərbaycan-a bildirib ki, məktəb direktoru onlara ənənəvi dərslərin həftədə iki dəfə 5 dərs olmaqla keçiriləcəyini söyləyib:

"Bizə verilən məlumata görə, dərslər ənənəvi formada hər gün 5 dərs olmaqla həftədə iki dəfə keçiriləcək. Ana-dili, ədəbiyyat, riyaziyyat, fizika, ingilis dili dərsləri həftədə iki dəfə əyani keçiriləcək. Yerdə qalan dərslər isə onlayn tədris olunacaq. Bu, ilkin məlumatdır. Bizə onu da bildiriblər ki, 5 günlük məktəblərdə dərslər 6 gün, şagird sayı çox olan siniflər iki hissəyə bölünməklə keçiriləcək".

Qeyd edək ki, V.Yaqublu ibtidai siniflərdə bir dərsin 25, V-XI siniflərdə 30 dəqiqə davam edəcəyi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. O deyib ki, məktəblərdə bir akademik saat 45 dəqiqə olacaq və bu, dəyişməyəcək: "Çünki şagirdlər intensiv şəkildə çalışacaqlar və bəzən bir neçə dərsi bir dərs ərzində öyrənəcəklər. Ona görə də dərs saatının müddəti dəyişməyəcək".

Nazirdən dərslərlə bağlı daha bir əmr>>

V.Yaqublu deyib ki, virtual dərslərin müddəti isə 30 dəqiqədən çox olmamalıdır. Uşaqların məktəblərə hansı günlər gələcəyi isə, şöbə müdirinin sözlərinə görə, dərs cədvəllərindən asılıdır. Məktəblərdə sıxlığının azaldılması üçün bütün sinif komplektləri həftənin günləri arasında bölüşdürüləcək, bununla məktəbə gələn şagirdlərin sayı iki dəfə azaldılacaq. Həmçinin şagirdlər arasında 1,5 m-lik məsafənin qorunması mümkün olmayan sinif komplektlərində onlar iki yarımqrupa bölünəcəklər. Cədvəllər də buna uyğun hazırlanacaq.

703
Teqlər:
görüş, şagird, müəllim, dərs, məktəb
Əlaqədar
Sentyabrın 15-də məktəbə gedəcək şagirdlərin sayı açıqlandı
Onlar da keyfiyyətə güvənmirlər: "Əsas məsələ odur ki, biz bir nəsli itirməyək"
Virtual məktəbdə qeydiyyat dayandırılır
Azərbaycanda 2020-2021-ci tədris ili üçün tətil günləri açıqlandı
Ucuz və asan xaricdə təhsil - Gələcəyimizə vurulan balta
Məktəbli, arxiv şəkli

Təhsildən yayınan uşaqlara nəzarət gücləndiriləcək

19
(Yenilənib 16:12 28.11.2020)
İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

 

BAKI, 28 noyabr — Sputnik. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

İşin icrası Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırılmasından və aidiyyəti dövlət orqanlarının (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir.

19
Teqlər:
Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, strategiya, Milli Fəaliyyət Planı, təhsil, təhsil naziri, Daxili İşlər Nazirliyi, daxili işlər naziri, Təhsil Nazirliyi
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

9
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

9
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona