Tələbə, arxiv şəkli

Kolleclərə ixtisas seçimi başladı

29
(Yenilənib 17:06 03.09.2020)
İxtisas se­çiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar

BAKI, 3 sentyabr — Sputnik. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ixtisas seçimi sentyabrın 3-dən 13-dək internet vasitəsilə həyata keçirilir. İxtisas se­çiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. 2020/2021-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında nəşr olunub.

29
Əlaqədar
DİM bu abituriyentlərə təkrar şans verdi
Bəzi abituriyentlərin müraciətinə baxılmayacaq - DİM-dən xəbərdarlıq
"Əti sənin, sümüyü mənim" dedirtməyənlər - tək dərd pulda deyil ki...
20 nömrəli məktəbdə tədris prosesi

İş dəftərləri ilə bağlı müəmma - Təhsil Nazirliyi isə hələ susur

496
(Yenilənib 19:47 24.09.2020)
"Biz məcbur olub bütün rayonlar üzə poçt şöbələrini gəzirik ki, iş dəftəri alaq. Amma əvvəllər iş dəftərləri bütün məktəbli ləvazimatları və kitab mağazalarında satılırdı"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Yeni tədris ilində iş dəftərlərinin satışı ilə bağlı qəribə vəziyyət yaranıb. Valideynlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, aşağı siniflərdə iş dəftərlərinin satışı bu dəfə kitab mağazalarında deyil, poçt məntəqələrində həyata keçirilir. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, müəllimlər onlara 1 və 2-ci sinif üçün ana dili, riyaziyyat, ingilis dilindən iş dəftərləri almağı tapşırıblar. Bildirilib ki, iş dəftərlərini ancaq poçt məntəqələrindən ala bilərsiniz. Bəzi poçt məntəqələrində isə iş dəftərləri tapılmır: "Biz məcbur olub bütün rayonlar üzə poçt şöbələrini gəzirik ki, iş dəftəri alaq. Amma əvvəllər iş dəftərləri bütün məktəbli ləvazimatları və kitab mağazalarında satılırdı".

© Sputnik / Stringer
İş dəftəri

Sputnik Azərbaycan iş dəftərlərinin poçt məntəqələrində satışının səbəbini araşdırıb.

Xətai rayonu 3 saylı poçtun 16 saylı poçt şöbəsindən iş dəftərinin satıldığını təsdiqlədilər. Poçtdan Sputnik Azərbaycan-a bildirdilər ki, 1-ci və 2-ci sinif şagirləri üçün iş dəftərləri var: "Ana dili və riyaziyyat fənləri üzrə iş dəftərləri iki manat, ingilis dili üzrə iş dəftəri 3 manatdır".

6 saylı poçt filialının 53 saylı poçt şöbəsindən isə bildirdilər ki, iş dəftərləri satılıb qurtarıb. Əlaqə saxladığımız digər poçt məntəqələrinin də əksəriyyətindən iş dəftərlərinin satıldığını, bəzilərini isə çox az qaldığını bildirdilər.

İş dəftərlərinin hansı səbəbdən poçtda satıldığının səbəbini açıqlamadılar:

"Səbəbini biz özümüz də bilmirik. Təhsil Nazirliyindən poçtlara paylanıb, biz də satırıq".

Əlaqə saxladığımız digər poçtlardan da eyni cavabı aldıq. Bildirdilər ki, hansı səbəbdən iş dəftərlərinin poçtlara verildiyindən xəbərsizdirlər: "Bizə satmaq üçün veriblər, biz də satırıq".

"Azərpoçt" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Mehman Mehdiyev isə Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, iş dəftərlərinin poçtlarda satılmasının səbəbi ilə bağlı sualları Təhsil Nazirliyinə ünvanlayın.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, "Azərbaycan dili" - tədris dili fənni üzrə 1-ci sinif üçün iş dəftəri üzrə müstəsna hüquqların sahibi Təhsil Nazirliyi, Təhsil Texnologiyaları Mərkəzidir. Təhsil İnstitutundan sözügedən şöbənin əməkdaşlarının pandemiyaya görə işə gəlmədiyini bildirdilər. Təhsil Nazirliyinin 146 "Qaynar Xətt"indən isə verdiyimiz sualın cavabını bilmədiklərini söylədilər.

496
Əlaqədar
Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumat yayıb
Tələbələr imtahan verirlər, arxiv şəkli

Bəzi tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

9
(Yenilənib 18:00 24.09.2020)
Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək.

BAKI, 24 sentyabr — Sputnik. Ola bilsin ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilsin.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda ali məktəblərə sənəd qəbulu zamanı abituriyentin həssas qrupa aid olub-olmadığı bilinmir:

"Amma ola bilsin ki, belə abituriyentlərin sosial statusu ilə bağlı gələcəkdə təqdim edə biləcəkləri sənəd əsasında onların sayını elə sənəd qəbulu zamanı müəyyən edək. Bu səbəbə görə hazırda bizdə bu il ali məktəbə qəbul olan həssas təbəqəyə aid olan abituriyentlərin sayı barədə məlumat yoxdur. Biz ərizələri qəbul edən zaman şəxsiyyət vəsiqəsinin FİN kodu ilə abituriyentin kimliyini yoxlayırıq".

M.Abbaszadə əlavə edib ki, ödənişli ixtisaslara qəbul olunanların bir qisminin təhsil haqqı dövlət hesabına ödəniləcək:

"Bu, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin üzvləri üçün həmişə olub, amma bu ildən valideyn himayəsindən məhrum olan və s. həssas əhali qrupuna aid edilən ailələrin övladlarının təhsil haqları dövlət tərəfindən ödəniləcək. Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

9
Teqlər:
Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası, Dövlət İmtahan Mərkəzi
Аллея флагов возле здания Организации Объединённых Наций (ООН) в Женеве

Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı

0
(Yenilənib 01:16 25.09.2020)
İlham Əliyev: Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir.

BAKI, 25 sentyabr - Sputnik. Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.

Prezident qeyd edib ki, dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatıb. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.

Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

0
Əlaqədar
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"