Onlayn təhsil, arxiv şəkli

Məsafədən təhsil ödənişi aşağı salacaqmı? Onlar bu sualı çox aqressiv qarşılayırlar

919
(Yenilənib 14:28 03.09.2020)
Apardığımız kiçik araşdırmadan belə məlum oldu ki, özəl ali təhsil müəssisələri onlayn təhsil formasına keçmə səbəbindən təhsil haqlarında endirim etməyi nəinki düşünür, heç ağıllarından belə keçirmirlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Koronavirus pandemiyası dövründə ali məktəblərdə təhsilin onlayn həyata keçirilməsi nəzərdə tutulsa da, heç bir təhsil müəssisəsi təhsil haqlarına güzəşt tətbiq etmək istəmir. 

Bu məsələyə narazılıq bildirən tələbələr sosial şəbəkələrdə distant təhsilin əyani təhsillə müqayisədə keyfiyyətcə aşağı olduğunu, bu səbəbdən də təhsil haqlarında güzəşt edilməli olduğunu bildirirlər. Sputnik Azərbaycan bu tədris ili onlayn təhsilin ali məktəblərdə təhsil haqlarına necə təsir edəcəyini araşdırıb.

Azəbaycan Universitetinin tələbələri Sputnik Azərbaycan-a bildiriblər ki, universitet təhsil haqlarına heç bir güzəşt etməyib: “Bizim universitetdə təhsil haqları 2000 manatdan 3000 manata qədər dəyişir. Amma bizə bu il təhsil distant olduğu üçün təhsil haqlarında endirim ediləcəyi barədə heç bir söz deyilməyib. Amma tələbələr təhsil haqlarında endirim tələb edirlər”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil forması dəyişsə də, ali məktəblər müəllimlərə əmək haqqı verir. Ona görə də bu yükü dövlət ali təhsil müəssisələri çəkə bilsə də, özəl təhsil müəssisələri üçün çətin olar:

“Özəl ali təhsil müəssisələri bunu edə bilməzlər. Çünki gəlirləri ancaq təhsil haqqından formalaşır. Onların başqa yerdən gəliri yoxdur. Onun da çox hissəsi müəllimlərin əmək haqqına gedir. Amma ali təhsil müəssisələri faizlərlə təhsil haqqına endirim edə bilərlər. Bu güzəşt isə çox ola bilməz. Nəzərə alaq ki, bunun üçün ilk addımı dövlət təhsil müəssisələri atmalıdır. Bu zaman özəl ali təhsil müəssisəsələri də təhsil haqlarına, bəlkə, endirim edə bilərlər”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsil müəssisələri distant təhsilə keçiddən sonra distant təhsil ənənəvi təhsildən ucuz başa gəlir: “Pandemiya dövründə tələbələr, müəllimlər auditoriyaya yığışmırlar. Ali məktəb üçün paradoks ondan ibarətdir ki, müəllimlərin əmək haqqı təhsil haqqından verilir. Yəni tələbələr təhsil haqqını ödəməsələr, müəllimlər əmək haqqı ala bilməyəcəklər. Nəzərə almaq lazımdır ki, pandemiya heç kəsdən asılı olan məsələ deyil. Ona görə də burada məcburiyyət ola bilməz. Təhsil müəssisələri təhsil haqqında endirimlə bağlı özləri qərar qəbul etməlidirlər. Təcrübə göstərdi ki, tələbələrin təhsil haqqını hissə-hissə ödəməsi də müəllimlərin maaşlarının gecikməsinə səbəb oldu. Bununla belə, təhsil haqlarında 20-30 faiz güzəşt etmək olar”.

Özəl ali təhsil müəssisələri isə təhsil haqlarında güzəştlə bağlı sualımızı çox aqressiv qarşıladılar. “Xəzər Universiteti”nin qəbul şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, təhsil haqlarında güzəşt üçün mütləq bir səbəb olmalıdır. Pandemiya isə səbəb deyil: “Biz təhsil haqlarına tələbələrə topladığı bala görə güzəşt edirik. Bundan başqa güzəştdən söhbət gedə bilməz!”

Azərbaycan Universitetindən də təhsil haqlarında endirimin nəzərdə tutulmadığını söylədilər. Əlaqə saxladığımız digər universitetlərdən isə sualımızı eşidən kimi dərhal dəstəyi asdılar. Apardığımız kiçik araşdırmadan belə məlum oldu ki, özəl ali təhsil müəssisələri onlayn təhsil formasına keçmə səbəbindən təhsil haqlarında endirim etməyi nəinki düşünür, heç ağıllarından belə keçirtmirlər...

Onlayn dərslərə hazırıqmı? İnterneti, kompüteri, smartfonu olmayanlar neyləsinlər?>>

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar mart ayından ölkədə tədris prosesi tamamilə dayandırılıb. Yeni tədris ilindən isə ali təhsil müəssisələrində dərslər məsafədən təşkil olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl bir qrup valideyn təhsil haqlarında endirim tələbi ilə Təhsil Nazirliyinə müraciət ünvanlamışdı. Onların arasında övladları özəl orta və ali təhsil müəssisələrində təhsil alan valdeynlər vardı. Onu da xatırladaq ki, özəl orta təhsil müəssisələri də təhsil haqlarında heç bir güzəşt etmir.

919
Əlaqədar
"Distant təhsil metodu real, ənənəvi təhsili əvəzləyə bilməz"
Valideynlərin uşaqlarını məktəbə göndərməmək hüququ olacaq
Bakı məktəblərində şagirdlərdən xüsusi informasiya toplanır: "Yoluxan varsa..."
Millətin gələcəyinə vurulan balta - Hər şey əvvəlki kimi pis olmasa da...
Diplom almaq heç bu qədər asan olmamışdı - Yenilik
Национальная Академия Наук Азербайджана. Архивное фото

AMEA-nın iki institutunun rəhbərləri işdən azad olundular

4
(Yenilənib 19:17 22.01.2021)
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun, həmçinin Radiasiya Problemləri direktorları vəzifələrindən azad ediliblər.

BAKI, 22 yanvar - Sputnik. AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib. Onun yerinə hələlik təyinat yoxdur.

Həmçinin Yaqub Mahmudov AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Bu barədə məlumatı AMEA-dan təsdiqləyiblər.

4
Distant təhsil, arxiv şəkli

Təhsil alıb diplomsuz qalanlar - Köhnə qanun tanımır, təzə isə hələ yoxdur

7
(Yenilənib 17:14 22.01.2021)
"Distant təhsil səbəbindən xarici distant diplomun tanınmasından imtina üçün indiki halda heç bir hüquqi əsas yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Koronavirus pandemiyası distant təhsili zəruri etsə də, Azərbaycanda hələ də distant təhsilin diplomları tanınmır. Baxmayaraq ki, pandemiya dövründə Azərbaycanda da ali məktəblər distant təhsilə başlayıb. İndi xaricdə təhsil alan tələbələri narahat edən əsas məqamlardan biri pandemiya dövründə məsafədən təhsilin diplomlarının tanınıb-tanınmayacağı barədədir.

Sputnik Azərbaycan bu suallara aydınlıq gətirməyə çalışıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə ali məktəblər distant təhsil istiqamətində işə başlayıblar. Ona görə də Azərbaycan distant təhsil diplomlarının tanınması istiqamətində işə başlamalıdır: "Mart ayından ənənəvi təhsilə fasilə veriləndən sonra digər ali təhsil ocaqları virtual təhsilə qoşulsalar da, bu, distant təhsil qədər effektli olmadı. Türkiyədə ali təhsil müəssisəsi var ki, onun 100-150 min tələbəsi var. Onların hamısı ənənəvi təhsil almırlar, bir qismi məhz distant təhsil alır. Distant təhsil tələbələr üçün həm də ən sərfəli təhsil növüdür. Azərbaycanda bir çox ali təhsil müəssisələri illərdir inkişafdan geri qalıb. Halbuki, ali məktəb əmək bazarı üçün kadr hazırlayırsa, mütləq yenilikləri tətbiq etməlidir. Bu yolla onlar xaricdən də xeyli tələbə cəlb edərək gəlirlərini artıra bilərlər. Artıq ölkəmizdə də distant təhsil diplomlarının tanınması istiqamətində işə başlanmalıdır".

İKT üzrə ekspert Osman Gündüz də bildirir ki, Təhsil Nazirliyinin indiki halda distant diplomlarla bağlı ikili standartlar tətbiq etməsi yolverilməzdir:

"Nazirlik açıqlama verir ki, xarici ölkələrin universitetlərinə distant formada qəbul olanların aldığı diplom və ixtisaslar yenə də ölkəmizdə tanınmayacaq. Düşünürəm ki, bu cür yanaşma indiki halda ölkəmizə hörmət gətirmir. Bu, açıq-aşkar ikili yanaşmadır və beynəlxalq təhsil platformalarında ölkəmiz üçün də başucalığı gətirməyəcək. Özümüzdə distant formada tədris prosesi davam etdirildiyi bir halda, dünyada, məsələn, top 100-də olan universitetin distant diplomunu tanımamaq sadəcə ağlasığmazdır və heç bir izahı yoxdur. Məlumdur ki, xaricdə təhsil alan şəxslər təhsillərini başa vurduqdan sonra ölkəmizdə onların diplomu birbaşa tanınmır. Onların diplomları tanınmaq üçün müəyyən prosedurlardan keçirilir".

O.Gündüz bildirir ki, yalnız distant təhsil olduğu əsas gətirilərək onların məzunlarının əldə etdiyi diplomların bu prosedurlardan kənarlaşdırılması ikili yanaşmadır. Onun fikrincə, bu, qanunvericiliyə də ziddir: "Distant təhsil forması Təhsil qanununda nəzərdə tutulub. Bu forma ölkədə tətbiq edilir və yekunda dövlətin tanıdığı diplom verilir. Odur ki, məhz "distant forma" səbəbindən xarici distant diplomun tanınmasından imtina üçün indiki halda heç bir hüquqi əsas yoxdur".

Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü Etibar Əliyev isə deyir ki, Azərbaycanda distant təhsil diplomları tanınacaq. Onun sözlərinə görə, bu məsələ yeni qəbul olunacaq "Ali Təhsil haqqında" qanunda öz əksini tapacaq: "Köhnə qanunda isə distant təhsil məsələsi yoxdur. Yeni qanunda distant təhsilin diplomunun tanınması məsələsi öz əksini tapacaq. Xüsusilə pandemiya dövründə distant təhsil formasının tətbiqi çox vacibdir".

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasında, eləcə də dünyanın bir çox ölkəsində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ali təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb və tələbələrin dərslərdə fiziki olaraq iştirak etmədən təhsillərini davam etdirmələrinə şərait yaradılıb. Odur ki, mövcud vəziyyətlə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın tətbiqi zamanı "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin Milli Məlumat mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunan rəsmi məlumat əsasında sözügedən məqam nəzərə alınacaq. Amma ölkəmizdə distant təhsil formasında təhsilin diplomu tanınmır.

7
Teqlər:
qanun, tanınma, diplom, distant, təhsil