Pandemiya zamanı imtahan

Qabiliyyət imtahanlarına qeydiyyat başa çatdı

14
(Yenilənib 14:24 22.08.2020)
Ali təhsil müəssisələrinə XQTİ-yə qəbul olmaq istəyən subbakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı başa çatıb

BAKI, 22 avqust — Sputnik. Qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər, o cümlədən, ali təhsil müəssisələrinə XQTİ-yə qəbul olmaq istəyən subbakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı başa çatıb.

14
Emin Əmrullayev, arxiv şəkli

Təhsil nazirindən kreativ addım - sevincini Facebookda bölüşdü

11
(Yenilənib 12:56 25.09.2020)
Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir

BAKI, 25 sentyabr — Sputnik.Təhsil naziri Emin Əmrullayev tələbə adını qazanan məzunları təbrik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə nazir özünün "Facebook" sosial şəbəkəsindəki hesabında bunları yazıb:

"Əziz tələbə adını qazanan məzunlarımız, Sizi bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə tələbəlik həyatında uğurlar arzulayıram. Məlum olduğu kimi, bu tədris ili üzrə 42731 nəfər tələbə adını qazanıb. Onlardan 20799 nəfər dövlət sifarişi (49 faizə yaxın), 21932 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İki nəfər isə maksimum nəticə göstərib. Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir. Belə ki, onlardan 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi, 10 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanlardır. Bir daha hər birinizin sevincini bölüşür, sizə daha böyük nailiyyətlər arzulayıram!"

11
Ay, arxiv şəkli

Sovet İttifaqının Ayla bağlı gizli planları açıqlandı

13
(Yenilənib 23:44 24.09.2020)
Belə bir rəsədxana Günəşin, Yerin, planetlərin və ulduzların daimi və hərtərəfli müşahidəsini aparmaq üçün nəzərdə tutulan gələcək Ay stansiyalarının prototipi olacaqdı.

BAKI, 24 sentyabr — Sputnik. Sovet İttifaqı 60-cı illərin sonlarında ilk dəfə olaraq Ayda astronomik rəsədxana yaratmaq niyyətində olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə açıqlanmış və "Roskosmos" agentliyinin saytında yerləşdirilmiş gizli sənədlərdə deyilir.

"Təklif olunan işlərin texniki-təşkilati istiqaməti 1968-1969-cu illərdə dünyada ilk Ay rəsədxanasının yaradılması üçün real imkanları təmin edəcək", – Mərkəzin Elmi Tədqiqat Maşınqayırma İnstitutunun direktoru Yuri Mozjorinin 1967-ci ildə imzaladığı sənəddə bildirilir.

Sənədə görə, belə bir rəsədxana Günəşin, Yerin (meteorologiya və digər məqsədlər üçün), planetlərin və ulduzların daimi və hərtərəfli müşahidəsini aparmaq üçün nəzərdə tutulan gələcək Ay stansiyalarının prototipi olacaq.

Qeyd edilir ki, Ay astroteleskopik sistem üçün kifayət qədər dayanıqlı təbii platformadır və ondan, demək olar ki, 14 gün ərzində Kainatın istənilən obyektini müşahidə etmək olar. Ay atmosfer təsiri olmadan astrofiziki tədqiqatları aparmağa imkan verir.

Astronomik rəsədxananı E-8 enmə stansiyası əsasında yaratmaq və "Proton-K" raketinin köməyi ilə Aya çatdırmaq nəzərdə tutulub.

13
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Avropaya mesaj göndərdi: "Onlar bizə hücum etsələr, peşman olacaqlar"

4
(Yenilənib 13:34 25.09.2020)
Prezident: Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik.

BAKI, 25 sentyabr — Sputnik. "Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"Siz, həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər", - prezident deyib. 

Bütün bunları nümayiş etdirdiklərini, televiziya və internet vasitəsilə göstərdiklərini vurğulayan İlham Əliyev,  Ermənistanın beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymadığını və cinayət törətdiyini deyib:

"Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər".

İlham Əliyev kəşfiyyat mənbələrinə istinadla bildirib ki, Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir.

"Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm", - deyə İlham Əliyev qeyd edib.

4
Əlaqədar
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"
Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı
Prezident İlham Əliyev BMT-də nədən danışıb