Məktəbli uşaqlar mobil telefonla oynayırlar, arxiv şəkli

Bakı məktəblərində şagirdlərdən xüsusi informasiya toplanır: "Yoluxan varsa..."

57
(Yenilənib 14:35 20.08.2020)
Sinif rəhbərləri şagirdlər və onların ailələrində virusa yoluxma faktının, eləcə də ailə üzvləri arasında ağır tənəffüs yolları xəstəliklərinin olub-olmadığını dəqiqləşdirirlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. Bakıda şagirdlər və onların ailə üzvləri barədə COVID-19 barədə məlumatlar toplanır. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat veriblər. Onlar bildiriblər ki, sinif rəhbərləri şagirdlər və onların ailələrində virusa yoluxma faktının, eləcə də ailə üzvləri arasında ağır tənəffüs yolları xəstəliklərinin olub-olmadığını dəqiqləşdirirlər: "Bizə sinif rəhbərləri WhatsApp qrupunda səs göndəriblər ki, şagirdlər və  ailə üzvləri arasında bu virusa yoluxan varsa, məlumat verək".

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə bu tip məlumatların toplanması normaldır: "Pandemiya dövründə şagirdlər və onların ailə üzvləri barədə COVID-19-a yoluxmanın olub-olmadığını dəqiqləşdirmək vacib məqamdır. Bu pedaqoji heyətin və şagirdlərin sağlamlığının qorunması baxımından lazımdır".

57
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Əlaqədar
Əvvəllər qışa mürəbbə, turşu ehtiyatı görülürdü - İndi müəllimləri konservləşdirəcəklər
Ekspert: “Ənənəvi formada dərslərin keçilməsi bərpa edilməlidir”
Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçə bilməyənlərin nəzərinə
Paytaxt məktəblərinin məzunlarından maksimum nəticə
Məktəb həvəsi sistemi dondurdu
Ay, arxiv şəkli

Ay səthindəki radiasiya ölçüldü

7
(Yenilənib 11:23 26.09.2020)
"Transatlantik uçuşlarda sərnişin və pilotlar daha uzun müddət radiasiyaya məruz qalacaqları üçün bu çox böyük təsir hesab edilir".

BAKI, 26 sentyabr — Sputnik. Çinli alimlər insanların Ay səthində məruz qala bləcəkləri radiasiya səviyyəsini ölçüb.

Sputnik Türkiyə xəbər verir ki, bu səviyyənin dünya səthində olan radiasiyadan 200 dəfə çox olduğu müəyyən edilib.

Mütəxəssislərin fikrincə, Ay səthində insanlar hansı təhlükənin gözlədiyi hələ tam olaraq müəyyən edilməyib.

Qalaktik kosmik şüalara uzun müddət məruz qalmaq katarakt, xərçəng və mərkəzi sinir sisteminin degenerativ xəstəlikləri də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.

Araşdırma zamanı 2019-cu ildə Ayda fəaliyyət göstərən Çin robot enmə qrupu və kəşf vasitəsi Change 4-dən alınan məlumatlar əsas alınaraq hesablamalar aparılıb.

Alimlər ayda gündəlik ionlaşdırıcı radiasiya səviyyəsinin 1369 mikrosievert olduğunu müəyyən edilib. Bu da beynəlxalq Kosmos Stansiyasındakı həddən 2,6 dəfə çoxdur.

Çin Elmlər Akademiyası Milli Kosmos Mərkəzinin alimləri qrupunda olan Almaniya Keel Universitetinin nümayəndəsi Robert Şimmer Şinqruber qeyd edib ki, Ayda ölçülən radiasiya səviyyəsi dünya səthində olan radiasiyadan dəfələrlə çoxdur: "Transatlantik uçuşlarda sərnişin və pilotlar daha uzun müddət radiasiyaya məruz qalacaqları üçün bu çox böyük təsir hesab edilir".

7
Məktəblilər, arxiv şəkli

Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab

25
(Yenilənib 19:44 25.09.2020)
Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur.

BAKI, 25 sentyabr — Sputnik. "Bu günə qədər heç bir şagirddə məktəbin içində yoluxma faktı qeydə alınmayıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə, məktəblərin içində şagirdlər arasında yoluxma yoxdur:

"İyun və ya avqust ayındakı respublika üzrə gündəlik statistikanı təhlil etsək, görərik ki, bu insan hansısa formada məktəbə və ya universitetə bağlıdır. Bu dəqiqə yoluxmaların sayı stabildir. Məktəblərin bağlanılması ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Bu, ümumi epidemioloji vəziyyətdən asılı olacaq. Əgər sərt karantin rejiminə keçilərsə, bu barədə qərarı Nazirlik Kabineti yanında Operativ Qərargah verəcək".

Qeyd edək ki, bu günə kimi respublika üzrə məktəblərdə işçi heyəti arasında 35, şagirdlər arasında 125 yoluxma faktı qeydə alınmaqla, ümumilikdə 156 nəfər COVID-19-a yoluxub.

25
Teqlər:
açıqlama, Təhsil Nazirliyi, yoluxma, şagird, məktəb, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Şagirdlərdən 13-ü virusa yoluxdu, iki sinif distant təhsilə keçdi
Azərbaycanda virusa yoluxanların sayı açıqlandı
Nazirliyin əməkdaşı koronavirusdan öldü
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Məhkəmə zalı, arxiv şəkli

XİN-in həbsdə olan sabiq vəzifəli şəxsi ev dustaqlığına buraxıldı

0
XİN-in Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev ev dustaqlığına buraxılıb.

BAKI, 26 sentyabr - Sputnik. Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin barəsində seçilən həbs qətimkan dəyişdirilməsi barədə müdafiəçilərin verdiyi vəsatətə baxılıb.

Hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclasda qərar qəbul edilib.

Qərara əsasən, vəsatət təmin edilib və onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Həmçinin və Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində də qərar verilib. Qərara əsasən, vəsatət təmin edilib və İ.Əliyev ev dustaqlığına buraxılıb.

0