CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbəhazırlıq qruplarına qəbul zamanı bu uşaqlara üstünlük veriləcək

© Photo : Department of Education for Baku CityMəktəbəhazırlıq qrupu, arxiv şəkli
Məktəbəhazırlıq qrupu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur

BAKI, 18 avqust — Sputnik. Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulunun hansı prioritetlər nəzərə alınmaqla aparıldığı açıqlanıb. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

- Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda isə

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Xəbər lenti
0