Günəş, arxiv şəkli

Günəşin cazibə qüvvəsi müəyyən edilib

14
Onun köməyi ilə beynəlxalq astronomlar qrupu, günəş sisteminin barisentrinin yerini 100 metr dəqiqliklə müəyyənləşdirib.

BAKI, 2 iyul — Sputnik. Astronomlar günəş sisteminin dəqiq cazibə mərkəzini (və ya barisentrini) hesablayıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məşhur inancın əksinə, onun mərkəzdə deyil, kənarda yerləşdiyi məlum olub.

Günəş sistemindəki hər bir cisim, ulduza cazibə qüvvəsi verərək hərəkət etməyə məcbur edir. Buradakı əsas "rolu" planetlərin ən böyüyü kimi Yupiter oynayır. Qravitasiya mərkəzini hesablamaq üçün hər cismin dəqiq orbitini və kütləsini bilmək lazımdır.

Əvvəlki hesablamalar Doppler şüalanmasına əsaslanırdı. Astronomlar əsas xüsusiyyətlərini təyin etmək üçün cisimlərin işığının məsafədən asılı olaraq necə dəyişdiyini izləyirdilər. Ancaq bu üsul çox dəqiq deyildi.

Yeni araşdırmanın müəllifləri isə xüsusi hazırlanmış BayesEphem proqramından istifadə ediblər. Bu proqram Günəş sisteminin, o cümlədən Yupiterin orqanlarının orbitlərində qeyri-müəyyənliklərin modelləşdirilməsi və korrektə edilməsi üçün nəzərdə tutulub.

Onun köməyi ilə beynəlxalq astronomlar qrupu, günəş sisteminin barisentrinin yerini 100 metr dəqiqliklə müəyyənləşdirib. Məlum olub ki, o, Günəşin xaricindədir, amma səthinə yaxındır.

Tədqiqat müəllifləri qeyd ediblər ki, bu araşdırma qravitasiya dalğalarının daha dəqiq ölçülməsinə imkan yaradacaq. Məlumatlar həm günəş sisteminin, həm də kosmik obyektlərin öyrənilməsi üçün vacibdir.

14
Onlayn təhsil, arxiv şəkli

Pandemiya elektron dərs əlavə dərs resurslarına tələbatı artırıb

51
(Yenilənib 21:55 30.10.2020)
"Bu gün dərs resurslarının müəyyən qədəri tərcümə olunaraq portallara yerləşdirilib. Amma bu portallardakı elektron dərs resurslarından istifadə çox azdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycanın təhsil müəssisələrində tədris iki həftəlik dayandırılıb. Pandemiya və hərbi vəziyyət davam etdiyi müddətdə təhsilin onlayn davam etdirilməsi qaçılmazdır. Bu isə elektron dərs resurslarına, eləcə də əlavə dərs vəsaitlərinə tələbat yaradır. Sputnik Azərbaycan ölkəmizdə elektron dərs və əlavə dərs vəsaitlərinə onlayn əlçatanlığı araşdırıb.

"Riyaziyyat" dərsliyinin həmmüəllifi Nayma Qəhrəmanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsafədən təhsilə keçid elektron dərs və əlavə dərs vəsaitlərinə ciddi tələbat yaradıb. Həmsöhbətimiz bildirir ki, valideynlər onlayn təhsilə keçiddən sonra daha çox repetitorlara müraciət edirlər. Buna da səbəb onlayn təhsildə şagirdin dərs proqramını lazımınca mənimsəyə bilməməsi və məsafədən təhsilə əlçatanlığın olmamasıdır. Amma N.Qəhrəmanova deyir ki, bu gün şagirdlərin elektron dərs və əlavə dərs vəsaitlərinə onlayn daxil olması üçün imkanlar var: "Şagird onlayn şəkildə istənilən dərs vəsaitinə daxil ola bilər. Burada söhbət Azərbaycan dilində olan resurslardan gedir. Əsas problem ondadır ki, cəmiyyət buna hazır deyil. Mütləq əksəriyyət repetitora müraciət edir. Çox təəssüf ki, valideynlərin çoxu bu elektron dərs və əlavə dərs vəsaiti resurslarından xəbərsizdir. Valideyn bu elektron dərs vəsaitlərindən istifadəyə öz övladlarını alışdırmalıdır. Bu, dərs proqramının mənimsənilməsində sıxıntılı günlər üçün yetərli olar".

Dərslik müəllifi bildirir ki, bu gün valideynlərin təhsildə iştirakı çox mühümdür:

"Bunun üçün valideynlərin özləri bu elektron resursların varlığından xəbərdar olmalıdırlar. Bu gün dərs resurslarının müəyyən qədəri tərcümə olunaraq portallara yerləşdirilib. Amma bu portallardakı elektron dərs resurslarından istifadə çox azdır. Bunun əsas səbəbi valideynlərin bundan xəbərsiz olmasıdır. Təhsil Nazirliyi tərəfindən aktiv müəllimlər qrupu yaradılmalıdır ki, belə resurslar barədə valideynlərə məlumat verilsin. Onlar pandemiya dövründə, hərbi vəziyyətdə həmin elektron resurslardan istifadə edərək övladlarının dərs proqramını mənimsəməsinə çalışsınlar".

N.Qəhrəmanova deyir ki, dərs proqramlarına aid elektron əlavə dərs vəsaitlərinin çoxu xarici dillərdə olsa da, dünya artıq bu sahədə birləşib: "Artıq ABŞ və sair ölkələr bu resursları açıq qoyurlar ki, hər kəs üçün həmin resurslardan istifadə imkanı yaransın. Sadəcə olaraq bu resursların hamısının Azərbaycan dilində tərcümə edilmiş elektron forması lazımi səviyyədə deyil. Məsələn, 1-ci sinifdə 20 dairəsində riyazi əməlləri ehtiva edən dərs məzmunlu ana dilində elektron resurslar var. Yuxarı siniflər üzrə isə şagirdlər bu elektron resurslardan ingilis dilində istifadə edə bilərlər. Amma arzulanandır ki, hər sinifdə bütün fənlər üzrə belə elektron resurslar öz dilimizə tərcümə edilərək yerləşdirilsin". 

Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərslər onlayn keçirilsə də, sentyabrda bütün şagirdlərə kitablar paylanılıb: "Şagirdlər onlayn təhsil zamanı həmin kitablardan istifadə edirlər. Amma kitabların elektron versiyası var. Müəllim həmin məlumatları paylaşa bilir. Bu elektron resurslar "Virtual Məktəb"ə də inteqrasiya olunub. Bu gün https://www.video.edu.az/ portaında müxtəlif fənlər üzrə həmin resurslar yerləşdirilir. Əlavə vəsaitlər https://www.e-resurs.edu.az/site/index.php portalında, eləcə də https://www.video.edu.az/-da var. Hər hansı müəllim xaricdən götürdüyü vəsaiti təcümə edib hazırlayıbsa, bunun onlayn şəkildə pdf və skan variantını şagirdə ötürə bilər. Ödənişli formada əlavə vəsaitin şagirddən tələb edilməsini biz dəstəkləmirik.

Bütün vəsaitlərinin yerli versiyasını nazirlik https://www.e-resurs.edu.az/site/index.php və https://www.video.edu.az/ portalına yükləyib. Əlavə vəsaitdən müəllim öz metodikası üzrə istifadə edirsə, bunun skan versiyasını "Virtual Məktəb" üzərindən şagirdə göndərə bilər".

F.Nəcəfovanın sözlərinə görə, "Virtual Məktəb" platformasının içərisində "Microsoft"un özünün alətləri var: "Məsələn, riyaziyyat fənni üçün "Microsoft maps" var. Burada bir sıra disturların ətraflı, qrafik şəklində izahı var. 200-dən artıq riyaziyyat, texniki və humanitar fənlər üzər həmin alətlərin inteqrasiyasını reallaşdırmışıq. Orada onlayn izahat daha yaxşıdır. Bunlardan istifadə üçün əsasən müəllimin bacarığı olmalı, misalı hazırlamalı, şagirdə link şəklində göndərməlidir. Həmin linkə keçməklə misalın üzərində şagird işləyə bilir. Cavab səhv olduqda görüntülü izahat çıxır, səhvin nədə olduğu izah edilir. Bu elektron resurslar aşağı siniflər üçün oyun, yuxarı siniflərdə izahlı şəkildədir. Burada müəllimlərin bacarığı lazımdır. Bunun üçün isə müəllimlərə "Virtual Məktəb" üzərindən interaktiv alətlərin istifadəsi üçün vebinarlar keçirmişik. Bu vebinarlar internet limiti üçün dayandırılsa da, noyabr ayından davam etdiriləcək".

51
Əlaqədar
Teledərslərin davam etdirilməsinin səbəbi açıqlandı
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Müharibə və pandemiya fonunda Azərbaycan təhsili: indi A planı işləyir
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
 Distant təhsil, arxiv şəkli

"Virtual məktəb" platformasından yenilik: Azərbaycan dilində fəaliyyət göstərəcək

34
(Yenilənib 18:05 28.10.2020)
"Noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Noyabrın 2-dən etibarən "Virtual məktəb" platforması Azərbaycan dilində fəaliyyət göstərəcək. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova verib. O bildirib ki, bu həftə həmin məsələ ictimaiyyətə elan ediləcək:

"Biz bununla bağlı hələ yayda açıqlama vermişdik ki, oktyabr ayında "Virtual məktəb" platformasının ana dilində istifadəsi mümkün olacaq. Qeyd edim ki, "Virtual məktəb" platformasından türk dilində istifadə mümkün idi. Amma rus dilində təhsil alan şagirdlər türk dili ilə bağlı müəyyən problem yaşayırdılar. Artıq noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər".

Xatırladaq ki, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov brifinqlərin birində "Microsoft Teams" platformasının Azərbaycan dilinə tərcümə olunmasını diqqətə çatdırmışdı. O bildirmişdi ki, bununla bağlı "Microsoft Teams" şirkətinə müraciət edilib və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.

34
Əlaqədar
Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Təki oxumağa istək olsun: "Virtual məktəb"ə direktorlar da nəzarət edəcək
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstanda mandat yarışı: "Gürcü arzusu" liderdir, Saakaşvili isə qalib "VMH"-dir deyir

0
(Yenilənib 23:18 31.10.2020)
Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

BAKI, 31 oktyabr - Sputnik. Gürcüstanda parlament seçkiləri yekunlaşıb. İlkin məlumatlara əsasən, bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

Sputnik Gürcüstan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze səsverməyə 1 970 540 seçicinin qatıldığını deyib. 

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Mtavari" telekanalına müsahibəsində "Gürcü arzusu"nun parlament seçkilərini uduzduğunu deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər.

"Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək", deyə Saakaşvili bildirib.

VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

0
Teqlər:
"Gürcü arzusu", Gürcü arzusu partiyası, Bidzina İvanişvili, Parlament seçkiləri, seçkilər, Mixeil Saakaşvili, Gürcüstan
Əlaqədar
Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib