Günəş tutulması, arxiv şəkli

Günəşin on il ərzində "həyatının" görüntüləri yayılıb - VİDEO

49
(Yenilənib 20:34 27.06.2020)
Bu müddət ərzində alimlər Günəş tacının vəziyyətini göstərən və həcmi 20 milyon giqabaytdan çox olan məlumatları toplayıblar.

BAKI, 27 iyun — Sputnik. NASA Günəşin on il ərzində "həyatını" göstərib.

Sputnik Azərbaycan qurumun saytına istinadən xəbər verir ki, NASA astronomların on il ərzində topladığı Günəşin şəkillərini bir saatlıq videoda birləşdirərək yayımlayıb.

Bu müddət ərzində alimlər Günəş tacının vəziyyətini göstərən və həcmi 20 milyon giqabaytdan çox olan məlumatları toplayıblar.

Ümumilikdə aparatlar Günəşin 425 milyon şəkilini çəkib.

Video 11 illik dövr çərçivəsində Günəşin fəaliyyətinin artmasını və düşməsini əks etdirir. Videoda qaranlıq kadrlar da var. Bu, Günəş dinamikasını izləyən optikanın önünə Yerin və ya Ayın kölgəsinin düşməsinə görə baş verib.

49
Əlaqədar
İnsanlar niyə Ayda və Marsda yaşaya bilməzlər - alim səbəbini izah etdi
Nadir hadisə: Günəş tutulması dünyada necə müşahidə edildi
Azərbaycanda romantik təbiət hadisəsi - FOTO
NASA kosmosa qayıdır - Astronavtları Yer orbitinə çıxarmağa hazırdır
İlon Mask və Tom Kruz kosmosda dünyanın ilk döyüş filmini çəkməyə qərar verdilər
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

Pandemiya zamanı birinci olmaq? 17 yaşlı oğlan sirləri açıqlayır - FOTO

459
(Yenilənib 21:03 09.07.2020)
“Bütün dünyadan təcrid olunub sırf dərs oxuyaraq imtahanlarda yüksək nəticə əldə etməyə köklənmək, zənnimcə, yaxşı hal deyil” - Həsən Abbaslı

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı 11-ci siniflər üçün buraxılış imtahanında mümkün 300 baldan 297.1 balı toplamaqla respublikada ən yüksək nəticə əldə edib.

Həsən Abbaslı Sputnik Azərbaycan-a bildirib ki, onun imtahanlara hazırlaşmaq üçün konkret qrafiki olmayıb. 

© Sputnik / Rahim Muradov
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

“Bacardığım qədər dərslərimi öyrənməyə və eləcə də digər məşğuliyyətlərimə vaxt ayırmağa çalışırdım. Yəni başqa məşğuliyyətlərimdən əl çəkim, ancaq dərslə məşğul olum - xeyr, belə etmədim. Bütün dünyadan təcrid olunub sırf dərs oxuyaraq imtahanlarda yüksək nəticə əldə etməyə köklənmək, zənnimcə, yaxşı hal deyil. Hər bir məşğuliyyətə müəyyən qədər vaxt ayırmaq lazımdır. Təbii ki, son vaxtlar istirahət saatlarımı azaldıb dərs saatlarına daha çox yer ayırmışdım. Bütün səylərim də imtahan nəticəsində öz əksini tapdı. 

Son aylarda, bildiyiniz kimi, məlum səbəblərdən dərslər dayandırılıb və buna görə də biz öz dərslərimizi onlayn formada davam etdirirdik. Onlayn dərslərimi öyrənməklə bərabər, buraxılış imtahanlarına da ciddi hazırlaşırdım. Lakin mən 9-cu sinifdən başlayaraq bu ilin mart ayına kimi repetitor müəllimləri vasitəsilə əlavə hazırlıqlar keçmişəm”.

© Sputnik / Rahim Muradov
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

H.Abbaslı ikinci imtahandan da gözlənilən nəticəni əldə edəcəyi təqdirdə seçəcəyi ixtisasları da açıqladı: “3-4 ixtisas mənim hədəflərimdir. Bunlar “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”,  “Kimya mühəndisliyi” və "Kimya" ixtisaslarıdır. Mən inanıram ki, bu ixtisaslardan biri üzrə təhsilimi alacağam. 

Növbəti illərdə məzun olanlara isə məsləhətim odur ki, imtahan zamanı çalışsınlar həyəcanlanmasınlar. Sualların cavablandırılması və tapşırıqların həllində vaxtlarını səmərəli bölüşdürsünlər. Amma dərslərinə hazırlaşmaqları ilə bağlı konkret məsləhət verə bilmərəm. Çünki hər bir məzun özünə uyğun olaraq hazırlığını qurmalıdır”.

© Sputnik / Rahim Muradov
Lənkəran şəhər 1 saylı tam orta məktəbin məzunu Həsən Abbaslı

Həsənin atası İskəndər Abbaslı isə oğlu ilə qürur duyduğunu və yüksək nəticə əldə edəcəyinə hər zaman inandığını vurğulayıb: “Mən Həsənin dərslərinə güclü hazırlaşmasına görə, məsuliyyətli olduğuna görə imtahanlardan yüksək nəticə əldə edəcəyinə inanırdım. O, əyləncəsinə də vaxt ayırırdı, amma dərslərinə daha çox hazırlaşırdı. Orta məktəbdə də nümunəvi şagird olub və bütün müəllimləri ondan razı qalıblar. Həsənin bir qardaşı var, Həsən kimi olmasa da, amma dərslərini yaxşı oxuyur. Hazırda 9-cu sinifdədir və inanıram ki, o da 11-ci sinfi bitirəndə yüksək nəticə əldə edəcək”.

Məlumat üçün bildirək ki, Həsən Abbaslı ölkədə keçirilən bir çox bilik və intellektual yarışlarda Lənkəranı layiqincə təmsil edərək qalib olub.

459
Əlaqədar
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi attestatlarla bağlı məlumat yaydılar
Çayxana qədər olmayan təhsilin çətin günü! Bunun fəsadı ağır olacaq
İlk qəbul imtahanları barədə abituriyentlərə vacib məlumatlar açıqlandı
Qaxda internetsizlik həyatı iflic edib: Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir
Ekspert: “Müasir ixtisasların tədrisi üçün peşəkar kadrlara ehtiyac var”
Dərslərini etdən məktəbli, arxiv şəkli

Daha şikayət qəbul edilmir, seçim başladı

9
(Yenilənib 14:50 09.07.2020)
İyulun 8-dən ümumi təhsil məktəblərinin tədrisi digər dillərdə aparılan bölmələri üzrə müsahibələrdə uğur qazanmış uşaqların məktəb seçiminə start verilib

BAKI, 9 iyul — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün təşkil olunmuş onlayn Apelyasiya komissiyasının fəaliyyəti başa çatıb.

Bu barədə İdarədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Belə ki, onlayn Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasını təmin etməkdən ibarətdir.

Qeyd edək ki, tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibələr onlayn şəkildə keçirilib. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə onlayn müsahibə prosesi zamanı videoçəkilişin aparılması təmin edilib.

Onu da qeyd edək ki, iyulun 8-dən ümumi təhsil məktəblərinin tədrisi digər dillərdə aparılan bölmələri üzrə müsahibələrdə uğur qazanmış uşaqların məktəb seçiminə start verilib.

9
Əlaqədar
Valideynlər üçün çətin günlər başladı - Bu gündən...
Get evinə: ABŞ onlayn təhsilə keçən tələbələri ölkədən çıxaracaq
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək
Çayxana qədər olmayan təhsilin çətin günü! Bunun fəsadı ağır olacaq
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi attestatlarla bağlı məlumat yaydılar
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

0
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

0