Tələbələr imtahan verirlər, arxiv şəkli

Abituriyentlərin şagirdlərin nəzərinə: imtahanların vaxtı dəyişdi

24
"İmtahana buraxılış vərəqəsi" çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur

BAKI, 4 iyun — Sputnik. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 iyun 2020-ci il tarixli 191 nömrəli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçiriləcəkdir. Yəni iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10‑da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər.

İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, imtahanın başlanma saatı və imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır.

"İmtahana buraxılış vərəqəsi" çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.

24
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Əlaqədar
Yeni şərtlər: Daha zibil torbaları da köməyə gəlməyəcək...
DİM onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram hazırladı
Azərbaycanda yenidən sərt karantin rejimi tətbiq olunacaq: saatı açıqlandı
Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
Sərt karantin rejiminin QAYDALARI: kim pozsa, həbsi gözə alsın
20 nömrəli məktəbdə tədris prosesi

İş dəftərləri ilə bağlı müəmma - Təhsil Nazirliyi isə hələ susur

324
(Yenilənib 19:47 24.09.2020)
"Biz məcbur olub bütün rayonlar üzə poçt şöbələrini gəzirik ki, iş dəftəri alaq. Amma əvvəllər iş dəftərləri bütün məktəbli ləvazimatları və kitab mağazalarında satılırdı"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Yeni tədris ilində iş dəftərlərinin satışı ilə bağlı qəribə vəziyyət yaranıb. Valideynlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, aşağı siniflərdə iş dəftərlərinin satışı bu dəfə kitab mağazalarında deyil, poçt məntəqələrində həyata keçirilir. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, müəllimlər onlara 1 və 2-ci sinif üçün ana dili, riyaziyyat, ingilis dilindən iş dəftərləri almağı tapşırıblar. Bildirilib ki, iş dəftərlərini ancaq poçt məntəqələrindən ala bilərsiniz. Bəzi poçt məntəqələrində isə iş dəftərləri tapılmır: "Biz məcbur olub bütün rayonlar üzə poçt şöbələrini gəzirik ki, iş dəftəri alaq. Amma əvvəllər iş dəftərləri bütün məktəbli ləvazimatları və kitab mağazalarında satılırdı".

© Sputnik / Stringer
İş dəftəri

Sputnik Azərbaycan iş dəftərlərinin poçt məntəqələrində satışının səbəbini araşdırıb.

Xətai rayonu 3 saylı poçtun 16 saylı poçt şöbəsindən iş dəftərinin satıldığını təsdiqlədilər. Poçtdan Sputnik Azərbaycan-a bildirdilər ki, 1-ci və 2-ci sinif şagirləri üçün iş dəftərləri var: "Ana dili və riyaziyyat fənləri üzrə iş dəftərləri iki manat, ingilis dili üzrə iş dəftəri 3 manatdır".

6 saylı poçt filialının 53 saylı poçt şöbəsindən isə bildirdilər ki, iş dəftərləri satılıb qurtarıb. Əlaqə saxladığımız digər poçt məntəqələrinin də əksəriyyətindən iş dəftərlərinin satıldığını, bəzilərini isə çox az qaldığını bildirdilər.

İş dəftərlərinin hansı səbəbdən poçtda satıldığının səbəbini açıqlamadılar:

"Səbəbini biz özümüz də bilmirik. Təhsil Nazirliyindən poçtlara paylanıb, biz də satırıq".

Əlaqə saxladığımız digər poçtlardan da eyni cavabı aldıq. Bildirdilər ki, hansı səbəbdən iş dəftərlərinin poçtlara verildiyindən xəbərsizdirlər: "Bizə satmaq üçün veriblər, biz də satırıq".

"Azərpoçt" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Mehman Mehdiyev isə Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, iş dəftərlərinin poçtlarda satılmasının səbəbi ilə bağlı sualları Təhsil Nazirliyinə ünvanlayın.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, "Azərbaycan dili" - tədris dili fənni üzrə 1-ci sinif üçün iş dəftəri üzrə müstəsna hüquqların sahibi Təhsil Nazirliyi, Təhsil Texnologiyaları Mərkəzidir. Təhsil İnstitutundan sözügedən şöbənin əməkdaşlarının pandemiyaya görə işə gəlmədiyini bildirdilər. Təhsil Nazirliyinin 146 "Qaynar Xətt"indən isə verdiyimiz sualın cavabını bilmədiklərini söylədilər.

324
Əlaqədar
Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumat yayıb
Tələbələr imtahan verirlər, arxiv şəkli

Bəzi tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

9
(Yenilənib 18:00 24.09.2020)
Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək.

BAKI, 24 sentyabr — Sputnik. Ola bilsin ki, gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyən edilsin.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda ali məktəblərə sənəd qəbulu zamanı abituriyentin həssas qrupa aid olub-olmadığı bilinmir:

"Amma ola bilsin ki, belə abituriyentlərin sosial statusu ilə bağlı gələcəkdə təqdim edə biləcəkləri sənəd əsasında onların sayını elə sənəd qəbulu zamanı müəyyən edək. Bu səbəbə görə hazırda bizdə bu il ali məktəbə qəbul olan həssas təbəqəyə aid olan abituriyentlərin sayı barədə məlumat yoxdur. Biz ərizələri qəbul edən zaman şəxsiyyət vəsiqəsinin FİN kodu ilə abituriyentin kimliyini yoxlayırıq".

M.Abbaszadə əlavə edib ki, ödənişli ixtisaslara qəbul olunanların bir qisminin təhsil haqqı dövlət hesabına ödəniləcək:

"Bu, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin üzvləri üçün həmişə olub, amma bu ildən valideyn himayəsindən məhrum olan və s. həssas əhali qrupuna aid edilən ailələrin övladlarının təhsil haqları dövlət tərəfindən ödəniləcək. Bu abituriyentlər sənədlərini hazırlamalı və universitetə təqdim etməlidirlər. Yalnız bundan sonra onların təhsil haqqı dövlət hesabına ödəniləcək".

9
Teqlər:
Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası, Dövlət İmtahan Mərkəzi

Minik maşını sürüyə çırpıldı, 10 baş heyvan tələf oldu

0
(Yenilənib 23:48 24.09.2020)
Qəza zamanı “Vaz 21 010” markalı minik maşını da yararsız hala düşüb. Sürücü hadisədən xəsarətsiz ötüşüb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr - Sputnik. Goranboyda minik maşını qoyun sürüsünə çırpılıb. Hadisə gecə saatlarında Goran-Qızılhacılı yolunun rayonun Boluslu kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı kənd sakini Sulduz Əliyevə məxsus 10 baş xırdabuynuzlu heyvan hadisə yerində tələf olub. Bir neçə heyvan isə yaralanıb.

“Vaz 21-010” markalı avtomobil sürüyə çırpıldıqdan sonra ön hissəsi yararsız hala düşüb. Yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət almayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

0