CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar da biliklərini pulsuz yoxlaya biləcəklər

© AFP 2023 / FREDERICK FLORINİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə "otk.az"da "Təlimatlar" bölməsində tanış ola bilərsiniz.

BAKI, 4 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi otk.az portalına rezidenturaya qəbul imtahanının ikici mərhələsi üzrə yeni variant ödənişsiz onlayn sınaq imtahanı əlavə edib.

Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, sınaq imtahanının test tapşırıqları tam yenidir və əvvəllər istifadə olunmayıb.

İmtahana buradan yazıla bilərsiniz. Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınızla düzgün cavabları müqayisə edə biləcəksiniz.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə "otk.az"da "Təlimatlar" bölməsində tanış ola bilərsiniz.

Xəbər lenti
0