Imtahan, arxiv şəkli

Nazirlik hər qiymət üçün balları müəyyən edib: narazı qalan direktorla danışsın

94
(Yenilənib 20:23 22.05.2020)
Bu Qayda Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir

BAKI, 22 may — Sputnik. Təhsil Nazirliyinin kollegiyası "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası"nın təsdiq edilməsi barədə qərar verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu qərar bu ilin oktyabrın 1-dək qüvvədədir.

Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydası aşağıdakı kimidir:

1. Bu Qayda Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir.

2. Bu Qayda aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir:

2.1. ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların;

2.2. xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.

3. I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır.

4. II - XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.

5. İllik ballar və qiymət sinif jurnalı və "Məktəbli kitabçası"nda yazılır.

6. Hər-hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

7. Hər-hansı fənn üzrə illik qiyməti "3" və ya "4" olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

8. Məktəbdaxili qiymətləndirmə növbəti tədris ili başlayanadək ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir.

9. Məktəbdaxili qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür.

10. Məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə olunur.

11. Məktəbdaxili qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;

– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

12. Tədris ili üzrə şagirdin illik ballarının "2", "3", "4", "5" qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

12.1. 30-dək (30 daxil olmaqla) olan ballar "2" qiyməti ilə;

12.2. 30-dan 60-dək (60 daxil olmaqla) olan ballar "3" qiyməti ilə;

12.3. 60-dan 80-dək (80 daxil olmaqla) olan ballar "4" qiyməti ilə;

12.4. 80-dən 100-dək (100 daxil olmaqla) olan ballar "5" qiyməti ilə.

13. Məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən şagirdlərin sinifdən-sinfə keçirilməsi Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalarla tənzimlənir.

94
Əlaqədar
Müsahibələrdə iştirak etməyən uşaqların 1-ci sinfə qəbulu qaydası bəlli oldu
DİM imtahanlarla bağlı yeni məlumat yaydı
Təhsillə bağlı yeni qərar - abituriyentlər nəyə ümid etsinlər?
Tələbə çağırışçılara möhlət veriləcəkmi?
Azərbaycan məktəblərində şagirdlərə gələcəyi görməyi öyrədəcəklər: bu, mistika deyil
Müəllimlərin diaqnostik imtahanı, arxiv şəkli

Bəzi müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər

7
(Yenilənib 16:52 31.05.2020)
Qeyd edək ki, müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak üçün sənəd qəbulu 1-5 iyun tarixlərində aparılacaq.

BAKI, 31 may — Sputnik. Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi müsabiqəsində hansı namizədlərin iştirak edə bilməyəcəyini açıqlayıb.

Sputnik Azərbaycan nazirliyin məlumatına istinadla xəbər verir ki, müddətli əmək müqavilərinin daimiləşdirilməsi məqsədilə keçirilən müsabiqədə uğur qazanmış müəllimlərlə 2020-2021-ci tədris ilində müddətsiz əmək müqaviləsi bağlanacaq. Bu səbəbdən həmin şəxslərin cari müsabiqədə iştirakı imkan xaricindədir.

Lakin yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlər cari ildə keçiriləcək işə qəbul müsabiqəsində iştirak edə bilərlər.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak üçün sənəd qəbulu 1-5 iyun tarixlərində aparılacaq.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul müsabiqəsində iştirak etdiyi ixtisas və müvafiq imtahan nəticəsinə əsasən dəyişdirilir.

İş yerini dəyişmək istəyən müəllimlərlə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulmur. Bu müsabiqə bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla elektron qaydada həyata keçiriləcək.

Müsabiqədə iştirak edən müəllim diaqnostik qiymətləndirmə və ya işə qəbul imtahanı nəticəsi olduğu halda ikinci ixtisası üzrə iş yerini dəyişə bilər.

7
Əlaqədar
Bu təşəbbüsün heç adını da tutmayın - uşağınızın nə tərbiyəsi olacaq, nə də sağlamlığı
Ey hörmətli müəllim, hər kənddə, hər şəhərdə meyvələrin olsa da, evin yoxdur
Sabahdan müəllimlərin yerdəyişməsi başlayır
Sənəd qəbulu başlanır: kimin şansı daha çoxdur?
Müəllimlərə daha çox ehtiyac duyulan şəhər və rayonlar bəlli oldu
Bakı məktəblərin birində, arxiv şəkli

Müəllimlərə daha çox ehtiyac duyulan şəhər rayonlar bəlli oldu

11
(Yenilənib 13:18 31.05.2020)
Azərbaycanda ən az vakant müəllim yerlərinin olduğu 5 rayon və şəhər Samux (18 yer), Göygöl (15 yer), Xocalı (11 yer), Naftalan (9 yer), Zaqataladır (6 yer)

BAKI, 31 may — Sputnik. Azərbaycanda ümumtəhsil müəssisələrində ən çox və ən az vakant müəllim yerlərinin olduğu rayon və şəhərlərin adları müəyyənləşib.

Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Bakıdan (694 vakant yer) sonra ölkə üzrə ən çox vakant müəllim yeri Ağdamdadır. Bu sırada daha sonrakı yerlərdə Lerik, Yardımlı, Quba, Cəlilabad dayanır.

Hazırda Ağdamda 350, Lerikdə 331, Yardımlıda 319, Qubada 302, Cəlilabadda 277 vakant müəllim yeri var.

Bundan başqa, Masallıda 267, Xaçmazda 262, İmişlidə 198, Astarada 179, Lənkəranda 162, Beyləqanda 158, İmişlidə isə 157 vakant müəllim yeri mövcuddur.

Azərbaycanda ən az vakant müəllim yerlərinin olduğu 5 rayon və şəhər Samux (18 yer), Göygöl (15 yer), Xocalı (11 yer), Naftalan (9 yer), Zaqataladır (6 yer).

11
Əlaqədar
Məhrumiyyət dövrünün praktikası: Müəllimlərlə bağlı yeni qayda nə verəcək
Avropa cəsarətləndi: bizim müəllimlərə mane olan nədir?
İş stajı az olan müəllimlər də güzəştli mənzilə sahib ola biləcəklər
Sabahdan müəllimlərin yerdəyişməsi başlayır
Ey hörmətli müəllim, hər kənddə, hər şəhərdə meyvələrin olsa da, evin yoxdur
Koronavirus testi, arxiv şəkli

Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər

15
"Bu gün mövcud olan ştamma qarşı orqanizmdə müdafiə sistemi yaranıbsa, yeni ştamma qarşı heç bir müdafiə olmur və asanlıqla eyni xəstəliyə yenidən tutulma ehtimalı olur"  - Rəşad Ağarəhimov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Bu gün bütün dünyada yayılan koronavirus pandemiyası yeni olduğundan onunla bağlı bir çox suallar hələ də açıq olaraq qalır: Bu virus əleyhinə hazırlanan vaksinlər yararlı olacaqmı? Hər qış mövsümündə virus geri dönüş edəcəkmi? Uzun müddət bu virusla vəziyyəti necə idarə edəcəyik?

© Official website of President of Azerbaijan Republic

Bu və digər bu kimi suallar arasında ən çox verilən və düşündürəni isə, virusa ikinci dəfə yoluxma riskinin olub-olmayacağı ilə bağlıdır. Araşdırmalar göstərir ki, çox nadir hallarda bu virusa ikinci dəfə yoluxma halı baş verir. Məsələn, bu ilin fevralında Yaponiyada bənzər hadisə baş vermişdi, qadın ikinci dəfə koronavirusa yoluxmuşdu.

Azərbaycana gəldikdə isə ölkəmizdə bu virusa təkrar yoluxma faktı qeydə alınmayıb. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Bundan başqa, təkrar yoluma faktının qarşısını almaq üçün TƏBİB müalicə müddəti başa çatdıqdan sonra, əlavə 14 gün də bu şəxslərin evdən çıxmamasını tövsiyə edir.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı, Laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimov isə Sputnik Azərbaycan-a açıqlamasında ümumiyyətlə bu virusa təkrar yoluxma halının baş verə biləcəyi ehtimallarından danışıb: "Təkrar yoluxma halına bizdə rast gəlinməyib, amma Çində və bir neçə başqa ölkələrdə təkrar yoluxma hallarına rast gəlinib. Ümumiyyətlə virus elə bir canlıdır ki, demək olar ki, hər həftə genetik kodu yenilənir və yeni ştammlar əmələ gətirir. Bu gün mövcud olan ştamma qarşı orqanizmdə müdafiə sistemi yaranıbsa, yeni ştamma qarşı heç bir müdafiə olmur və asanlıqla eyni xəstəliyə yenidən tutulma ehtimalı olur. Necə ki, qrip virusu ilə ildə bir neçə dəfə xəstələnmək mümkündürsə, bu virusa da eyni yolla yoluxmaq mümkündür".

© Photo : Courtesy of Rashad Agaemirov
Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-laborantı, Laboratoriya şöbəsinin müdiri Rəşad Ağarəhimov

"O ki qaldı 14 gün məsələsinə, evə yazılan xəstələr ya həmin 14 günü xəstəxanada keçirməlidirlər, ya da biz onlara bir kağıza imza atdırıb razılıq alırıq ki, qalan 14 günü evdə özünütəcrid edərək oturacaq. Həmin müddətdə pasiyent evdən kənara çıxa bilməz və evdə də fərdi qoruyucu vasitələrdən istifadə etməlidir", - deyə həkim əlavə edib.

Tibb üzrə ekspert Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanlar üzərində bununla bağlı qəti rəy olmasa da, meymunlar üzərində aparılan tədqiqatlara görə, koronavirusa yoluxanlar yenidən bu xəstəliyə yoluxmur: "Yəqin ki, insanlarda da bu cürdür. Bəzi şəxslərdə simptomlar olmasa da, xəstəlik özünü klinik vəziyyətdə göstərir. Bundan baaşqa, bu xəstəliyə immunitetin yaranması faktoru bəllidir. İmmunitet yaranır və şəxs ikinci dəfə bu xəstəliyə yoluxmur".

15