Bakı məktəblərin birində, arxiv şəkli

Rus bölməsi üzrə müraciət edənlərə iyunda bildiriş göndəriləcək

18
(Yenilənib 15:37 21.05.2020)
Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları mayın 20-dən etibarən şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq onlayn müsahibədə iştirak edirlər

BAKI, 21 may — Sputnik. Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların I sinfə qəbulu üzrə onlayn müsahibələr davam edir.

Sputnik Azərbaycan-a bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məlumatda qeyd olunur ki, övladı tədris digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş, lakin mövcud sanitar-epidemioloji vəziyyətlə bağlı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibəsi təxirə salınmış uşaqların valideynlərinə (qanuni nümayəndə) şəxsi kabinetə daxil olub, onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçmək imkanı yaradılıb.

Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları mayın 20-dən etibarən şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq onlayn müsahibədə iştirak edirlər. Onlayn müsahibənin nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistemdə həmin bölmə üzrə I sinfə avtomatik sorğu yerləşdiriləcək. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq. Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır. Ənənəvi (canlı) müsahibə üçün müraciət edən vətəndaşlara isə iyun ayı ərzində qeydiyyatdan keçdikləri mobil nömrəyə müsahibənin keçiriləcəyi tarix və yer haqqında bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında əksini tapacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında" Qərarına uyğun olaraq, tədris digər dildə aparılan bölmə üzrə I sinfə müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların valideynləri iyunun 1-dən şəxsi kabinetlərində şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə onlayn və ya ənənəvi (canlı) müsahibə formasını seçə bilərlər. İyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə valideynlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında əksini tapacaq.

18
Əlaqədar
Məktəbəhazırlıq qrupları üzrə onlayn müsahibələr başladı
Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb
Avropa cəsarətləndi: bizim müəllimlərə mane olan nədir?

NASA-dan Ayda inqilabi kəşf

45
(Yenilənib 08:26 27.10.2020)
NASA-nın rəhbəri Cim Braydenstayn Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkarladıqülarını bildirib.

BAKI, 27 oktyabr - Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Sahənin Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkar edib.

Sputnik Türkiyə-nın məlumatına görə, bu barədə NASA-nın rəhbəri Cim Braydenstayn özünün "Twitter" səhifəsində yazıb.

Braydenstaynın sözlərinə görə, tapıntı haqqında məlumatlar “SOFIA” teleskopunun köməyi ilə alınıb.

"Biz ilk dəfə Ayın Günəş tərəfində suyun mövcudluğunu təsdiq edə bilərik", - Braydenstayn bildirib.

O, qeyd edib ki, NASA hələ bu sudan resurs kimi istifadə etməyin mümkün olub-olmadığını bilmir. Ayda suyun mövcudluğu NASA-nın sonrakı tədqiqat planları üçün əsasdır.

Kolorado Universitetinin astrofizika üzrə professoru Pol Hayn və komandasının NASA-ya aid bir peyk tərəfindən qeydə alınan kamera görüntülərindən və temperatur ölçmələrindən istifadə edərək gəldikləri nəticəyə görə, buz kütlələri 40 min kilometr, yaxud ay səthinin yüzdə 0.1 % -i miqyasında ərazini tutur. 

"Əvvəllər kəşf edilməyən bu buz hovuzlarından milyardlarla görürük. Bu, buzu daha asan əldə etmək üçün fürsət yaradır. Ayda kosmonavtların ehtiyac duyacağı şeylər baxımından bunun inqilabi kəşf olduğunu düşünürük", - deyə Hayn bildirib. 

NASA bundan əvvəl "Artemis" adlı proqramı çərçəvəsində 2024-cü ildə Ay səthinə bir qadın və bir kişi kosmonavt göndərməyi planlaşdırdığını açıqlamışdı. 

45
Məktəb

Yarıbayarı azalan Qubadlı məktəbləri qayıdış həsrətində

23
(Yenilənib 14:39 26.10.2020)
Qubadlı rayonunda məktəblərin sayı 62, müəllimlərin sayı 1193, şagirdlərin sayı 5 414 olub. 2020-2021-ci ildə isə məktəblərin sayı 32, müəllimlərin sayı 747, şagirdlərin sayı 6 320 olub

BAKI, 26 oktyabr — Sputnik. Təhsil Nazirliyi Qubadlı rayonunun təhsil statistikası ilə bağlı infoqrafika hazırlayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1992-1993-cü tədris ilində Qubadlı rayonunda məktəblərin sayı 62, müəllimlərin sayı 1193, şagirdlərin sayı 5414 olub. 2020-2021-ci ildə isə məktəblərin sayı 32, müəllimlərin sayı 747, şagirdlərin sayı 6320 olub.

23
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Qubadlı şəhəri işğaldan azad edildi - Prezident
Qubadlı, Zəngilan və Cəbrayılın daha bir neçə kəndi işğaldan azad edildi - Prezident
Qubadlı quş uçuşundan - FOTO
Sumqayıtda Qələbə gecəsi: Qubadlının azad edilməsi xəbərini xalq belə qarşıladı – video
Bakı limanında gəmilər Qubadlının işğaldan azad olunması şərəfinə qələbə fiti verdilər
Kompüter arxasında iş, arxiv şəkli

Sən "fəhlə" ol, səni tapacaq: Müharibə hansı sahələrdə kadrlara tələbat yaradıb?

19
(Yenilənib 00:17 28.10.2020)
"Ölkəmizdə hərbi vəziyyətlə bağlı nə Təhsil Nazirliyinə, nə də ki Peşə Təhsili üzrə Dövlət Agentliyinə kadr hazırlığı ilə bağlı istək daxil olub"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Ölkəmizdə müharibə vəziyyəti bəzi sahələr üzrə ixtisaslı kadrların hazırlanması məsələsini gündəmə gətirib. "Facebook" sosial şəbəkəsində son günlər orduda müəyyən ixtisaslar üzrə hazırlıqlı kadrların işə qəbulu ilə bağlı məlumatlar paylaşılır. Sputnik Azərbaycan hərbi vəziyyətdə hansı peşələr üzrə ixtisaslı kadrlara daha çox tələbat olduğunu araşdırıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Azərbaycanda "İnsansız Hava Vasitələri (IHV) mühəndisi" ixtisası üzrə kadrların hazırlanması vacibdir: "Hərbi dronların, yəni pilotsuz uçan aparatların müxtəlif növləri var. Kəşfiyyat-müşahidə dronu, silahdaşıyan dron, kamikadze dron və s. Dronların hamısı ya yerdən, ya da təyyarədən, dronla əlaqəli idarəetmə mərkəzindən idarə olunur.

Son zamanlar kommersiya dronları da ciddi olaraq gündəmə gəlib. Yəni müxtəlif yükləri hansısa ünvana çatdıran, xidmət göstərən dronlara böyük investisiyalar yatırılır. Dronları idarə etmək üçün peyk və kosmik texnologiyalara, İKT-yə əsaslanan mərkəz qurulur. Monitor arxasında oturan operatorlar idarəetmə mərkəzindən 150-300 km məsafədə uçan dronu idarə edərək qarşıya qoyulan vəzifəni yerinə yetirməlidirlər. Əgər kamikadze dron deyilsə, onu geri, bazaya da qaytarmalıdır.

Artıq dron əleyhinə texnologiyalar yaranmağa başladığından dronu qorumaq da ciddi bir problemə çevrilib. Həm də hərbi dronlardan sürü halında istifadə etdikdə daha böyük effekt verir. Türkiyə tərəfindən sürü halında istifadə olunan dronlar Suriya və Liviya müharibəsində hədsiz böyük uğur qazanıb. Xarici ekspertlər artıq indidən yazırlar ki, Azərbaycanın apardığı Vətən Müharibəsi də mahiyyətcə "dron müharibəsidir". Azərbaycan tərəfindən istifadə olunan dronların düşmənin yüzlərlə hərbi texnikasını, tanklarını və zenit qurğularını, hətta ballistik raketlərini məhv etməsi xarici mətbuatın diqqət mərkəzində olan mövzudur. Düşünürəm ki, ən yaxın zamanlarda bizdə dronlarla əlaqəli çox sayda mütəxəssislərə ciddi ehtiyac yaranacaq".

O.Gündüz bildirir ki, hazırda ölkəmizdə, Müdafiə Sənayesi sistemində və AMEA Yüksək Texnologiyalar parkında hərbi və ya kommersiya yönümlü müxtəlif dronlar istehsal olunur: "Dronların hazırlanması və idarə olunması üzrə mütəxəssisləri necə hazırlaya bilərik? Bu sahədə həm elektron mühəndislərə və həm də dronları idarə edən "Dron operatoru" və ya "Dron pilotu"na ehtiyac yaranacaq. Beynəlxalq təcrübəyə nəzər salanda görmək olar ki, dünyanın bir çox universitetləri artıq bu istiqamətdə kadrlar hazırlayır. Fikrimcə, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyası bu sahənin inkişafına ciddi töhfələr verə bilər. Bildiyim qədər, artıq AzTU-da bu istiqamətdə ciddi işlər aparılır. AzTU-da bir neçə ildir ki, müxtəlif hərbi ixtisaslar üzrə ayrıca bölmə var. Müdafiə Sənayesi üzrə dövlət qurumu ilə birgə fəaliyyət göstərirlər və hərbi sahə üzrə mütəxəssislər hazırlayırlar. AzTU nəzdində iki kollec də var. Rabitə və Texniki yönümlü bu kolleclərdə növbəti ildən dron sahəsi üzrə operatorların hazırlanması istiqamətində işlərə başlandığı bildirilir. Düşünürəm ki, ciddi resurslara malik Milli Aviasiya Akademiyası da bu sahədə mütəxəssislərin yetişdirilməsinə və ümumiyyətlə bu sahənin inkişafına böyük töhfələr verə bilər".

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Hüquq, insan resursları və informasiya şöbəsinin müdiri vəzifəsini icra edən Ceyran Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni ixtisaslara tələbin qarşılanması müvafiq müraciət əsasında həyata keçirilir:

"Peşə Təhsili üzrə Dövlət Agentliyi yeni ixtisası öz-özünə açmır. Bunun üçün işəgötürənlər tərəfindən müvafiq məlumat təqdim edilməlidir. Çünki növbəti mərhələdə o kadrların işlə təmin olunması məsələsi gəlir. Digər yeni ixtisaslara gəlincə, bu, həm özəl, həmçinin də dövlətin marağı və təklifi əsasında formalaşan ixtisaslar ola bilər. Amma ölkəmizdə hərbi vəziyyətlə bağlı nə Təhsil Nazirliyinə, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyinə kadr hazırlığı ilə bağlı istək daxil olub".

Qeyd edək ki, müharibə dövründə ordumuz Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda hərbi texnikasını qənimət kimi əldə edib. İstər həmin texnikaların, istər də ordmuzun istifadə etdiyi hərbi texnikaların saz vəziyyətdə saxlanılması bu sahə üzrə ixtisaslı ustalara tələbatı artırır.

C.Məmmədli bildirir ki, hazırda aşpaz peşəsindən sonra avtomobil təmiri və çilingər sahəsi üzrə kadr hazırlığı ən çox maraq olan ixtisaslardır. O, hazırda bu ixtisaslar üzrə kadr hazırlığı aparıldığını söyləyir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanın Ali Baş Komandanının zəkası və peşəkarlığı sayəsində bu gün hərbi sahədə arxa cəbhədə belə mütəxəssis qıtlığı müşahidə olunmur: "Azərbaycan 27 ildir ki, müharibə vəziyyətində olan ölkədir. Bizim ölkəmizdə uzun illərdir ki, arxa cəbhədə texnikaların təmiri, eləcə də müvafiq hərbi texnikaların idarəolunması üzrə kadrlar hazırlanıb. Odur ki, hazırda bu sahələrdə kadr problemi yaşanmır. Əgər hansısa yeni ixtisasların hazırlanmasına ehtiyac olarsa, Azərbaycanda müxtəlif profilli ali və peşə təhsili müəssisələri var. Həmin müəssisələr ehtiyac olan sahələr üzrə kadr hazırlamaq gücündədir".

19
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, hərbi, operator, dron, peşə, müharibə
Əlaqədar
Ermənistanın "vurduğu" Azərbaycan PUA-sı "kukuruznik" çıxdı
Müdafiə Sənayesi Nazirliyi "İti qovan" PUA-larının istehsalını davam etdirir
Ekspert: ““Ali təhsil haqqında” qanun keyfiyyətin artmasına xidmət edəcək”
Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?
Casus sizə düşündüyünüzdən daha yaxın, ondan qurtulmağın yolu isə çox asandır