Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Təhsil Nazirliyi yanında ictimai şura onlayn iclas keçirib

19
(Yenilənib 14:50 18.05.2020)
Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən elan edilən "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi"nə layihələrin qəbulu aprelin 18-də başa çatıb

BAKI, 18 may — Sputnik. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti onlayn iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" barədə müzakirələrin vacibliyi vurğulanıb.

Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov qeyd eidb ki, "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" 02.03.2020-ci il tarixdə elan edilib və hazırda məzmun ekspertizası ərəfəsindədir.

İclasda qeyd edilib ki, müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, inkişafı stimullaşdırmaqdan, təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdır.

Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən elan edilən "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi"nə layihələrin qəbulu aprelin 18-də başa çatıb.

İclasda bildirilib ki, müsabiqəyə 9 prioritet istiqamət üzrə layihə qəbulu tam elektronlaşdırılıb və grants.edu.az portalı vasitəsilə aparılıb. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriyalar üzrə, ümumilikdə 852 (ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriyalar üzrə isə 648) sayda layihə təqdim edilib.

İclasda Təhsil nazirinin müşaviri Elnur Məmmədov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov, Şura sədri professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Milli Məclisin deputatı, fəlsəfə doktoru Etibar Əliyev, Asif Cahangirov, fəlsəfə doktorları Ülviyyə Mikayılova, Elmina Kazımzadə çıxışlar edərək rəy, təklif və tövsiyələrini bildiriblər.

19
Tələbələr, arxiv şəkli

Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi asanlaşdı

4
(Yenilənib 18:14 29.05.2020)
Ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür.

BAKI, 29 may — Sputnik. Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi səbəbindən ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür.

Bu tədbirlərdən biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsini ehtiva edir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən http://e-telebe.edu.az portalı yaradılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sözügedən qərarda qeyd edilən əhali qruplarına aid ailələrin üzvləri olan tələbələr adıçəkilən platformada qeydiyyatdan keçməklə təhsil haqqı xərclərinin dövlət tərəfindən qarşılanması üçün müraciət edə bilərlər. Eyni zamanda, müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına daxil olan çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, ATGTİ tərəfindən müvafiq videotəlimat hazırlanıb. Videotəlimatın hazırlanmasında məqsəd dövlət tərəfindən yaradılmış bu imkandan hüququ çatan hər bir tələbənin faydalanmasına töhfə verməkdir.

4
Əlaqədar
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək
Təhsil nazirindən təhsil haqqı ilə bağlı açıqlama
Güzəştdən yararlanmağın yolları - ekspert tələbələrə yol göstərir
Ali məktəbə hazırlaşanları və bitirənləri hansı dəyişikliklər gözləyir – ekspert şərhi
İmtahan, arxiv şəkli

Buraxılış imtahanlarında tapşırıqların strukturu balları hesablama qaydası açıqlandı

17
Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur

BAKI, 29 may — Sputnik. Dövlət İmtahan Mərkəzi 11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydasını açıqlayıb.

Sputnik Azərbaycan DİM-in məlumatını təqdim edir:

11-ci sinif buraxılış imtahanı

Tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin cari ildə keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılmışdır. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24 dən 12-yə endirilmişdir. İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

Azərbaycan (rus, gürcü) dili

- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq.

Riyaziyyat

- Qapalı tipli 13 tapşırıq;

- Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;

- Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.

Xarici dil

- Dinləyib-anlamaya dair  mətn (publisistik və ya dialoq formalı)  və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;

- Qapalı tipli 16 tapşırıq;

- Oxuyub-anlamaya dair  mətn və mətnə aid 8 tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.

Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 1-də  təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 1). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə buraxılış imtahanları bir mərhələdə (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir.

Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 2-də təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Buraxılış imtahanları ilə bağlı dəyişikliklər qüvvəyə minməzdən əvvəl ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər. Həmin şagirdlərin hər bir fənn üzrə əldə etdikləri nəticələri 100 ballıq şkalaya keçirilərək onların imtahan nəticələri səhifəsinə yerləşdirilmişdir. Şagirdlərin 100 ballıq şkalaya uyğun balları onların təhsil sənədinə yazılır. Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan şagirdlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verdikləri təqdirdə müsabiqədə iştirak edə bilmək üçün bir mərhələli imtahanda (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) iştirak etməlidirlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 2). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

“Azərbaycan dili” (dövlət dili kimi) imtahanı

Qeyri-Azərbaycan bölməsinin 9-cu və 11-ci sinif şagirdləri “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, uyğun olaraq ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən imtahan verirlər. İmtahan 2019-cu il “Azərbaycan dili” (dövlət dili kimi) imtahanı modelinə uyğun olaraq keçirilir və imtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanmış 30 qapalı tipli tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır. İmtahan üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

-Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

-Oxuyub-anlamaya dair 2 mətn (bədii və publisistik formalı) və hər mətnə aid 10 qapalı tipli tapşırıq (cəmi 20 tapşırıq).

17
Əlaqədar
9-cu sinif buraxılış imtahanı bir mərhələdə keçiriləcək
Tələbələr nə vaxt imtahan verəcəklər?
Qəbul imtahanlarının keçirilməsi qaydaları açıqlandı
Bəzi mövzular buraxılış imtahanlarından çıxarıldı
İmtahandan kəsilən tələbələrə yenidən şans veriləcək
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Vəssalam. Tramp bütün əlaqələri kəsdi

0
(Yenilənib 23:22 29.05.2020)
Ağ Evin rəhbəri əlavə edib ki, bundan belə ABŞ bu təşkilat üçün nəzərdə tutulan vəsaiti bütün dünya üzrə səhiyyə ehtiyaclarının qarşılanmasına yönəldəcək

BAKI, 29 may — Sputnik. Prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı ilə münasibətlərini kəsdiyini deyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Amerika lideri qərarını onunla əsaslandırıb ki, ÜST Vaşinqtonun tələb etdiyi islahatları yerinə yetirməkdən imtina edib.

Ağ Evin rəhbəri əlavə edib ki, bundan belə ABŞ bu təşkilat üçün nəzərdə tutulan vəsaiti bütün dünya üzrə səhiyyə ehtiyaclarının qarşılanmasına yönəldəcək.

Xatırladaq ki, hələ aprelin 14-də Tramp bəyan etmişdi ki,  ki, Vaşinqton ÜST-ün maliyyələşdirilməsini dayandırır. Onun sözlərinə görə, təşkilat koronavirus haqda məlumatları vaxtında çatdırmayıb, eləcə də həqiqəti dünya ictimaiyyətinə açıqlamayıb.

0
Əlaqədar
"ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox"
"Strateji səhv". Ruhani ABŞ-ın ÜST-ə dair qərarını şərh etdi
ABŞ və Çin dünya iqtisadiyyatını məhv etməyə hazırlaşırlar
ÜST Trampı yalançı çıxardı - COVID-19 peyvəndi ilin sonuna hazır olmayacaq
Tramp ÜST-ə şərt qoydu: "ya mən dediyimi edin, ya da..."