İmtahan, arxiv şəkli

Qəbul imtahanlarının keçirilməsi qaydaları açıqlandı

19
(Yenilənib 13:26 12.05.2020)
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2020-ci il iyunun 1-dən 15-dək internet vasitəsilə aparılacaq

BAKI, 12 may — Sputnik. Azərbaycanda qəbul imtahanlarının keçirilməsi qaydası açıqlandı.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, abituriyentlər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netlərinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetindəki hesabından çıxılır.

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə keçirilir.

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarının birinə daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən iyunun 5-dək olan müddətdə özləri təsdiq edirlər:

- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;

- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;

- Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;

- 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qadın cinsli abituriyentlər.

2. Digər abituriyentlər elektron ərizələrini doldurduqdan sonra 2020-ci il mayın 18-dən iyunun 5-dək DİM-in internet saytından elektron qaydada növbə götürərək tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.

SQK-ların siyahısı və onların fəaliyyət müddəti, ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə müvafiq səhifədə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiniz.

Test imtahanı, arxiv şəkli
© Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidməti

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2020-ci il iyunun 1-dən 15-dək internet vasitəsilə aparılacaq. Daha ətraflı məlumatla tələbə qəbulu haqqında elanın son hissəsində tanış ola bilərsiniz.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu

11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2020-ci il mayın 12-dən iyunun 5-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

1. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən mayın 12-dən iyunun 5-dək olan müddətdə özləri təsdiq edirlər:

- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər;

- Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən abituriyentlər;

- Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər;

- 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş abituriyentlər.

Digər abituriyentlər elektron ərizələrini doldurduqdan sonra 2020-ci il mayın 18-dən iyunun 5-dək DİM-in internet saytından elektron qaydada növbə götürərək tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.

SQK-ların siyahısı və onların fəaliyyət müddəti, tələb olunan sənədlər, imtahanların keçirilməsi, müsabiqə şərtləri və digər məsələlərlə müvafiq səhifədə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan, Orta ixtisas TM”) tanış ola bilərsiniz.

Qeyd: Tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı "Abituriyent" 2 jurnalında tanış ola biləcəksiniz.

19
Tələbələr, arxiv şəkli

Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi asanlaşdı

4
(Yenilənib 18:14 29.05.2020)
Ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür.

BAKI, 29 may — Sputnik. Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi səbəbindən ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür.

Bu tədbirlərdən biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsini ehtiva edir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən http://e-telebe.edu.az portalı yaradılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sözügedən qərarda qeyd edilən əhali qruplarına aid ailələrin üzvləri olan tələbələr adıçəkilən platformada qeydiyyatdan keçməklə təhsil haqqı xərclərinin dövlət tərəfindən qarşılanması üçün müraciət edə bilərlər. Eyni zamanda, müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına daxil olan çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, ATGTİ tərəfindən müvafiq videotəlimat hazırlanıb. Videotəlimatın hazırlanmasında məqsəd dövlət tərəfindən yaradılmış bu imkandan hüququ çatan hər bir tələbənin faydalanmasına töhfə verməkdir.

4
Əlaqədar
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək
Təhsil nazirindən təhsil haqqı ilə bağlı açıqlama
Güzəştdən yararlanmağın yolları - ekspert tələbələrə yol göstərir
Ali məktəbə hazırlaşanları və bitirənləri hansı dəyişikliklər gözləyir – ekspert şərhi
İmtahan, arxiv şəkli

Buraxılış imtahanlarında tapşırıqların strukturu balları hesablama qaydası açıqlandı

17
Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur

BAKI, 29 may — Sputnik. Dövlət İmtahan Mərkəzi 11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydasını açıqlayıb.

Sputnik Azərbaycan DİM-in məlumatını təqdim edir:

11-ci sinif buraxılış imtahanı

Tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin cari ildə keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılmışdır. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24 dən 12-yə endirilmişdir. İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

Azərbaycan (rus, gürcü) dili

- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq.

Riyaziyyat

- Qapalı tipli 13 tapşırıq;

- Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;

- Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.

Xarici dil

- Dinləyib-anlamaya dair  mətn (publisistik və ya dialoq formalı)  və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;

- Qapalı tipli 16 tapşırıq;

- Oxuyub-anlamaya dair  mətn və mətnə aid 8 tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.

Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 1-də  təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 1). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə buraxılış imtahanları bir mərhələdə (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir.

Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 2-də təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Buraxılış imtahanları ilə bağlı dəyişikliklər qüvvəyə minməzdən əvvəl ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər. Həmin şagirdlərin hər bir fənn üzrə əldə etdikləri nəticələri 100 ballıq şkalaya keçirilərək onların imtahan nəticələri səhifəsinə yerləşdirilmişdir. Şagirdlərin 100 ballıq şkalaya uyğun balları onların təhsil sənədinə yazılır. Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan şagirdlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verdikləri təqdirdə müsabiqədə iştirak edə bilmək üçün bir mərhələli imtahanda (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) iştirak etməlidirlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 2). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

“Azərbaycan dili” (dövlət dili kimi) imtahanı

Qeyri-Azərbaycan bölməsinin 9-cu və 11-ci sinif şagirdləri “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, uyğun olaraq ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən imtahan verirlər. İmtahan 2019-cu il “Azərbaycan dili” (dövlət dili kimi) imtahanı modelinə uyğun olaraq keçirilir və imtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanmış 30 qapalı tipli tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır. İmtahan üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

-Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

-Oxuyub-anlamaya dair 2 mətn (bədii və publisistik formalı) və hər mətnə aid 10 qapalı tipli tapşırıq (cəmi 20 tapşırıq).

17
Əlaqədar
9-cu sinif buraxılış imtahanı bir mərhələdə keçiriləcək
Tələbələr nə vaxt imtahan verəcəklər?
Qəbul imtahanlarının keçirilməsi qaydaları açıqlandı
Bəzi mövzular buraxılış imtahanlarından çıxarıldı
İmtahandan kəsilən tələbələrə yenidən şans veriləcək
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko yenə koronavirusdan danışdı Onun öz versiyası var

0
(Yenilənib 22:34 29.05.2020)
"Bu, xəstəlikdən daha artıqdır. Xəstəlik məsələnin yarısını, bəlkə də daha az hissəsini əhatə edir"

BAKI, 29 may — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, yeni növ koronavirus pandemiyasında "xəstəlik məsələnin yarısını təşkil edir, qalanı isə siyasətdir". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Lukaşenko Minsk Traktor Zavodunu ziyarət edən zaman bildirib.

"Mən əvvəlki kimi bir prinsipə sadiqəm: Bu, xəstəlikdən daha artıqdır. Xəstəlik məsələnin yarısını, bəlkə də daha az hissəsini əhatə edir. Yerdə qalan isə siyasətdir", - deyə Lukaşenko vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virusa yoluxanların sayı 5,8 milyonu keçib, 360 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Əlaqədar
Evdə qalanlar virusun ikinci dalğasında koronavirus tutacaq – Lukaşenko
Lukaşenko koronavirus xəstələrini şəxsən müalicə etmək istəyir
Lukaşenko "yavaş və sakit şəkildə" məktəbə qayıtmaq tapşırığını verib
Lukaşenko böhrandan çıxış yolunu tapdı