Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli

Avropa cəsarətləndi: bizim müəllimlərə mane olan nədir?

511
(Yenilənib 11:45 12.05.2020)
"Düşünürəm ki, karantin qaydaları və test prosesinə müəyyən qədər dəyişiklik etməyə ehtiyac var. Xüsusən də regionlarda təshil alanların məktəbə getməyə ehtiyacı var" - Kamran Əsədov

BAKI, 12 may — Sputnik. Artıq bir müddətdir ki, Danimarka və Norveçdə məktəblər açılıb. Ötən həftədən etibarən Avropanın bir çox ölkələri də alimlərin tövsiyələrinə rəğmən məktəbləri açmaq haqda qərar qəbul edib. Mayın 11-dən Fransada məktəblər açılıb. Almaniyada isə bu həftədən şagirdlər həftəlik növbəli sistemlə məktəbə başlayırlar. Yəni 20 nəfərlik sinifdə şagirdlərin 10-u məktəbdən, eyni zamanda digər 10 nəfəri isə evdən dərs alır. Daha sonrakı həftədə isə növbələr dəyişəcək, yəni mayın 11-dən bir həftə ərzində məktəbdə dərs alan şagirdlər növbəti həftədə evdən, öncəki həftədə evdən dərs alanlar isə məktəbdən dərs alacaqlar.

Azərbaycanda da şagirdlər artıq 71 gündür ki, məktəbdən, əlçatan təhsil prosesindən uzaqda qalıblar. Maraqlıdır, Azərbaycan necə, bu ölkələrin ənənəsindən yararlana bilərmi?

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb və bildirib ki, tərəflərindən bununla bağlı daha öncə də müraciət edilib, təkliflər verilib: "Martın 3-dən etibarən Azərbaycanda məktəb və universitetlər fəaliyyətini dayandırdı. Bu o deməkdir ki, 4 min 447 orta ümumtəhsil məktəbində təhsil alan 1.6 milyon şagird üçün normal dərs axını dayanıb. Martın 11-dən teledərslər, aprelin 2-dən virtual dərslər keçirilsə də, bu proqramlar bütün şagirdləri əhatə edə bilməyib, şagirdlər üçün dərslərin əlçatanlığı təmin olunmayıb. Məktəblərdə dərslərin bərpa olunması üçün təklif etmişdim ki, bu aydan etibarən mərhələli şəkildə dərslərə başlanılsın. Belə olan halda sinfin bir hissəsi bir, qalan hissəsi isə digər müəllimin dərsində iştirak edəcəklər. Xüsusən də 9-11-ci siniflərdə dərsləri bu yolla bərpa etmək olar. Çünki virtual yollar və teledərslər vasitəsilə şagirdlər mövzuları tamamilə mənimsəyə bilməyiblər".

"Qarşıdakı günlərdə 9 və 11-ci sinif şagirdlərini imtahanların gözlədiyini nəzərə alsaq, deyə bilərik ki, onlar üçün normal təhsil prosesi hələ ki, həyata keçirilmir. Bu səbəbdən prosesin mayın 31-dək uzadılması anlaşılan deyil", - deyə K.Əsədov əlavə edib.

Təhsil eksperti bölgələrdə karantinin aradan qaldırıldığını, şagirdlərin asanlıqla hərəkət edə bildiyini əsas gətirərək deyir ki, son 14 gün ərzində yoluxmanın müşahidə olunmadığı ərazilərdə məktəbləri qismən açmaq olar:

"Bu prosesi iyunun 1-dək dayandırsaq, o zaman 1-14 iyun tarixlərində yalnız sənədləşmə işlərini həyata keçirtmək mümkün olacaq. Bu səbəbdən düşünürəm ki, karantin qaydaları və test prosesinə müəyyən qədər dəyişiklik etməyə ehtiyac var. Xüsusən də regionlarda təshil alanların məktəbə getməyə ehtiyacı var".

K.Əsədovun sözlərinə görə, qonşu Türkiyədə də bənzər təcrübələr əsasında məktəblərin yaxın günlərdə bərpası nəzərdə tutulur: "Universitetlərdə son kursda oxuyanlar diplom işinə, dövlət imtahanına hazırlaşırlar. Belə tələbələrin tədris prosesinə cəlb edilməsi vacib idi. Biz tədris prosesinin dayandırılmasına rəğmən digər şəxslərin evlərini tərk edərək işlərini gördüklərinin şahidiyik. Bir daha qeyd edim ki, tədris prosesinin saxanılması, yəni məktəblərin açılmaması şagirdlərin tədrisdən geri qalmasına səbəb olacaq".

Sabahdan ali məktəblərə sənəd qəbulu başlayır>>

Qeyd edək ki, Avropa ölkələri hələlik bağçaların deyil, yalnız məktəblərin açılması istiqamətində müəyyən mexanizm formalaşdırır. Avropada sosial məsafəni qorumaq üçün məktəblərdə şagirdlərin fərqli vaxtlarda dərsə başlayacağı və fərqli vaxtlarda sinif otaqlarını tərk edəcəyi qərarlaşdırılıb.

Fransada isə aşağı yaşlılar üçün nəzərdə tutulan orta məktəblər yalnız virusun geniş yayılmadığı ərazilərdə açılacaq. Bununla belə, virusun yayılma arealının genişlənməməsi üçün bütün idman oyunlarının qadağası hələ də qüvvədə qalacaq. Bundan başqa, Avropada artıq açılan məktəblərdə birdən artıq şagirdin toxuna biləcəyi bütün əşyaların dezinfeksiya olunmasının vacibliyi tövsiyə olunur.

511
Əlaqədar
İyunun 1-dən məktəblər açıla bilər
Bəxtəvərlər, yoxsa?.. Onların uşaqları məktəbə gedirlər - FOTO
Prezident modul tipli məktəblərə 10 milyon ayırdı
Məktəb, koronavirus və D vitamini - "Təhlükə qala-qala tədris bərpa olunmayacaq"
Ali məktəblərə qəbul vaxtı və qaydası açıqlandı
Tələbələr, arxiv şəkli

Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi asanlaşdı

4
(Yenilənib 18:14 29.05.2020)
Ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür.

BAKI, 29 may — Sputnik. Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş karantin rejimi səbəbindən ali təhsil müəssisələrində tədris prosesində tələbələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə hökumət tərəfindən bir sıra dəstəkverici tədbirlər görülür.

Bu tədbirlərdən biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsini ehtiva edir ki, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən http://e-telebe.edu.az portalı yaradılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sözügedən qərarda qeyd edilən əhali qruplarına aid ailələrin üzvləri olan tələbələr adıçəkilən platformada qeydiyyatdan keçməklə təhsil haqqı xərclərinin dövlət tərəfindən qarşılanması üçün müraciət edə bilərlər. Eyni zamanda, müxtəlif ali təhsil müəssisələrinin tələbələrindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına daxil olan çoxsaylı sorğu və müraciətləri nəzərə alaraq, ATGTİ tərəfindən müvafiq videotəlimat hazırlanıb. Videotəlimatın hazırlanmasında məqsəd dövlət tərəfindən yaradılmış bu imkandan hüququ çatan hər bir tələbənin faydalanmasına töhfə verməkdir.

4
Əlaqədar
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək
Təhsil nazirindən təhsil haqqı ilə bağlı açıqlama
Güzəştdən yararlanmağın yolları - ekspert tələbələrə yol göstərir
Ali məktəbə hazırlaşanları və bitirənləri hansı dəyişikliklər gözləyir – ekspert şərhi
İmtahan, arxiv şəkli

Buraxılış imtahanlarında tapşırıqların strukturu balları hesablama qaydası açıqlandı

17
Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur

BAKI, 29 may — Sputnik. Dövlət İmtahan Mərkəzi 11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydasını açıqlayıb.

Sputnik Azərbaycan DİM-in məlumatını təqdim edir:

11-ci sinif buraxılış imtahanı

Tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin cari ildə keçiriləcək buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılmışdır. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24 dən 12-yə endirilmişdir. İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

Azərbaycan (rus, gürcü) dili

- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq.

Riyaziyyat

- Qapalı tipli 13 tapşırıq;

- Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;

- Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.

Xarici dil

- Dinləyib-anlamaya dair  mətn (publisistik və ya dialoq formalı)  və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;

- Qapalı tipli 16 tapşırıq;

- Oxuyub-anlamaya dair  mətn və mətnə aid 8 tapşırıq; qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.

Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 1-də  təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 1). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən ümumi orta təhsil səviyyəsi (9-cu sinif) üzrə buraxılış imtahanları bir mərhələdə (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir.

Şagirdlərin imtahan fənləri üzrə balları Cədvəl 2-də təqdim olunan qaydada hesablanır. Hər fənn üzrə toplanıla bilən maksimal bal 100-dür. Təhsil sənədinə yazılarkən hər bir fənn üzrə toplanan bal tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır.

Buraxılış imtahanları ilə bağlı dəyişikliklər qüvvəyə minməzdən əvvəl ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsində iştirak etmiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər. Həmin şagirdlərin hər bir fənn üzrə əldə etdikləri nəticələri 100 ballıq şkalaya keçirilərək onların imtahan nəticələri səhifəsinə yerləşdirilmişdir. Şagirdlərin 100 ballıq şkalaya uyğun balları onların təhsil sənədinə yazılır. Yeni şkalaya uyğun qiymətindən narazı olan şagirdlər üçün sentyabr ayında imtahan (buraxılış imtahanının ikinci mərhələsinin modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan şagirdlər ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün ərizə verdikləri təqdirdə müsabiqədə iştirak edə bilmək üçün bir mərhələli imtahanda (buraxılış imtahanının ikinci mərhələsinin modeli əsasında) iştirak etməlidirlər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edənlər üçün ümumi bal hesablanarkən hər bir fənn üzrə toplanan nisbi ballar cəmlənir (Cədvəl 2). Bu zaman fənlər üzrə nisbi ballar hesablandıqdan sonra 0.1-ə qədər yuvarlaqlaşdırılır. İmtahanda toplanıla bilən maksimal ümumi bal hər fənn üzrə 100 bal olmaqla 300-dür.

“Azərbaycan dili” (dövlət dili kimi) imtahanı

Qeyri-Azərbaycan bölməsinin 9-cu və 11-ci sinif şagirdləri “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, uyğun olaraq ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən imtahan verirlər. İmtahan 2019-cu il “Azərbaycan dili” (dövlət dili kimi) imtahanı modelinə uyğun olaraq keçirilir və imtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanmış 30 qapalı tipli tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır. İmtahan üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

-Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

-Oxuyub-anlamaya dair 2 mətn (bədii və publisistik formalı) və hər mətnə aid 10 qapalı tipli tapşırıq (cəmi 20 tapşırıq).

17
Əlaqədar
9-cu sinif buraxılış imtahanı bir mərhələdə keçiriləcək
Tələbələr nə vaxt imtahan verəcəklər?
Qəbul imtahanlarının keçirilməsi qaydaları açıqlandı
Bəzi mövzular buraxılış imtahanlarından çıxarıldı
İmtahandan kəsilən tələbələrə yenidən şans veriləcək
ABŞ-da polis əməkdaşı, arxiv şəkli

ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi

0
(Yenilənib 23:01 29.05.2020)
Prokuror əlavə edib ki, ittiham rekord qısa zaman kəsiyində irəli sürülüb, çünki adətən belə hallarda proses bir neçə ay çəkir

BAKI, 29 may — Sputnik. Minneapolisdə həbs olunan zaman həlak olan Corc Floydun ölümündə ittiham olunan keçmiş polis işçisi həbs edilib.

Spiutnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə yerli Hennepin dairəsinin prokuroru Mayk Frimen deyib.

“Bildirmək istəyirəm ki, keçmiş polis zabiti Derek Çaven həbs olunub. Ona qarşı üçüncü dərəcəli qətl (ehtiyatsızlıqdan adamöldürmə - red.) və qərəzsiz qətl ittihamları irəli sürülüb” ,- prokuror qeyd edib.

O vurğulayıb ki, hadisə yerində olan digər üç polisin barəsində araşdırmalar isə davam edir.

​Prokuror əlavə edib ki, ittiham rekord qısa zaman kəsiyində irəli sürülüb, çünki adətən belə hallarda proses bir neçə ay çəkir.

Minnesota ştatının ən iri şəhəri olan Minneapolisdə iğtişaşlar 46 yaşlı qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayıb. O, mayın 25-də həbs olunarkən polis onu yerə yıxıb və dizi ilə boynundan basıb. O, nəfəs ala bilmədiyini desə də polis əməkdaşı buna əhəmiyyət verməyib. Floyd aparıldığı xəstəxanada keçinib. Sabahı gün yüzlərlə adam etiraza çıxıb.

​Onların əksəriyyəti "Nəfəs ala bilmirəm" yazılan maska taxıb. Dinc aksiya iğtişaşa çevrilib: sakinlər polis idarəsini yandırıblar, əvəzində polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

0
Əlaqədar
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir