CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır

© Sputnik / Murad OrujovГосударственный экзаменационный центр
Государственный экзаменационный центр - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sənəd qəbulu 12 may - 5 iyun tarixlərində onlayn şəkildə təşkil ediləcək.

BAKI, 12 may - Sputnik. Bu gündən ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu başlayır.

Onlayn şəkildə keçiriləcək proses 12 may-5 iyun tarixlərini əhatə edəcək.

Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə).

Qəbul imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular (11-ci sinfə aid) çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Bu gündən tam orta təhsil bazasında kolleclərə də sənəd qəbulu başlayır. 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, tam orta (11 illik) təhsil bazasında kolleclərə sənəd qəbulu 12 may - 5 iyun tarixlərində onlayn şəkildə təşkil ediləcək.

Xəbər lenti
0