CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhrumiyyət dövrünün praktikası: Müəllimlərlə bağlı yeni qayda nə verəcək

© Photo : Baku city Education DepartmentВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Qaydaya əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Nazirlər Kabineti aprelin 30-da "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nı təsdiq edib. Qaydaya əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Qərarda pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayanlar (məhkumluğu, bəzi xəstəlikləri olan və sair), habelə pedaqoji təhsili olmayan ali təhsil mütəxəssislərinin siyahıda müəyyən edilmiş bəzi fənləri tədris etmək hüququ nəzərdə tutulub (bu halda həmin mütəxəssislər pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı təşkil olunacaq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar). Kənd rayonlarında yerləşən məktəblərdə kadr çatışmazılığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (misal olaraq, kimya-biologiya, fizika-riyaziyyat, tarix-coğrafiya və sair) müvafiq fənn müəllimi tərəfindən tədrisinə icazə veriləcək. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan bütün şəxslər müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən işə qəbul ediləcək.

Bu qaydanın təsdiq edilməsi nəyi dəyişəcək?

Школьница делает уроки по русскому языку - Sputnik Azərbaycan
Tədrisdə ciddi problem yaranıb: Belə getsə, nə müəllim qazanacaq, nə nəticə olacaq

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin yeni qərarı ilə qeyri-pedaqoji, ancaq 29 konkret ixtisasın sahibi təlimə cəlb edilib müəllim işləyə bilmə hüququ qazanıb: "Qaydaya əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan bütün şəxslər müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən işə qəbul ediləcək. Bu əlbəttə ki, 2012-ci ildən ləğv olunmuş qaydanın bərpası idi. Bundan sonra müəllimlər arasında ciddi rəqabət gedəcək. Kim daha yaxşı nəticə əldə etsə, onun təhsil sistemində qalması mümkün olacaq. Yeni qayda eyni zamanda bölgələrdə ixtisaslı kard çatışmazlığını aradan qaldıracaq".

Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarı məhz pedaqoji fəaliyyətlə məşğul olmaq istəyində olan insanlarla bağlı əvvəlki qərarlarda müəyyən dəyişikliklərin edilməsi ilə səciyyəvidir.

Onun sözlərinə görə, pedaqoji fəaliyyətlə məşğul olmaq təkcə, bir peşə ilə məşğul olmaq deyil, ölkənin gələcəyi üçün faydalı və lazımlı vətəndaş yetişdirmək deməkdir. Bu baxımdan təbii ki, pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən insanın mənəvi, əxlaqi, şəxsi keyfiyyətləri önəmlidir.

"Eyni zamanda cəmiyyətdə müəllim obrazı ilə bağlı sağlam bir düşüncə var. Bu yeni qərar həmin düşüncənin bizim cəmiyyətimiz üçün toxunulmaz olduğunu nümayiş etdirir. Qaydanın müəyyən bəndləri və tələbləri var. Belə ki, qeyd edilən keyfiyyətlərə cavab verməyən insanlar, ağır cinayətlər törətmiş şəxslər pedaqoji fəaliyyətlə məşğul olmalı deyillər", - deyə eksert bildirib.

O, vurğulayıb ki, təkcə regionlarda deyil, ucqar kəndlərdə bəzi ixtisaslar üzrə kadr çatışmazlığı müşahidə edilir.

"Bəzən məktəblərdə müşahidələr göstərir ki, bir fənn üzrə məktəbdə müəllim yoxdur. Bu da ona gətirib çıxarır ki, şagirdlər bir dərsdən geri qalırlar. Ucqar ərazilərdə müəllim çatışmazlığını ödəmək üçün bu qərar müsbət qiymətləndirilməlidir", - deyə o, bildiirb.

İ.Orucov onu da qeyd edib ki, işə qəbul imtahanında yalnız konkret ixtisaslar üzrə pedoqoji fəaliyyətlə məşğul olmaq üçün əlavə olaraq gedib, bir neçə ayını sərf edərək Təhsil Nazirliyinin təlimlərində iştirak etməyə ehtiyac qalmayacaq. Onlar birbaşa müəllimlərin işə qəbul imtahanlarına qoşula bilərlər. Müvafiq nəticəni göstərərək siyahıda qeyd olunmuş ixtisaslar üzrə müəllimlər pedoqoji fəaliyyətlə məşğul ola biləcəklər.

Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Baş Nazir müəllimlərin işi ilə bağlı qərar verdi

Təhsil eskperti Qoşqar Məhərrəmovun sözlərinə görə, müəllimlərin pedoqoji fəaliyyətlə məşğul olma qaydasının müəyyənləşməsi əslində müəyyən məsələləri gündəmə gətirir: "Bunlardan biri müəllim namizədlərinin çoxalmasıdır. Çünki görünən odur ki, 3.2 bəndində qeyd olunduğu kimi müxtəlif ixtisaslarda bakalavr təhsili almış insanların müəyyən təlimlərdən- nazirliyə aid olan pedaqoji və psixoloji təlimlərdən keçdikdən sonra müəllim olmağına icazə verir. Yəni onlar yenidən imtahana müraciət edə biləcək. Təlimlərdən sonra artıq onlar müəllim kimi özlərini sınaya biləcəklər. Ancaq burada müəyyən bir məsələ ortaya çıxır. Yəni bunlardan biri odur ki, təlimlərdə müəllim namizədlərinə nə öyrədiləcək. Məsələn, İncəsənət Universitetində "solo oxuma" üzrə bakalavr təhsili alan şəxs musiqi müəllimi olacaq. Və yaxud deyək ki, pedoqoji təhsili olmayan, ancaq müvafiq olaraq kimya, fizika, biologiya ixtisası üzrə təhsil almış şəxslər həmin ixtisasın müəllimi ola bilərlər. Yəni, bakalavrda tələbələrə öyrətmədiyimiz pedoqogika, psixologiya, təhsil psixologiyası, sinifin idarə olunması məsələlərini daha qısa müddətdə öyrətmək planlaşdırılır. Bu səbəbdən, Nazirlik öhdəsinə böyük iş götürür", - deyə o, əlavə edib.

Q.Məhərrəmovun sözlərinə görə, dünya təcrübəsinə nəzər saldıqda, hər hansı bir ixtisas üzrə bakalavr təhsili alan şəxsin 1 və ya 2 il pedoqoji sahədə magistr təhsili aldıqdan sonra müəllim işləyə bildiyi müşahidə edilir:

"İnkişaf etmiş ölkələrin təcrübəsində müəllim olmaq üçün minimum magistr təhsili almaq lazımdır. Biz də bu beynəlxalq universal təcrübənin nəticələrindən bəhrələnməli və çox diqqətli bir proqram hazırlamalıyıq. Pedaqoji ixtisasdan məzun olmayıb, pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən şəxslər nazirliyin təlimlərinə qoşulduqdan, sertfikatları aldıqdan sonra müəllim olmaq üçün imtahanlara girəcəklər".

Ekspertin sözlərinə görə, bənzər dərslər üzrə, məsələn, tarix müəlliminin coğrafiya, biologiya müəlliminin kimya dərsinə girməsi arzu olunan hal deyil. Hətta bunu "məhrumiyyət dövrünün praktikası" adlandırmaq olar.

"Çünki "uzun illər biologiya ilə məşğul olan insan kimyanı da bilir, kimya ilə məşğul olan şəxs biologiyanı da bilir" fikri səhv fikirdir. Ancaq əgər müəllim çatışmazlığı varsa, bu, qəbul olunandır və minimum şəkildə istifadə edilməlidir", - deyə o, əlavə edib.

Xəbər lenti
0