Qalaktika, Andromeda, Süd yolu

Qalaktikanın sonunu tapdılar

49
(Yenilənib 00:32 25.03.2020)
Bizim Qalaktikamızın ölçüsü barədə bu ilk nəticələr hələ dəqiqləşdiriləcək. Ancaq alimlərin fikrincə, bu göstəricilərdən müxtəlif tədqiqatlarda və nəzəriyyələrin formalaşdırılmasında istifadə etmək mümkün olacaq

BAKI, 25 mart — Sputnik. Böyük Britaniya, Almaniya, ABŞ və Kanadadan olan alimlər Gaia kosmik teleskopu vasitəsilə ilk dəfə olaraq bizim qalaktikamızın ölçülərini təyin ediblər.

Bunun üçün onlar tünd materiyanın halosunun - Süd yolunun qravitasiya sahəsinin təsir dairəsində olan sferik sahənin - diametrini ölçüblər.

Ulduz tozu, arxiv şəkli
© NASA / W. Sparks (STScI) and R. Sahai (JPL)

Sputnik Azərbaycan bildirir ki, nəticələr "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub, həmçinin çap kitabxanası üçün arXiv.org-da yerləşdirilib.

Astronomlar digər qalaktikaları müşahidə edə bilirlər, Süd yolunu isə yox, çünki bu qalaktikanın içində yerləşirlər. Ona görə də bizim Qalaktikanın ölçülərini təyin edərkən, adətən, onun ən uzaq obyektlərinədək olan məsafədən çıxış edirlər.

Ancaq belə qiymətləndirmə ilə qalaktika diskinin diametri 260 min işıq ili olur. Günəş sisteminin sərhədlərinin Koyper qurşağından da böyük olduğu və Günəşin qravitasiya təsirində olan bütün sahəni ehtiva etdiyi kimi, Qalaktikamızın sərhədləri də görünən qalaktika diskindən əhəmiyyətli dərəcədə böyükdür.

Gaia kosmik teleskopundan alınan məlumatlar əsasında əldə edilən hesablamalara görə, Oxatan A* nəhəng qara dəliyinin ətrafında dövr edən tünd materiyanın görünməyən halosunun diametri 950 min işıq ilidir.

Gaia teleskopu artıq 7 ildir ki, bizim qalaktikamızda hərəkət edən bütün obyektlərin yerini, şüa sürətini və ulduzlar arasında olan məsafənin dəyişməsini dəqiqliklə qeyd edir. Bu layihənin əsas vəzifəsi Süd yolu qalaktikasının 3D xəritəsini hazırlamaqdır. Ancaq bunun üçün onun ölçülərini bilmək gərəkdir.

Alimlərin fikrincə, yalnız görünən materiyanın qravitasiya təsirinə istinad olunsa, o zaman qalaktika diskinin kənarlarındakı ulduzlar olduğundan daha sürətli hərəkət edir. Əlavə qravitasiya təsirini astrofiziklər tünd materiyadan nüfuz edən xarici halo ilə bağlayırdılar.

NGC 3783 qalaktikasının mərkəzində qara dəlik
© AFP PHOTO / EUROPEAN SOUTHERN OBSERVATORY - M. KORNMESSER

Bu halda onlar Süd yolunun çəkisində olan qalaktikaların tünd materiyasının haləsinin ayrılıqda və Yerli qrupların tərkibində (Süd yolu, Andromeda (M31), Üşbucaq (M33) və onlarla kiçik qalaktikanın daxil olduğu 9.8 milyon işıq ili dametrinə malik qrup) modelini hazırladılar.

Radial sürətləri (Qalaktikanın mərkəzi ətrafında müxtlif məsafələrdə hərəkət edən obtyektlərin orbital sürətləri) və sıxlığı nəzərə alan alimlər qalaktikanın sərhədlərini təyin edə bildilər, bu sərhədlərdən kənarda cırtdan qalaktikaların sürəti xeyli aşağı düşür. Bu sərhədə qədər radial məsafə 292 kiloparsek və ya 950 min işıq ilidir. Süd yolunun ümumi ölçüsü, yaxud diametri isə 1.9 milyon işıq ili təşkil edib.

Bizim Qalaktikamızın ölçüsü barədə bu ilk nəticələr hələ dəqiqləşdiriləcək. Ancaq alimlərin fikrincə, bu göstəricilərdən müxtəlif tədqiqatlarda və nəzəriyyələrin formalaşdırılmasında istifadə etmək mümkün olacaq.

49
Əlaqədar
Yer kürəsi yaxınlığından asteroid keçdi
Milyarder özünə elçilik edir, qızı Aya səyahətə aparacaq
Rusiya Aya elə bir qurğu göndərəcək ki...
 Distant təhsil, arxiv şəkli

"Virtual məktəb" platformasından yenilik: Azərbaycan dilində fəaliyyət göstərəcək

17
(Yenilənib 18:05 28.10.2020)
"Noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Noyabrın 2-dən etibarən "Virtual məktəb" platforması Azərbaycan dilində fəaliyyət göstərəcək. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova verib. O bildirib ki, bu həftə həmin məsələ ictimaiyyətə elan ediləcək:

"Biz bununla bağlı hələ yayda açıqlama vermişdik ki, oktyabr ayında "Virtual məktəb" platformasının ana dilində istifadəsi mümkün olacaq. Qeyd edim ki, "Virtual məktəb" platformasından türk dilində istifadə mümkün idi. Amma rus dilində təhsil alan şagirdlər türk dili ilə bağlı müəyyən problem yaşayırdılar. Artıq noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər".

Xatırladaq ki, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov brifinqlərin birində "Microsoft Teams" platformasının Azərbaycan dilinə tərcümə olunmasını diqqətə çatdırmışdı. O bildirmişdi ki, bununla bağlı "Microsoft Teams" şirkətinə müraciət edilib və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.

17
Əlaqədar
Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Təki oxumağa istək olsun: "Virtual məktəb"ə direktorlar da nəzarət edəcək
Məktəbdə

İşğaldan azad edilən yurdlarımızla bağlı məktəblilərə ətraflı məlumat veriləcək

6
(Yenilənib 14:44 28.10.2020)
Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

BAKI, 28 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatda bildirilir ki, bununla bağlı BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. "Məktəb bülletenləri"nin hazırlanmasında əsas məqsəd uşaq və gənclərdə milli vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, işğaldan azad olunan ərazilərimiz haqqında şagirdləri məlumatlandırmaq və Qarabağın tarixi ilə bağlı məktəbliləri maarifləndirməkdən ibarətdir.

Məktəblərdə tədris prosesi bərpa olunduqdan sonra hazırlanacaq bülletenlərdə şanlı ordumuzun şücaəti sayəsində erməni işğalçılarından azad olunan rayon və şəhərlər, həmçinin strateji əhəmiyyətli yüksəkliklər barədə məlumatlar və şəkillərin dərc olunması nəzərdə tutulur. Dərgidə 30 ilə yaxın bir müddətdə işğal altında olan rayon və şəhərlərin tarixi, ərazisi, əhalisi, milli-mənəvi sərvətləri, maddi-mədəniyyət abidələri barədə müəyyən məlumatlar əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda döyüşür, dövlətimizin zəfər tarixini yazır. İşğalçı Ermənistanın təxribatına layiqli cavab verən rəşadətli Azərbaycan Ordusu düşmənə öz yerini göstərir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına əminik.

6
Əlaqədar
Yüzdən çox məktəb Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaytarılacaq
Azərbaycanda 30 məktəb koronavirusa görə distant təhsilə keçirilib
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

0
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

0