Orta məktəb, arxiv şəkli

Valideynlərin nəzərinə - Birinci sinfə elektron qeydiyyat bu tarixədək dayandırılır

8
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.

BAKI, 19 mart — Sputnik. Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

8