ELM

Təhsil Nazirliyindən universitetlərə təklif

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidДистанционное обучение, фото из архива
Дистанционное обучение, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq elektron resursları məhdud olan ali təhsil müəssisələri elektron resursları olan digər ali təhsil müəssisələrinin imkanlarından istifadə edə bilərlər

BAKI, 18 mart — Sputnik. Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edir.

Fazil Mustafa - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputat distant təhsilə dair təklif irəli sürüb

Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, “Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:

· Video bağlantı vasitəsilə məsafədən təhsil vermə;

· Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;

· Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;

· Böyük həcmli materialların yerləşdirilməsi;

· Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;

· Qiymətləndirmənin aparılması alətlərindən istifadə;

· Qrup işinin təşkili.

“Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.

Azərbaycanda universitet koronavirusa görə distant təhsilə keçdi

Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində ötən dövr ərzində ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  və s.) artıq bu platformaya qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişsizdir.

Eyni zamanda bildiririk ki, ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq elektron resursları məhdud olan ali təhsil müəssisələri elektron resursları olan digər ali təhsil müəssisələrinin imkanlarından istifadə edə bilərlər.

Xəbər lenti
0