Məktəbdə boş partalar, arxiv şəkli

Bakıda təhsildən şikayəti olanlara interneti məsləhət bildilər

28
(Yenilənib 21:34 16.03.2020)
Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir

BAKI, 16 mart — Sputnik. Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il martın 20-dək fəaliyyətini dayandırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi  ((012) 599-12-22) vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin idarənin rəsmi info@baku.edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

28
Əlaqədar
Teledərslərin sabaha olan cədvəli açıqlanıb
Azərbaycanda koronavirus: qorxunc virus özünü necə aparır
Ulağa gücü çatmayan palan döyəclər: Dərsliklər nə vaxtadək günahkar qalacaq?
Teledərslər üçün daha bir kanal
Məktəblərdə tətil uzana bilər
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Koronavirusun ağciyərlərə düşməsinin yeni yolu aşkarlandı

25
(Yenilənib 00:40 23.01.2021)
Çin alimləri laboratoriya şəraitində xəstələrin yoluxmuş orqan hüceyrələrindəki 22 zülal səviyyəsini ölçərək virusun reseptorlarla hansı yolla birləşdiyini müəyyən ediblər.

BAKI, 23 yanvar — Sputnik. Elm adamları koronavirusun ağciyərlərə düşməsinin yeni metodunu müəyyənləşdiriblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, tədqiqatın nəticəsi "Cell Research" jurnalında dərc olunub. Çin alimləri laboratoriya şəraitində xəstələrin yoluxmuş orqan hüceyrələrindəki 22 zülal səviyyəsini ölçərək virusun reseptorlarla hansı yolla birləşdiyini müəyyən ediblər.

Tədqiqat zamanı koronavirusun insan bədəninə düşməsi üçün əsas "giriş qapısı" sayılan ACE2 ekspressiyasının ağciyər və traxeyanın bütün hüceyrə xətlərində aşağı, böyrəklərdə və həzm sistemi orqanlarında isə daha aktiv olduğu ortaya çıxıb.

Bununla belə, elm adamları başqa bir zülal – UFO (AXL) tirozin-protein kinaz reseptoru da aşkarlayıblar ki, onun tənəffüs sistemində həddən artıq olması SARS-CoV-2 virusunun hüceyrələrin daxilinə nüfuz etməsini sürətləndirir. Qeyd olunur ki, bu ferment bir sıra fizioloji proseslərə cavabdehdir.

Əldə olunan nəticələr əsasında alimlər bu qərara gəliblər ki, həmin reseptorları söndürərək, ağciyərlərdə virus konsentrasiyasını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

25
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Təhsil naziri Emin Əmrullayev

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

19
(Yenilənib 09:49 23.01.2021)
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

19
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev
Bakıda buludlu hava, arxiv şəkli

İstirahət gününün havası açıqlandı

0
(Yenilənib 12:41 23.01.2021)
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

BAKI, 23 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 24-də meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0