CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali təhsil müəssisələrində tədris ilinin müddəti uzadıldı

© Photo : REPORTСтуденты в аудитории, фото из архива
Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı beş deyil, dörd həftə müəyyən edilir və 15 iyun -13 iyul tarixlərində keçirilir

BAKI, 12 mart — Sputnik. Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.

Nazirliyin mətbuat katibi Cəsarət Valehov açıqlamasında bildirib ki, aşağıda qeyd olunan məsələlərlə bağlı nazir müavininin imzası ilə ali təhsil müəssisələrinə məktub göndərilib.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirus xəstəliyinin yayılmasının və yoluxma hallarının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Qeyd olunanları nəzərə alaraq və təhsil proqramlarının icrasını təmin etmək məqsədi ilə ali təhsil müəssisələrinə aşağıdakı tədbirlərin görülməsi tapşırılır:

1. Buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlansın və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdirilsin (15 gün - 2 həftə artırılsın). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı beş deyil, dörd həftə müəyyən edilsin və 15 iyun -13 iyul tarixlərində keçirilsin.

2. Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin ("Təhsil" ixtisasları qrupuna daxil olan ıxtisaslar (pedaqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişməsin, yəni dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonuna qədər aparılsın. "Təhsil" ixtisasları qrupuna daxil olan ixtisaslar (pedaqoji ixtisaslar) üzrə tələbələrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına və burada dərslər iyun ayının 14-nə qədər davam etdiyinə görə) iyun ayının 15-nə qədər davam etdirilsin və bu zaman dövlət attestasiyası iyun ayının 15-dən iyul ayının 13-nə qədər aparılsın.

Xəbər lenti
0