CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Buraxılış sinifləri üçün yeni onlayn sınaq imtahanları keçirilir

CC0 / Concord90 / notebookМолодая женщина сидит за компьютером, фото из архива
Молодая женщина сидит за компьютером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Onlayn sınaq imtahanında iştirak etmək şagirdlərə imtahandan dərhal sonra nəticələrini əldə etmək, imtahan suallarına yenidən baxmaq, onları təhlil etmək və hazırlıq səviyyələrini yoxlamağa imkan verir

BAKI, 26 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahanları keçirir. DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, otk.az portalında qeydiyyatdan keçib onlayn buraxılış imtahanlarına yazılıb, özünüzə uyğun günün istənilən vaxtı imtahan verə bilərsiniz. Portalda aşağıdakı yeni onlayn sınaq imtahanlarına yazıla bilərsiniz:

Экзамен, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kolleclərə tələbə qəbulu elan edildi

- IX sinif buraxılış imtahanı (I və II mərhələ);

- IX sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı;

- XI sinif buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi);

- XI sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı.

- XI sinif tədrisi ingilis dilində olan məktəb məzunları üçün Azərbaycan dili imtahanı.

Onlayn sınaq imtahanında iştirak etmək şagirdlərə imtahandan dərhal sonra nəticələrini əldə etmək, imtahan suallarına yenidən baxmaq, onları təhlil etmək və hazırlıq səviyyələrini yoxlamağa imkan verir.

Buraxılış imtahanları Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulub.

Xəbər lenti
0