Məktəblərin birində, arxiv şəkli

Biri yaxşıdır deyir, o biri baş ağrısı söyləyir - Təhsili kor qoyan, yoxsa dahi sistem

1646
Kurikulum və Boloniya sistemləri yenidən gündəmə gəlib. Cəmiyyətlə bərabər ekspertlər də iki yerə bölünüblər, hərə öz mövqeyini müdafiə edir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Son günlər sosial şəbəkələrdə təhsildə müəyyən dövrlərdə edilmiş islahatlar, kurikulum və Boloniya sistemlərinin özünü doğrultmaması ilə bağlı müzakirələr aparılır. Hətta iş o yerə çatıb ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov həmçinin təhsil qiymətləndirməsinin növlərinin mənasızlığını da vurğulayıb.

"Kimə və nəyə lazım idi bu diaqnostikalar, formativlər, summativlər - onların kiçikləri, böyükləri... İndi qalmışıq, bu kağız israfçılığını necə aradan qaldıraq, qaydalarda hansı dəyişikliklər edək ki, müəllimi də, şagirdi də bu ağır yükdən azad edək... Hanı kurikulumun şəxsiyyətyönümlü vətəndaşı, onun ölçüyə gələ biləcək qiymətləndirmə kriteriyaları...? Ona görə də təhsilimiz yenə də bilikyönümlü olaraq qalır. Bal toplamaq arxasınca qaçmaqda davam edirik" – deyə N. İsrafilov öz səhifəsində qeyd edib.

Xatırladaq ki, kurikulum proqramı 2008-ci ildən məktəblərimizdə tətbiq olunmağa başlayıb və birmənalı qarşılanmayıb.

Təhsil Nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edib

Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda təhsil islahatları 1995-1999-cu illərdən sonra başlayıb. Bu islahatlar zamanı dövlətin siyasəti olub, dövlət qərarlar qəbul edib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil islahatları davam edir: "Dövlət qərarlar qəbul edir ki, islahatlar keçirilsin. Artıq idraki təhsil yaranıb. Biz düşüncə məktəbinə keçirik. Çalışmaq lazımdır ki, sadəcə deklarativ faktları əzbərləməklə yox, düşünə-düşünə, dərrakə ilə problemləri həll edə bilək".

Ekspert əlavə edib ki, kurikulum dünyada yayılmış bir anlayış, təhsil proqramıdır. Kurikulumun mahiyyəti odur ki, uşaqlar düşüncə mədəniyyətini öyrənsin.

"Uşaqlar yaradıcı və kreativ olmalıdır. Uşaqlar bu tendensiya ilə böyüməlidir. Ötən il kurikuluma keçid başa çatdı. Təcrübələr onu göstərir ki, uşaqları düşüncə təhsilinə yönləndirən bu proqram uşaqları əvvəlki dövrlərlə müqayisədə fəallaşdırıb. Bu addımları atmasaq, dünyadan geri qalarıq. Biz zamanın yenilikləri ilə ayaqlaşmalı, dünya ilə birləşməliyik. Bizim təhsil sistemimiz dünyanın təhsil sistemi kimi olmalıdır. Təbii ki, nöqsanlarımız da olacaq. Bizim elə ucqar kəndlərimiz var ki, problemlər mövcuddur. Müəllimlərimiz var ki, bu innovasiyaları mənimsəməkdə çətinlik çəkirlər. Bu təbii bir prosesdir. Biz innovasiyaları öyrənməli, yenilənməliyik. Bu gün bizim uşaqlarımız düşüncə qabiliyyətinə görə bizdən çox irəlidir. Azərbaycan təhsil sistemi gələcəyə hesablanıb. Uşaqlar da maraqlı dərs tələb edirlər" – deyə Ə.Abassov vurğuylayıb.

Təhsil eksperti Qoşqar Məhərrəmov isə kurikulumun XX əsrin əvvəlində Amerikada yaşamış praqmatizm fəlsəfəsini banisi, filosof və pedaqoq Con Düvey tərəfindən yaradıldığını bildirib: "Diqqətlə araşdırsaq görərik ki, bu nəzəriyyə uzun illərdir humanizm cərəyanının bir nəticəsi olaraq, təlim və tədris prosesində şagirdin, tələbənin prosesin mərkəzinə alınmasını təlim edən bir nəzəriyyədir. Kurikulum Con Düveydən əvvəl Jan Jak Russo, Con Lok kimi nəzəriyyəçilərin irəli sürüdüyü bir nəzəriyyənin davamı olduğundan dünyada müsbət qarşılandı və tətbiq olunmağa başladı. Bu cərəyanlar ölkəmizə SSRİ dövründən sonra gəldiyi üçün biz çox gec, bəlkə də yarım əsr sonra öyrənmiş olduq ki, şagird təlim prosesinin obyekti deyil, subyektidir. O, prosesin iştirakçısıdır və onun mərkəzə alınması lazımdır".

Binadan asılan şüar, yaxud Azərbaycanda pulsuz təhsil mümkündürmü?

Qoşqar Məhərrəmov vurğulayır ki, kurikulum Azərbaycana gəldikdən sonra müəllimlər təlimlərdə C.Düveyin banisi olduğu konstruktivist təlim yanaşması öyrəndilər: "Eyni zamanda müntəzəm təlimlərə gedərək özlərini yetişdirmə vərdişini qazandılar. Bizim ölkəmiz bu kurikulum təlimlərində onlarla təlimçi qazanmış oldu. Onlar öz qabiliyyətlərinin müntəzəm inkişaf etdirərək, müəllimlərə təlimlər keçdilər. 

Beləliklə müəllimlər həm də fəal təlim metodları, dərsin deferensiallaşdırılması kimi müxtəlif yeni təlim üsullarını kurikulum təlimlərində öyrənmiş oldular. Ancaq kurikulumu müəllimlərə tam mənası ilə izah edib və uyğun şəraitdə təmin edə bilmədiyimiz üçün bəzi müəllimlər burada səhv yanaşmalar sərgilədilər. Belə ki, kurikulumu ya yarımçıq tətbiq etdilər, ya da heç tətbiq etmədilər. Yarımçıq tətbiq edənlər təlim-tədris prosesinə zərər vermiş oldu".

Onun sözlərinə görə, işin yarımçıq olması da ağır fəsadlar verdi. Belə ki, kurikulumun yanlış və əskik tətbiq olunması müəyyən maddi vəsaitin hədər olması və eyni zamanda, klassik müəllim ənənəsinin itməsinə başa gəldi.

Bu, eyni  zamanda müsbət təsirləri olan SSRİ yanaşmasının da itməsi ilə nəticələndi.

"Kurikulumu yanlış anladıqları üçün kurikuluma inteqrasiya edilməsində, yeni dərsliklərin yazılmasında müəyyən problemlər yarandı. Halbuki bunların heç birində problem kurikulumda deyil. Kurikulum bir nəzəriyyədir. Bunu unutmamaq lazımdır. Bu nəzəriyyə heç vaxt yaxşı praktika olunmadan qınana bilməz" – deyə ekspert bildirib.

Onun sözlərinə görə, Boloniya sistemi də, kurikulum da müasir bir yanaşmadır və yavaş-yavaş bu nəzəriyyələr tətbiq edilməli idi.

"İnsanın mərkəzdə olmasına doğru bir keçid olmalı idi. Çünki bu humanist cərəyanların tələbidir. Humanist yanaşmanı təhsildə, siyasətdə, iqtisadiyyatda, təhsilin nəticəsində görməli idik. Kurikulum da, Boloniya da beynəlxalqlaşmanın nəticəsidir. Dünyada isə beynəlxalqlaşma , qloballaşma artıq geri dönülməz bir yol olaraq qarşımızda dayanır" – deyə ekpert vurğulayıb.

1646
 Distant təhsil, arxiv şəkli

"Virtual məktəb" platformasından yenilik: Azərbaycan dilində fəaliyyət göstərəcək

23
(Yenilənib 18:05 28.10.2020)
"Noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. Noyabrın 2-dən etibarən "Virtual məktəb" platforması Azərbaycan dilində fəaliyyət göstərəcək. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında Təhsil Nazirliyi yanında Təhsilin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova verib. O bildirib ki, bu həftə həmin məsələ ictimaiyyətə elan ediləcək:

"Biz bununla bağlı hələ yayda açıqlama vermişdik ki, oktyabr ayında "Virtual məktəb" platformasının ana dilində istifadəsi mümkün olacaq. Qeyd edim ki, "Virtual məktəb" platformasından türk dilində istifadə mümkün idi. Amma rus dilində təhsil alan şagirdlər türk dili ilə bağlı müəyyən problem yaşayırdılar. Artıq noyabr ayının 2-dən etibarən "Virtual məktəb" platforması tam Azərbaycan dilində bir portal olacaq. Şagird və müəllimlər ana dilində bu platformadan daha rahat istifadə edə biləcəklər".

Xatırladaq ki, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov brifinqlərin birində "Microsoft Teams" platformasının Azərbaycan dilinə tərcümə olunmasını diqqətə çatdırmışdı. O bildirmişdi ki, bununla bağlı "Microsoft Teams" şirkətinə müraciət edilib və artıq tərcümə prosesi gedir. Yay aylarında isə şirkət tərəfindən 30 min istifadəçiyə proqramdan istifadə qaydaları ilə bağlı təlim keçilib.

23
Əlaqədar
Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Təki oxumağa istək olsun: "Virtual məktəb"ə direktorlar da nəzarət edəcək
Məktəbdə

İşğaldan azad edilən yurdlarımızla bağlı məktəblilərə ətraflı məlumat veriləcək

8
(Yenilənib 14:44 28.10.2020)
Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

BAKI, 28 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycanın işğaldan azad olunan əraziləri haqqında "məktəb bülletenləri"nin hazırlanması nəzərdə tutulur.

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatda bildirilir ki, bununla bağlı BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib. "Məktəb bülletenləri"nin hazırlanmasında əsas məqsəd uşaq və gənclərdə milli vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyini artırmaq, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etmək, işğaldan azad olunan ərazilərimiz haqqında şagirdləri məlumatlandırmaq və Qarabağın tarixi ilə bağlı məktəbliləri maarifləndirməkdən ibarətdir.

Məktəblərdə tədris prosesi bərpa olunduqdan sonra hazırlanacaq bülletenlərdə şanlı ordumuzun şücaəti sayəsində erməni işğalçılarından azad olunan rayon və şəhərlər, həmçinin strateji əhəmiyyətli yüksəkliklər barədə məlumatlar və şəkillərin dərc olunması nəzərdə tutulur. Dərgidə 30 ilə yaxın bir müddətdə işğal altında olan rayon və şəhərlərin tarixi, ərazisi, əhalisi, milli-mənəvi sərvətləri, maddi-mədəniyyət abidələri barədə müəyyən məlumatlar əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda döyüşür, dövlətimizin zəfər tarixini yazır. İşğalçı Ermənistanın təxribatına layiqli cavab verən rəşadətli Azərbaycan Ordusu düşmənə öz yerini göstərir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına əminik.

8
Əlaqədar
Yüzdən çox məktəb Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaytarılacaq
Azərbaycanda 30 məktəb koronavirusa görə distant təhsilə keçirilib
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Birinci sinif üzrə də "Virtual Məktəb"də qeydiyyata başlanılıb
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov həmsədrlərlə telefofonla danışıb

0
(Yenilənib 19:25 28.10.2020)
ATƏT-in Minsk Qrupu həmsədrləri mülki şəxslərin həyatını itirməsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Bölgədəki gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

BAKI, 28 oktyabr - Sputnik. Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiyadan İqor Popov, ABŞ-dan Andrew Schofer və Fransadan Stefan Viskonti ilə telefon danışıqları baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a XİN-in Mətbuat Xidmətindən bildirilib.

Nazir Ceyhun Bayramov həmsədrlərə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin bir daha kobud şəkildə pozulması barədə məlumat verib. O, 27-28 oktyabr 2020-ci il tarixlərində Bərdə şəhərində dinc Azərbaycan əhalisinin məqsədyönlü şəkildə hədəf alındığını vurğulayıb. Nazir Ermənistan silahlı qüvvələrinin münaqişə bölgəsindən uzaqda yerləşən şəhərlərdəki günahsız mülki şəxslərə, o cümlədən uşaqlara və qadınlara xaincəsinə hücum etdiyini bildirib. Nazir Ceyhun Bayramov, həmçinin həmsədrlərə Ermənistan tərəfindən növbəti dəfə törədilən hərbi cinayət nəticəsində mülki əhali arasında ağır tələfat barədə məlumat verib.

Nazir Ceyhun Bayramov həmsədrləri Azərbaycan mülki vətəndaşlarına qarşı bu qeyri-insani hərəkətləri pisləməyə çağırıb.

ATƏT-in Minsk Qrupu həmsədrləri mülki şəxslərin həyatını itirməsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. Bölgədəki gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Bu gün həmçinin Xarici İşlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini Stiven Biqan arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı C.Bayramov Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq qarşısındakı öhdəliklərini kobud şəkildə pozaraq razılaşdırılmış humanitar atəşkəs rejiminə üçüncü dəfə riayət etmədiyini, eyni zamanda Bərdə şəhərində dinc Azərbaycan əhalisini qəsdən hədəfə aldığını vurğulayıb. O, münaqişə zonasından çox uzaqda yerləşən şəhərlərin uşaqlar və qadınlar da daxil olmaqla, günahsız mülki əhalinin Vaşinqton görüşündən sonra və nəzərdə tutulan Cenevrə danışıqları ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə hücumlara məruz qaldığını qeyd edib.

Nazir həmçinin həmkarına Ermənistan tərəfindən xaincəsinə edilən raket hücumu nəticəsində mülki şəxslər arasında olan itkilər barədə məlumat verib.

S.Biqan mülki itkilərdən ciddi narahatlığını dilə gətirib və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirib. O, gərginliyin azaldılmasının və münaqişənin siyasi həllinə nail olmaq üçün tərəflərin müvafiq addımlar atmasının vacibliyini vurğulayıb.

0