CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda məktəblilər üçün yenilik - gələn dərs ilindən başlanır

Abunə olmaq
"Təbii ki, bu addımla biz birinci mərhələdə bütün məktəbləri avtobusla əhatə edə bilməyəcəyik. Lakin layihənin gedişindən asılı olaraq iş davam etdiriləcək" - Təhsil naziri

BAKI, 27 yanvar — Sputnik. Yeni tədris ilindən Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair təşkil olunan mətbuat konfransında bu haqda danışıb. O bildirib ki, hazırda bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığa başlanılıb: "Bakı Nəqliyyat Agentliyi ilə birgə səylərimiz nəticəsində 2020-ci ilin yeni tədris ilinə qədər Bakının bir sıra yerlərində şagird sayı çox olan məktəblər üçün avtobus sisteminin təşkil edilməsinə nail olacağıq. Təbii ki, bu addımla biz birinci mərhələdə bütün məktəbləri avtobusla əhatə edə bilməyəcəyik. Lakin layihənin gedişindən asılı olaraq iş davam etdiriləcək".

Xəbər lenti
0