CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Magistraturaya qəbul qaydası dəyişdi

© AFP 2023 / FREDERICK FLORINЭкзамен, фото из архива
Экзамен, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda imtahanlar iki mərhələdə aparılır: ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi

BAKI, 13 yanvar — Sputnik. Nazirlər Kabineti Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərar qəbul edib.

Sputnik Azərbaycan bildirir ki, qərara əsasən, dəyişikliklər beynəlxalq təcrübədə olduğu kimi, magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.

Qeyd edilməlidir ki, hazırda imtahanlar iki mərhələdə aparılır: I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;   

II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

Xəbər lenti
0