CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bir nəfər ən yüksək bal topladı – Psixoloqların imtahanında

© Sputnik / Aleksandr KryazhevTələbə, arxiv şəkli
Tələbə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Namizədlər arasında Bakı şəhəri 263 nömrəli tam orta məktəbin psixoloqu Gülşən Zeyniyeva 55 bal toplayaraq ən yüksək nəticəni göstərib

BAKI, 28 dekabr — Sputnik. Dekabrın 28-də psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi başa çatıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 633 namizəd qatılıb. Namizədlər arasında Bakı şəhəri 263 nömrəli tam orta məktəbin psixoloqu Gülşən Zeyniyeva 55 bal toplayaraq ən yüksək nəticəni göstərib. Gülşən Zeyniyeva 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində fizika ixtisası üzrə bakalavr, 2000-2001-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya üzrə yenidənhazırlanma təhsili alıb. O, 13 ildir Bakı şəhəri 263 nömrəli tam orta məktəbdə psixoloq olaraq fəaliyyət göstərir.

Xəbər lenti
0