CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AMEA-nın yeni vitse-prezidentləri bəlli oldu

© Sputnik / Murad OrujovЗдание Национальной Академии Наук Азербайджана в Баку
Здание Национальной Академии Наук Азербайджана в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Akademik Ramiz Mehdiyev Akademiyanın illik ümumi yığıncağında yeni tərkib barədə məlumat verib. Onun sözlərinə görə, yeni tərkib 11 nəfərdən ibarətdir

 

BAKI, 28 dekabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibi müəyyən edilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiyanın illik ümumi yığıncağında yeni tərkib barədə məlumat verib. Onun sözlərinə görə, yeni tərkib 11 nəfərdən ibarətdir.

Yeni tərkib aşağıdakı kimidir: 

- Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev

- Birinci vitse-prezident akademik İsa Həbibbəyli

- Birinci vitse-prezident akademik İbrahim Quliyev

- Vitse-prezident akademik Tofiq Nağıyev

- Vitse-prezident akademik Dilqəm Tağıyev

- Vitse-prezident akademik Nərgiz Paşayeva

- Vitse-prezident akademik İradə Hüseynova

- Vitse-prezident akademik Rasim Əliquliyev

- Akademik katib akademiyanın müxbir üzvü Əminağa Sadıqov

- Akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev

- Akademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev

Yeni tərkib səsverməyə qoyulub və təsdiq edilib.

Xəbər lenti
0