CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət İmtahan Mərkəzi illik hesabatı açıqladı

© Sputnik / Murad OrujovГосударственный экзаменационный центр
Государственный экзаменационный центр - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Dövlət İmtahan Mərkəzində qeyd olunan işlərin icra edilməsi ilə bağlı Mərkəzin strukturuna daxil olan şöbələrin təqdim etdikləri hesabatlar müzakirə olunur

BAKI, 28 dekabr — Sputnik. Dövlət İmtahan Mərkəzində cari ildə görülən işlərlə bağlı yekun hesabatlar müzakirə olunur. Sputnik Azərbaycan Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, cari ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, həmçinin dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi ilə əlaqədar görülmüş işlər bu fəaliyyətin tərkib hissəsidir.

Hazırda Dövlət İmtahan Mərkəzində qeyd olunan işlərin icra edilməsi ilə bağlı Mərkəzin strukturuna daxil olan şöbələrin təqdim etdikləri hesabatlar müzakirə olunur. Dövlət İmtahan Mərkəzi daim görülən işlərin şəffaflığının təmin edilməsinə böyük önəm verir və müntəzəm olaraq öz fəaliyyəti barədə ictimaiyyəti də məlumatlandırır. Aşağıda yerləşdirilmiş müvafiq keçidlərdə şöbələr və onların görülən işlərlə bağlı illik məruzələri ilə tanış ola bilərsiniz. Digər şöbələrin hesabatları da ilin son gününə qədər buraya əlavə ediləcək.

Экзамен, фото из архива - Sputnik Azərbaycan
ELM
İmtahanların “pulsuz” olması təklifinə rəsmi cavab verildi

DİM-in strukturuna daxil olan şöbələr və onların illik hesabatları:

İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi Mərkəz tərəfindən keçirilən imtahanların və tədbirlərin təşkil edilməsi üçün kompüter sistemləri, proqram-texniki təminatın yaradılması, təkmilləşdirilməsi və istismarı, məlumat bazalarının yaradılması, göstərilən xidmətlərin elektronlaşmasının təmin edilməsi və digər istiqamətlərdə zəruri tədbirlər həyata keçirir. Şöbənin hesabatına əsasən, il ərzində Mərkəz tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlarda 571 mindən (detallı məlumat burada) artıq iştirakçı sayı qeydə alınmışdır. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün 16 yeni proqram yazılmış və ya mövcud proqramlar üzərində dəyişiklik edilmişdir. Hesabatın geniş məzmunu ilə buradan tanış ola bilərsiniz.

Texnoloji nəzarət və informasiya təhlükəsizliyi şöbəsinin hesabatına əsasən, il ərzində təxminən 887 min sual kitabçası və cavab vərəqi çap olunmuşdur. Bunlardan 545 mini sual kitabçalarının, 222 mini buraxılış imtahanlarının cavab vərəqələrinin, 120 mini isə qəbul imtahanlarının cavab vərəqələrinin payına düşür. Hesabatın geniş məzmunu ilə buradan tanış ola bilərsiniz. Bundan əlavə, şöbənin Avtomatlaşdırılmış İstifadəçi Xidməti Mərkəzinin (IT Service Desk) məlumatına əsasən, 2019-cu ildə mərkəzdaxili 1300-dən çox sorğu emal olunub. Ətraflı burada.

Metodika və dərsliklərin monitorinqi şöbəsi tərəfindən ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, hərbi liseylərə və bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarının məzmunu ilə bağlı (buraxılış və qəbul imtahanları üçün proqramlar, imtahan modelləri) və imtahanlara hazırlaşanlara, şagirdlərə və müəllimlərə metodiki köməklik baxımından metodiki materiallar hazırlanır. Fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla şöbə tərəfindən 5-11-ci sinif dərslikləri əsasında 110 "Qiymətləndirmə tapşırıqları" kitabçası (Azərbaycan və rus dillərində) yenidən hazırlanıb. 

Бакинский государственный университет - Sputnik Azərbaycan
CƏMİYYƏT
Binadan asılan şüar, yaxud Azərbaycanda pulsuz təhsil mümkündürmü?
Bundan əlavə, Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil məktəblərinin 1, 4, 7 və 8-ci sinifləri üçün hazırlanmış 57 dərslik komplektinin nəşrəqədərki layihələrinin elmi-metodiki monitorinqi və qiymətləndirilməsi aparılıb. Fənlər üzrə hazırlıq kurslarının fəaliyyəti də davam etdirilib. İl ərzində 113 kurs: Bakıda 27, bölgələrdə 86 kurs təşkil olunub. Kursu müvəffəqiyyətlə keçmiş müdavimlərdən 678 nəfər sertifikat alıb. Hesabatın geniş məzmunu ilə buradan tanış ola bilərsiniz.

Təşkilat şöbəsinin 2019-cu ildəki fəaliyyətinə əsasən ümumiləşdirilmiş nəticələrə görə imtahanların təşkili və idarə edilməsi məqsədi ilə 1384 imtahan binası ayrılmış, 4105 imtahan rəhbəri, 42374 zal nəzarətçisi və 4159 buraxılış rejimi əməkdaşı prosesə cəlb edilmişdir. Zal nəzarətçilərinin fəaliyyətinin müxtəlif meyarlar əsasında qiymətləndirilməsinə əsasən 1423 nəzarətçi-müəllimə təşəkkür elan edilmiş, 27 nəfər isə fəxri fərmanla təltif edilmək üçün nəzərdə tutulmuşdur. İl ərzində zal nəzarətçiləri bazası daha da genişləndirilmiş və "Zal nəzarətçilərinin elektron qeydiyyatı"sisteminə əsasən bazada 15003 nəfər vardır. Nəzarətçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün onların sertifikatlaşdırılması işi bu il də davam etdirilmiş və hazırda bazada 557 nəfər sertifikatlı nəzarətçi mövcuddur. Hesabatın geniş məzmunu ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti
0