Tələbə, arxiv şəkli

Elmin yolunda böyük maneə: Müsbət addımlar atılsa da, kifayət deyil

551
(Yenilənib 20:34 04.12.2019)
Təhsilə əlçatanlığın təmin olunması üçün magistr imtahanları sadələşdirilməlidir. Amma daha bunu ixtisas imtahanını ləğv etmək ilə həyata keçirmək olmaz!

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Azərbaycanda magistratura və doktoranturaya qəbulla bağlı bir sıra yeniliklərin tətbiqi təklif olunur. Doktoranturaya yeniliklərdən biri, qəbul zamanı xarici dil üzrə beynəlxalq sertifikatlara malik olanların, dil üzrə qəbul imtahanından azad edilməsi ilə bağlıdır. Nəzərdə tutulan digər yenilik isə magistraturaya qəbul prosesinin sadələşdirilməsi ilə əlaqədardır. Magistraturaya qəbul imtahanlarında əksər ixtisaslar üzrə qəbulun birmərhələli keçirilməsi, eləcədə bu səviyyədə qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulunun sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılması təklif edilir.

Bəs görəsən magistraturaya və doktoranturaya qəbulla bağlı təklif edilən dəyişikliklərdən hansıların həyata keçirilməsi daha məqsədəuyğundur?

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, magistraturaya qəbulun birmərhələli olması təklifi üzərində düşünülməlidir: "On ildən çoxdur ki, magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir. İki mərhələnin cəmində toplanılan maksimum bal 150-dir. 100 bal birinci mərhələdən, 50 bal 2-ci mərhələdən toplanılmalıdır. DİM-in II mərhələni, yəni bakalavrların ixtisas bilgilərininin yoxlanıldığı hissəni ləğv edib, ancaq bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanıldığı və əlavə olaraq GMAT (Graduate Management Admission Test) əlavə olunub. Bu imtahanlar fevral ayında yox, bir mərhələdən ibarət olaraq may ayında keçiriləcək. Bu beynəlxalq təcrübədə də var. Amerika Birləşmiş Ştatlarında magistr (MBA) və iqtisadiyyat üzrə doktorantura dərəcələrində təhsil almaq istəyənlər GMAT imtahanından keçməlidir. Amma bizim ali təhsil müəssisələrində ixtisasları üzrə normal tədris həyata keçirilmir, o ki, qaldı GMAT üzrə olsun. İkincisi də, bu bakalavrları hazırlıq kurslarına, repetitorluğa yönəltməkdir. Ali təhsil müəssisələrində tədris olunmayan, öyrədilməyən, verilməyən bilik və bacarıqlardan imtahan keçirmək fəsad yarada bilər. Onsuzda 3 il əvvəl ilə müqayisədə magistr təhsili almaq istəyənlərin sayı 50 faiz azalıb, insanlarda kütləvi şəkildə xarici ölkələrdə təhsil almağa gedir. 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic
Qəbulu çətinləşdirdikcə, bu prosesə daha çox təkan vermiş oluruq. Deməli, GMAT üç əsas bölümdən ibarətdir: Oxuma (verbal) biliklər, riyazi (quantitative) biliklər, analitik yazı (analytical writing) biliklər… Ölkədə fəaliyyət göstərən 50 universitetdən hansında bu biliklər verilir? Digər tərəfdən isə GMAT imtahanı hal-hazırda yalnız MBA proqramı üçün daha da məşhurdur və dünyanın ən reytinqli universitetləri MBA üçün bu imtahandan yüksək nəticə tələb edirlər. Təkcə Amerika deyil, eyni zamanda bir çox ölkələrin güclü universitetləri bunu tələb edir. Yəni bütün ixtisaslar üzrə GMAT imtahanı keçirmək absurd və mənasızdır. Ən vacib məqam isə odur ki, bu gün ölkədə ixtisaslı kadrların çatışmazlığı var. Çünki bakalavrlar 4 il ərzində tədris proqramlarını yaxşı öyrənmir, oxumurlar. Heç olmasa magistr imtahanının ikinci mərhələsinə hazırlaşmaq üçün ixtisasları üzrə kitab oxuyurlar. Bizə ixtisasını və xarici dili bilən kadrlar lazımdır. Bəli, təhsilə əlçatanlığın təmin olunması üçün magistr imtahanları sadələşdirilməlidir. Amma daha bunu ixtisas imtahanını ləğv etmək ilə həyata keçirmək olmaz!"

K. Əsədov deyir ki, elmə gələn gənclərin sayı kəskin şəkildə azaldığı ərəfədə bir mərhələdən digərinə keçiddə maneələr, əmək haqqının azlığı ilə bağlıdır: "Bakalavrların təhsil aldığı müddətdə əldə etdikləri nəticələrin, ortalama balın magistr imtahanında nəzərə alınması yaxşı hal olar. Amma etiraf edək ki, bəzi hallarda o qiymətlər obyektivliyi əks etdirmir. Hesab edirəm ki, magistr imtahanları sadələşdirilməlidir, yalnız ixtisas və xarici dildən imtahan keçirilməlidir. Məntiqdən ona görə imtahan olmamalıdır ki, hal-hazırda imtahanda istifadə olunan məntiq test tapşırığı bakalavrların məntiqi düşüncəsini yox, riyazi biliyini yoxlayır. Riyaziyyat üzrə magistr imtahanı verən ilə, tarix üzrə magistr imtahanı verənə eyni məntiq test tapşırığı təqdim etmək yanlışdır".

K. Əsədov doktoranturaya qəbulla bağlı edilən təklifə də münasibət bildirib. Onun sözlərinə görə, doktoranturaya qəbulla bağlı dəfələrlə çatışmazlıqlar sadalanır: "Bir çox hallarda doktoranturaya qəbulda neqativ hallar olurdu, kənar müdaxilələr baş verirdi. Demək olar ki, bir çox hallarda imtahanlarda yüksək qiymət alanlar yox, kimlərinsə qohumları, tanışları doktoranturaya keçirilir, qəbul olunurdu. Ona görə də bu gün elmdə ciddi uğurlarımız azdır, gənclərin elmə gəlməsində problemlər var idi. Çünki bir çox hallarda layiqli, savadlı şəxslər kənarda saxlanılırdı. Artıq bu hallar aradan qalxdı. Nazirlər Kabineti doktoranturaya qəbul qaydalarında dəyişiklik etdi. Xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdiriləcək. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılacaqlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunacaqlar. Bu isə gənclərin, eləcə də tanışı və imkanı olmayanların yolunu elmə daha geniş açacaqdır".

551
Tədqiqat, arxiv şəkli

Yapon alimlər indiyədək heç kəsin görə bilmədiyini gördülər

25
(Yenilənib 01:52 04.12.2020)
Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

BAKI, 4 noyabr - Sputnik. Yapon alimlər əvvəllər müşahidə edilə bilməyən zərrəciklərin vizualizasiya metodunu aşkarlayıblar. Müəlliflərin fikrincə, bu, günəş batareyaları və işıq diodlardan tutmuş smartfon və lazerlərədək gələcək yüksək texnologiyalı qurğuların hazırlanmasında gərəkli olan ikiölçülü yarımkeçiricilərin öyrənilməsində inqilaba bərabər kəşfdir.

Sputnik Azərbaycan bildirir ki, araşdırmanın nəticələri Science jurnalında dərc olunub.

Eksitonlar - bir çox müasir texnologiyanın əsas tərkibi olan yarımkeçiricilərdə maddənin həyəcan vəziyyətini əks etdirən kvazi hissəciklərdir. İşıq elektronlara təsir edib onları daha yüksək enerji halına qaldıran zaman eksitonlar yaranır, bu zaman elektronların əvvəl olduğu enerji səviyyəsində isə dəlik əmələ gəlir.

"Dəlik - elektronun olmaması deməkdir, ona görə də onlar elektronun əksi olan yükü daşıyırlar. Əks yüklər bir-birini cəzb edir, həm elektronlar, həm də dəliklər birləşərək eksitonları əmələ gətirir, bunlar isə öz növbəsində material daxilində hərəkət edir", - Okinava Elm və Texnologiya İnstitutunun professoru, femtosaniyə spektroskopiya bölməsinin rəhbəri Keşav Dani yazır.

İri yarımkeçiricilərdə eksitonlar əmələ gəldikdən sonra saniyənin milyardda bir kəsikləri ərzində sönür. Üstəlik, onlar "kövrək" də ola bilir, bu isə həm öyrənilməsini, həm də idarəolunmasını çətinləşdirir. Ancaq təxminən on il əvvəl alimlər ikiölçülü yarımkeçiriciləri kəşf etdilər ki, bunlarda eksitonlar daha dayanıqlıdır.

"Stabil eksitonlar bu materiallara, doğrudan da unikal xüsusiyyət bəxş edir, buna görə də eksiton əsaslı yeni optik-elektron qurğuların yaradılması üçün xeyli araşdırma aparılıb, - digər müəllif, femtosaniyə spektroskopiya bölməsinin əməkdaşı doktor Jülyen Madeo qeyd edir. - Ancaq hazırda eksitonların ölçülməsi üçün standart eksperimental texnika məhduddur".

Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

Qara eksitonlarda elektronların impulsu parlaq eksitonlardakı elektronların impulsundan və əlaqədə olduqları dəliklərin hərəkət anından fərqlənir, bu isə onlara işığı udmağa imkan vermir.

"Bilirdik ki, onlar var, amma birbaşa görə, tədqiq edə bilmədiyimizdən materialın optik-elektron xüsusiyyətlərinə nə dərəcədə təsir etdiyini bilmirdik", - Madeo bildirib. 

Qara eksitonları vizuallaşdırmaq üçün alimlər əvvəllər əlaqəsiz elektronları öyrənmək üçün istifadə etdikləri güclü texnikanı modifikasiya ediblər.

"Tərkibi zərrəciklər olan eksitonlarda bu metodların necə işə yarayacağı aydın deyildi. Bu yanaşmanın əsaslı olub-olmadığı barədə elmi cəmiyyət böyük nəzəriyyə müzakirəsi açdı", - professor Dani qeyd edib.

Müəlliflər təxmin ediblər ki, yüksək enerjiyə malik fotonlu işıq seli ilə yarımkeçirici materialdakı eksitonlara təzyiq olunsa, fotonların enerjisi eksitonları dağıdaraq elektronları materialdan çıxara bilər. Bununla da elektronların materialdam çıxdığı istiqaməti ölçərək elektronların eksitonların tərkibi olduğu zaman malik olduğu ilkin impulsu təyin etmək mümkün olardı. Beləliklə, alimlər nəinki eksitonları görə, eləcə də qara və parlaq eksitonları bir-birindən ayıra biləcəklər.

"Bütün texniki problemləri həll edb, qurğunu qoşarkən bizim ekranda eksitonlar peyda olanda - bu, doğrudan da möhtəşəm idi", - tədqiqatda iştirak etmiş doktor Mişel Man deyib.

Alimləri bir xüsusiyyət də təəccübləndirib: onlar şahid olublar ki, materialda qara eksitonlar parlaq eksitonlardan çoxdur, üstəlik, müəyyən şərtlər daxilində, həyəcanlanmış elektronlar materialda səpələnib impulslarını dəyişən zaman eksitonlar dəyişə bilir (parlaqdan qaraya).

25
Teqlər:
elektron zərrəcik, yarımkeçirici, material, optik, elmi tədqiqat, tədqiqat, alimlər, Yaponiya

Koronavirusu blok edən üç ərzaq

35
(Yenilənib 02:05 04.12.2020)
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

BAKI, 4 dekabr - Sputnik. Alimlər müəyyən ediblər ki, üzüm, şokolad və yaşıl çaydakı kimyəvi birləşmələr SARS-CoV-2 virusunu bloklamağa qadirdir. Sputnik Azərbaycan bildirir ki, bu barədə araşdırma Frontiers in Plant Science jurnalında dərc edilib.

Bildirilir ki, SARS-CoV-2-nin zəif yeri "əsas proteaza" olan Mpro fermentidir. Bu ferment replikasiya mexanizmində iştirak edir. O da məlumdur ki, Mpro güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərinə malik bitki mənşəli ərzağın müxtəlif kimyəvi birləşmələrinin təsiri ilə dəf olunur.

Şimali Karolina Universitetinin mütəxəssisləri bu cür birləşmələri üzə çıxarmaq üçün ərzaq məhsulları və bitki dərmanlarını öyrənblər. Kompüter modelləşdirməsi və laboratoriyalardakı in vitro (şüşə qabda, kolbada - red.) eksperimentləri göstərib ki, yaşıl çay və üzümdəki maddələr Mpro-nun funksiyasını uğurla dəf edir, kakao tozu və tünd şokoladdakı birləşmələr isə proteazanın aktivliyini təxminən yarıbayarı azaldır.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

35
Teqlər:
Yaşıl çay, üzüm, şokolad, ərzaq, blok, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0