Suallara cavabın verilməsi

Psixoloqlar da diaqnostik qiymətləndiriləcək

30
(Yenilənib 17:20 01.12.2019)
Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramını diqqətinizə çatdırırıq

BAKI, 1 dekabr — Sputnik. Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, diaqnostik qiymətləndirilməyə cari ilin dekabr ayında start veriləcək. Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramını diqqətinizə çatdırırıq.

30