ELM

Benzin tarixə qovuşur? - Alimlər enerji almağın yeni üsulunu yaradırlar

© pixabay / 422737Мужчина с канистрой, фото из архива
Мужчина с канистрой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tədqiqatın nəticələri yanacaq elementi kimi istifadə oluna biləcək hidrogen istehsalı üçün yenilənə bilən enerji mənbələrini tətbiq etməyə imkan yaradacaq

BAKI, 12 noyabr — Sputnik. Bu günlərdə bir şirkətin hava ilə sudan araq düzəltdiyi xəbərini vermişdik. Bu dəfə isə tədqiqatçılar suyu oksigen və hidrogenə bölmək üçün effektli katalizator hazırlamağa çox yaxın olduqlarını bildiriblər. Bu isə o deməkdir ki, belə texnologiya sayəsində ekoloji  təmiz yanacaq almaq mümkündür. Yəni sudan alınan yanacağı yandırarkən elə su ayrılacaq.

Sputnik Azərbaycan bildirir ki, Dublindəki Triniti kollecdən olan tədqiqatçıların bu araşdırması barədə Phys.org yazıb.

Bildirilir ki, indiyədək "gələcəyin yanacağı"nın hazırlanması hidrogenin istehsalı üçün xeyli enerji sərfinə görə dalana dirənirdi.

Атомная электростанция, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Günəş hamıya bəs eləmir: AES Azərbaycanda onilliklər ərzində enerji məsələsini həll edəcək

Mütəxəssislər aşkar ediblər ki, sudan oksigenin ayrılmasında katalizatorların (OER katalizatorlar) aktivliyini qiymətləndirmək üçün mövcud olan metodlar keçirici metalların (rutenium, manqan, dəmir, mis, nikel və kobalt) əsasında olan bəzi birləşmələrin effektivliyini dəyərləndirmir.  Sən demə, bir çox katalizatorlar molekulyar oksigen yaranandan daha əvvəl elekton oksidləşməyə məruz qalır, bu isə onların aktivliyi üçün kritikdir. 

Katalizin əvvəl məlum olmayan bu mərhələsi birləşmələrə suyun oksigen və hidrogenə effektiv surətdə ayrılmasına mane olan "həddən artıq gərginlik divarını" aşmağa imkan verir. Bu xüsusiyyət alimlərə ideal OER katalizatorları üçün yeni nəzəri model yaratmağa imkan verib. Ən sərfəli "namizəd"lər üçün tədqiqatçılar maşın təlimindən istifadə etməyə hazırlaşırlar. Çünki onunla metal və onların liqandlarının (birləşmiş ion, atom və molekullar) müxtəlif kombinasiyalarını təyin edərək hansının daha effektiv olduğunu bilmək olacaq.

Tədqiqatın nəticələri yanacaq elementi kimi istifadə oluna biləcək hidrogen istehsalı üçün yenilənə bilən enerji mənbələrini tətbiq etməyə imkan yaradacaq.

Xəbər lenti
0