Bakı məktəblərin birində tədris prosesi, arxiv şəkli

Altı günlük məktəblərdə dərs günləri ilə bağlı açıqlama

159
(Yenilənib 18:38 08.11.2019)
Azərbaycan Respublikasının Dövlət bayrağı günü (9 noyabr) həftənin şənbə gününə, yəni altıgünlük iş həftəsi olan məktəblərdə iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi - noyabrın 11-i həmin məktəblərdə iş günüdür

BAKI, 8 noyabr — Sputnik. Sabah Azərbaycanda Bayraq Günü qeyd olunacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyri-iş günüdür. Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti həftənin ilk günü, 11 noyabr tarixi də qeyri-iş günü olacaq. 

Yəni, şənbə günü də nəzərə alınarsa, ardıcıl olaraq noyabrın 9-u (şənbə), 10-u (bazar) və 11-i (bazar ertəsi) ölkədə qeyri-iş günüdür.

Ancaq bəzi məktəblərdə bu məsələ ilə bağlı fikir ayrılığı yaranıb. Belə ki, 6 günlük məktəblərdə bazar ertəsi gününün iş günü olduğu elan edilib. Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Azərbaycan Respublikasının Dövlət bayrağı günü (9 noyabr) həftənin şənbə gününə, yəni altıgünlük iş həftəsi olan məktəblərdə iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi - noyabrın 11-i həmin məktəblərdə iş günüdür.

159
Bakı məktəblərin birində, arxiv şəkli

Müəllimlərə daha çox ehtiyac duyulan şəhər rayonlar bəlli oldu

1
(Yenilənib 13:18 31.05.2020)
Azərbaycanda ən az vakant müəllim yerlərinin olduğu 5 rayon və şəhər Samux (18 yer), Göygöl (15 yer), Xocalı (11 yer), Naftalan (9 yer), Zaqataladır (6 yer)

BAKI, 31 may — Sputnik. Azərbaycanda ümumtəhsil müəssisələrində ən çox və ən az vakant müəllim yerlərinin olduğu rayon və şəhərlərin adları müəyyənləşib.

Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Bakıdan (694 vakant yer) sonra ölkə üzrə ən çox vakant müəllim yeri Ağdamdadır. Bu sırada daha sonrakı yerlərdə Lerik, Yardımlı, Quba, Cəlilabad dayanır.

Hazırda Ağdamda 350, Lerikdə 331, Yardımlıda 319, Qubada 302, Cəlilabadda 277 vakant müəllim yeri var.

Bundan başqa, Masallıda 267, Xaçmazda 262, İmişlidə 198, Astarada 179, Lənkəranda 162, Beyləqanda 158, İmişlidə isə 157 vakant müəllim yeri mövcuddur.

Azərbaycanda ən az vakant müəllim yerlərinin olduğu 5 rayon və şəhər Samux (18 yer), Göygöl (15 yer), Xocalı (11 yer), Naftalan (9 yer), Zaqataladır (6 yer).

1
Əlaqədar
Məhrumiyyət dövrünün praktikası: Müəllimlərlə bağlı yeni qayda nə verəcək
Avropa cəsarətləndi: bizim müəllimlərə mane olan nədir?
İş stajı az olan müəllimlər də güzəştli mənzilə sahib ola biləcəklər
Sabahdan müəllimlərin yerdəyişməsi başlayır
Ey hörmətli müəllim, hər kənddə, hər şəhərdə meyvələrin olsa da, evin yoxdur
Bakı məktəblərin birində, arxiv şəkli

Sabahdan müəllimlərin yerdəyişməsi başlayır

4
(Yenilənib 12:13 31.05.2020)
Qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyatdan keçərkən tələb olunan xanalarda müvafiq sənədləri yükləməlidirlər

BAKI, 31 may — Sputnik. Sabahdan, iyunun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start veriləcək.

Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Elektron sənəd qəbulu iyunun 5-is saat 23:59-da başa çatacaq.

Qeyd edək ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.

Müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyatdan keçərkən tələb olunan xanalarda müvafiq sənədləri yükləməlidirlər.

4
Əlaqədar
Məhrumiyyət dövrünün praktikası: Müəllimlərlə bağlı yeni qayda nə verəcək
Avropa cəsarətləndi: bizim müəllimlərə mane olan nədir?
Tədrisdə ciddi problem yaranıb: Belə getsə, nə müəllim qazanacaq, nə nəticə olacaq
Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı vakant yerlərin siyahısı açıqlanıb
Ey hörmətli müəllim, hər kənddə, hər şəhərdə meyvələrin olsa da, evin yoxdur