ELM

Köhnə hamam, köhnə tas: Qanunda var, amma tətbiqi dalana dirənib

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov: “Universitetlər distant təhsilə hazırdır, amma tətbiq edə bilmirlər. Çünki Təhsil Nazirliyi distant təhsilə görə verilən diplomu tanımır”

Zülfiyyə Quliyeva, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. Texnologiyanın kifayət qədər inkişaf etdiyi bir dövrdə həyatımızı artıq distant (məsafədən) təhsilsiz təsəvvürümüz mümkün deyil. Xarici ölkələrdə universitetlər hər il distant təhsil hesabına ali təhsil ocağına minlərlə tələbə cəlb edir. Amma Azərbaycanda 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanunda ali təhsil alma formalarından biri kimi distant təhsil qəbul edilsə də, indiyə qədər bunun tətbiqi mümkünsüzdür.

Smartfon - Sputnik Azərbaycan
ELM
Hamı "e" istəyir, nazirlik gözlədir, vaxt gedir, məktəbli böyüyür

Sputnik Azərbaycan ölkəmizin ali təhsil ocaqlarında distant təhsilin tətbiqinə mane olan səbəbləri araşdırıb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Sona Əliyeva bildirib ki, distant təhsil forması qanunda və Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapıb. Amma S.Əliyeva hələlik ölkəmizdə distant təhsilin verilməsi üçün bütün ali təhsil müəssisələrinin tam hazır olmadığını söyləyir. Həmsöhbətimiz deyir ki, söhbət distant təhsilin tətbiqindən yox, keyfiyyətli tətbiqindən gedir: "Bu gün bəzi universitetlər distant təhsil verməyə hazır olsalar da, bu kütləvi xarakter daşımır. Bundan əlavə, distant təhsil məsafədən təhsil olduğundan, bu təhsil formasının keyfiyyətli olması şərtdir. Bunun üçün isə ali məktəblər İKT baxımından tam hazır olmalıdırlar. Həmçinin elektron dərsliklər olmalıdır".

Bilet əvəzinə məktəbli geyimi: Gələcəyimizə niyə güzəşt edə bilmirik?>>

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ölkəmizdə distant təhsilin tətbiq olunmamasının əsas səbəbi distant təhsil mexanizminin hazırlanmamasıdır. Ekspert bildirir ki, Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz: "Bu gün bəzi universitetlər distant təhsilə hazırdır. Amma onlar distant təhsili tətbiq edə bilmirlər. Çünki bu gün Təhsil Nazirliyi də distant təhsilə görə verilən diplomu tanımır".

K.Əsədov deyir ki, bu gün xaricdə distant təhsil alıb ölkəmizə gələnlər də eyni aqibəti yaşayır: "Türkiyədə distant təhsil verilsə də, Azərbaycan vətəndaşı olan tələbələr bundan faydalana bilmirlər. Çünki Təhsil Nazirliyi distant təhsillə bağlı diplomların tanınmaması barədə qərarını xaricdə distant təhsilə də şamil edir. Distant təhsilalma forması bizim normativ hüquqi aktlara uyğun deyil".

K.Əsədov bildirir ki, distant təhsil, xaricə gedib təhsil ala bilməyənlər üçün ən əlverişli təhsil formasıdır. Onun sözlərinə görə, məsafədən təhsilin forması olan distant təhsil, işləyən, ailə vəziyyətinə və sağlamlıq imkanlarına görə xaricə təhsil almağa gedə bilməyənlərin xaricdə təhsil almasına imkan yaradır. Amma hələ də ölkəmizdə heç bir universitet distant təhsil vermir.

Sputnik Azərbaycan ölkəmizdəki nüfuzlu ali təhsil müəssisələrində distant təhsilin gecikməsinin səbəbini öyrənib. Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Pərvanə İbrahimova səbəbini izah etməsə də, BDU-da distant təhsilin hələlik mümkün olmadığını söyləyib. Digər universitetlərdən isə distant təhsilə hazır olduqlarını desələr də, qərar verilmədiyindən tətbiqinə başlanılmadığını söyləyiblər. 

İmtahan - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsildən kənar qalan qız məktəbli oldu - FOTO
Araşdırma zamanı məlum oldu ki, Azərbaycan Dövlət İqtisad Universitetində artıq distant təlimlər aparılır. Universitetin Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elnarə Ömərova Sputnik Azərbaycan-a bildirib ki, UNEC ekstern distant təlimlər aparır. Hətta buna görə sertifikatlar verilir. Onun sözlərinə görə, universitetdə Çin dili distant tədris edilir. Amma ölkə üzrə distant təhsilə başlanılmadığından, UNEC-də distant təhsilin tətbiqi ləngiyir.

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov da BMU-nun texnoloji infrastruktur cəhətdən distant verilən təhsilə hazır olduğunu deyib. Onun sözlərinə görə, hətta Azərbaycanın təhsil qanunvericiliyində distant təhsillə bağlı qanun tətbiq edilərsə, BMU 10 min tələbəyə distant təhsil verə bilər.

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır. Amma bu formada təhsilalma hələ diplomun tanınması demək deyil. "Qiyabi təhsil alanlar həmin ölkənin ərazisində azı 15 gün, əyani təhsil alanlar isə 90 gün semestr ərzində olmalıdırlar. Əgər onların semestr ərzində təhsil aldıqları müddət bundan az olarsa, həmin diplomların tanınmasından imtina olunur", – deyə Təhsil Nazirliyindən bildiriblər.

Xəbər lenti
0