Akif Əlizadə

Akif Əlizadə ərizəsini yazdı

109
(Yenilənib 16:55 23.10.2019)
"Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq" - Akif Əlizadə

BAKI, 23 oktyabr — Sputnik. "İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur".

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq".

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.

109