CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xoruz səsi eşitməyən universitetlər: Ora üz tutmayın, əliboş qalacaqsız

© AFP 2023 / FREDERICK FLORINTələbələr auditoriyada, arxiv şəkli
Tələbələr auditoriyada, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son dövrlərdə attestat əsasında bakalavriat pilləsinə qəbul adı altında keyfiyyətsiz təhsil verən ali təhsil müəssisələrinin sayının ciddi surətdə artması halı Təhsil Nazirliyini narahat edir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Son illər xaricə təhsil üçün üz tutanların sayı artsa da, onların çoxunu narahat edən əsas məsələ ali təhsillərini başa vurduqdan sonra Azərbaycanda diplomlarının tanınıb-tanınmayacağıdır.

 İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Təhsil haqqını ödəyə bilməyən tələbələrə şad xəbər

Təhsil Nazirliyi bildirib ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, distant və ya eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil. Xarici ali təhsil müəssisələrində təhsil alanlar ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət edilməlidir. Ən çox sual doğuran məsələ isə yalnız attestat əsasında xarici universitetlərə qəbul olanların təhsilini bitirdikdən sonra nostirifikasiya üçün müraciət etdikdə yaranacaq problemlərlə bağlıdır.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, ali təhsil müəssisəsinə qəbul olunma növü ekspertiza zamanı nəzərə alınır, lakin bu tanınma üçün yeganə amil deyil: "Son dövrlərdə xaricdə attestat əsasında bakalavriat pilləsinə qəbul adı altında keyfiyyətsiz təhsil verən ali təhsil müəssisələrinin sayının ciddi surətdə artması halı Təhsil Nazirliyini narahat etməkdədir. Qeyd edək ki, ötən tədris ilində xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə 3.629 müraciət daxil olub. Əvvəlki illərdən icrası başa çatdırılmamış müraciətlər də daxil olmaqla, 2018-ci ildə ümumilikdə 3.278 müraciətin icrası yekunlaşdırılıb. Həmin müraciətlərdən 2313-ü təsdiqlənib".

Təhsil üzrə ekspert, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin diplomların tanınması zamanı xaricdə təhsil verən ali məktəbin keyfiyyətini nəzərə alması vacibdir: "Heç kəsə sirr deyil ki, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında ən aşağı nəticə göstərənlər attestatla xaricdə təhsil ardınca gedirlər. Onları həmin ölkədə alacaqları təhsilin səviyyəsi və təhsil müəssisəsinin sanballı olub-olmaması maraqlandırmır. Həmin gənclərin, onların valideynlərinin bir arzusu var ki, əllərində universitet diplomu olsun. 

İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Tələbələrə təhsil kreditinin verilməsi niyə yubanır?
Ona görə də, xaricdə tanınmayan ali məktəbdə də təhsil almağa razı olurlar. Halbuki, istər xaricdə, istər də ölkəmizdə hər bir gənc üçün seçdiyi universitetin səviyyəsi mühüm əhəmiyyət kəsb etməlidir. Bu gün xarici ölkələrdə də, Azərbaycanda da təhsil səviyyəsi o qədər də yüksək olmayan universitetlər var. Xarici ölkələrdəki bu tip universitetlərə axın onunla bağlıdır ki, həmin ali təhsil müəssisələrinə qəbul olmaq asandır. Ona görə də, Təhsil Nazirliyinin diplomların tanınması zamanı bu nüansları nəzərə alması normaldır".

Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq Türkiyədə tanınmış universitetlərin çoxu nazirliyin tövsiyəsinə uyğun olaraq qəbulu attestatla deyil, Dövlət İmtahan Mərkəzinin nəticələrinə görə aparır: "Amma biz xaricdə bütün universitetlərə məcbur edə bilmərik ki, attestatla qəbul aparmasınlar. Bu gün Türkiyədə attestatla 20 mindən yuxarı tələbə təhsil alır. Sözsüz ki, onların bir qismi YÖS-lə qəbul olublarsa, bir hissəsi də attestatla qəbul olunanlardır. Onların diplomlarının tanınması məsələsinə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi baxacaq".

Xəbər lenti
0