Bakı məktəbində dərs prosesi, arxiv şəkli

Paytaxtın bir məktəbində "çevriliş" ediblər

85
(Yenilənib 13:55 17.10.2019)
Xüsusi günlərdə məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri öz vəzifələrindən "kənarlaşdırılırlar"

BAKI, 17 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsində şagird idarəetmə sistemi yaradılıb.

Sputnik Azərbaycan-a bu barədə İdarədən məlumat verilib. Xəbərdə bildirilir ki, şagird idarəetmə sisteminin yaradılmasının əsas məqsədi məktəblilərə özünüidarəetmə, işgüzarlıq, özünəinam kimi xüsusiyyətləri aşılamaq, onların gələcək peşə məsuliyyətini dərk etməsinə dəstək olmaq, şagirdlərin ixtisas seçimi zamanı geniş məlumat almalarına şərait yaratmaq və praktiki tapşırıqlar vasitəsilə məqsədə çatmaq bacarıqlarına yiyələnməsinə kömək etməkdən ibarətdir.

Paytaxtdakı 192 nömrəli tam orta məktəbdə yaradılan şagird idarəetmə sistemi çərçivəsində tədris nailiyyətləri və qabiliyyətləri ilə fərqlənən şagirdlər xüsusi günlərdə məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri kimi vəzifələrdə fəaliyyət göstərərək, məktəbi idarə edirlər. Tədris ocağında mövcud iş rejimi gözlənilir və rəhbər vəzifələri icra edən şagirdlər vəzifələrini uğurla yerinə yetirirlər.

Məktəb idarəetməsində iştirak edən VIII, IX və X sinif şagirdləri tədris prosesi, inzibati və digər işlərlə bağlı müvafiq qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilirlər. Qeyd edək ki, məktəbdə şagird idarəetmə sistemi ilə bağlı "Açıq qapı" günü təşkil olunacaq. "Açıq qapı" günündə valideynlərə layihə çərçivəsində məktəb idarəetməsində iştirak edən şagirdlər və həftə ərzində yerinə yetirilən tapşırıqlar haqqında geniş məlumat veriləcək.

85
Teqlər:
idarəetmə, şagird, direktor, təhsil, məktəb
Əlaqədar
Məktəblilər arasında onları şikəst edə biləcək xəstəliklər artır - ilginc səbəbi
Bilet əvəzinə məktəbli geyimi: Gələcəyimizə niyə güzəşt edə bilmirik?
İşdən çıxarılan məktəb direktorlarının sayı açıqlandı
Bakı məktəblərində süni şagird sıxlığının qarşısı alınacaq
Bir neçə məktəb direktorunun işi hələ də məhkəmədədir
Mars haqda NASA-nın illüstrasiyası

NASA rəhbəri Marsda həyat tapmaq üçün Aydan istifadəni təklif edir

21
(Yenilənib 02:48 18.10.2020)
2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub

BAKI, 18 oktyabr - Sputnik. ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı Milli İdarəsinin (NASA) başçısı Cim Braydenstayn Mars cəmiyyətinin videokonfransı zamanı Mars planetində həyat izlərinin tapılması şanslarını dəyərləndirib.

Braydenstayn qeyd edib ki, Marsda həyat olmasına dair izlər hələ tapılmayıb, amma bunun ehtimalı artmaqdadır. “Nə qədər çox axtardıqca əmin oluruq ki, həyat üçün vacib olan elementlər qədimlərdə Marsda olub və elə indi də var”, - NASA rəhbəri deyib.

O, həmçinin əmindir ki, “Perseverance” (“Təkid”) aparatında quraşdırılmış cihazlar Mars haqda daha çox məlumat toplamağa imkan verəcək. Məsələn, qrunt nümunələri toplamaq, yaxud pilotlu ekspedisiyaya hazırlaşmaq kimi. Braydenstaynın fikrincə, bunun üçün ən qısa yol – Aydan istifadə etməkdir. O dəqiqləşdirib ki, Yerin təbii peykində sonralar Marsda istifadə edilməsi mümkün olan texnologiyaları sınaqdan çıxarmaq, təkmilləşdirmək olar.

“Ayın üstünlüyü ondadır ki, oradan 3 gün ərzində qayıda bilərsən. Nəsə pis bir şey olsa, evimizə qayıda bilərik”, - o deyib.

2020-ci ilin mayında NASA Artemis Accords adlı razılaşma təqdim edib. Orada Ayın mənimsənilməsinin, ərazisindəki faydalı qazıntıların çıxarılmasının beynəlxalq hüququ təsvir olunub. Razılaşmadakı yeni on prinsipə görə, gələcək Ay bazaları ətrafında “təhlükəsiz zona” anlayışı əlavə olunub. Bundan başqa, NASA əldə edilən elmi məlumatların açıq mübadiləsini, eləcə də kosmik aparatların Ayda qeydiyyatını təklif edir.

21
Əlaqədar
Biz Aya salavat çevirəndə baxırıq, onlar təbii peykdə davranış qaydaları hazırlayırlar
Ay səthindəki radiasiya ölçüldü
Ulduzlara yaxın: Yerin müxtəlif yerlərindən gecə səmasının inanılmaz görüntüləri
Venera planetində həyat var?!

Tətil günlərində onlayn dərslər keçirilməyəcək - Nazir

79
(Yenilənib 12:01 16.10.2020)
Təhsil naziri Emin Əmrullayev deyib ki, oktyabrın sonunda ictimaiyyətə təhsilin hansı formada bərpası ilə bağlı açıqlama veriləcək.

BAKI, 16 oktyabr — Sputnik. "Oktyabrın 19-dan noyabrın 2-dək tətil elan olunur. Bu o deməkdir ki, bu və ya digər formada tədris aparılmır. Həmin müddədə onlayn dərslər də olmayacaq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün Operativ Qərərgahın keçirdiyi brifinqdə bildirib. Nazir qeyd edib ki, noyabrda nəzərdə tutulan payız tətilinin 1 həftə uzadılması ilə yerdəyişmə edilib:

"Biz cəbhəyanı ərazilərdə cəbhədə baş verənlərlə bağlı təhsili dayandırmışıq. Bu rayonlarda 340 min şagirdimiz var. Eyni zamanda Bakı və Abşeron əhalinin sxı yerləşdiyi yerdir. Məktəbə gələn şagird və müəllimlər nəqliyyatdan istifadə edir. O səbəbdən onların hərəkəti yoluxmanı artıra bilər. Bu qeyrimüəyyənlik şəraitində vahid şəkildə gözləmək vacibdir. Biz tətil müddətindən istifadə edərək, internet problemini də həll etməyə çalışacağıq. Artıq aidiyyatı qurumlarla bununla bağlı danışıqlara başlanılıb".

Böyük inamımız var ki, ordumuz tərəfindən qələbə qazanıldıqdan sorna hər şeyi normallaşdırmaq mümkün olacaq. Oktyabrın sonunda ictimaiyyətə təhsilin hansı formada bərpası ilə bağlı açıqlama veriləcək", - deyə təhsil naziri əlavə edib.

79
Əlaqədar
Azərbaycan məktəblərində tətil elan edildi - Rəsmi
Nazirlər Kabineti məktəb və bağçaların taleyi barədə qərarını açıqladı
Nazir məktəblərdə tədrisin dayandırılmasının səbəbini açıqladı
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

0
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0