Nobel mükafatı, arxiv şəkli

Kimya üzrə Nobel mükafatının laureatları məlum oldu

34
(Yenilənib 15:32 09.10.2019)
Nobel mükafatları ənənəvi olaraq Alfred Nobelin vəfatı günü olan 10 dekabr tarixində təqdim olunacaq.

BAKI, 9 oktyabr - Sputnik. Amerikalı fizik Con Qudenaf, ingilis kimyaçı Stenli Uittingem və yaponiyalı kimyaçı Akira Yosino litium-ion batareyalarının təkmilləşdirilməsinə dair tədqiqatlarına görə 2019-cu ilin kimya üzrə Nobel mükafatına layiq görülüblər.

“Report” bu barədə Nobel Komitəsinə istinadən xəbər verir.

Oktyabrın 10-da komitənin ədəbiyyat üzrə həm cari, həm də ötən ilin mükafatlarının sahibləri açıqlanacaq. Belə ki, ötən il bu sahə üzrə mükafat verilməyib.

Xatırladaq ki, Nobel mükafatları ənənəvi olaraq Alfred Nobelin vəfatı günü olan 10 dekabr tarixində təqdim olunacaq.

34
İmtahan, arxiv şəkli

Hərarəti olan abituriyentlərin imtahanda iştirakı üçün çıxış yolu var - TƏKLİF

190
"Hesab edirəm ki, hər iki qərar həm ədalətsizlik, həm də təhsilin əlçatanlığı prinsipinin pozulmasıdır. Çünki imtahan stressi, isti hava şəraiti ilə əlaqədar olaraq da şagirdlərin hər hansı birində hərarət qalxa bilər" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Bu gün Azərbaycanda da yayılan koronavirus pandemiyası bütün sahələrə zərər vursa da, bir müddət sonra bir çox fəaliyyət sahələri bərpa olunub. Lakin mart ayından etibarən təhsil ocaqları, tədris müəssisələri və repetitorların fəaliyyəti dayandırılıb ki, bu da buraxılış imtahanı verməyə hazırlaşan 9 və 11-ci sinif şagirdlərinin ali məktəbə hazırlıq prosesinə mənfi təsir edib. Bu faktorlar fonunda ötən gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin çıxışı da abituriyentlərdə narahatlıq yaradıb. Belə ki, M.Abbaszadə bildirib ki, hərarəti olan abituriyentlər imtahan zalına buraxılmayacaq.

Yəni, bu şəxslərin imtahanı sentyabradək təxirə salına bilər. Tədris üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bu qərara etirazını bildirib: "Martdan etibarən tədris prosesi dayandırıldıqdan sonra iki əsas məsələ ortaya çıxdı: dərslərin bərpası və mövcud pandemiya dövründə 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarının verilməsi. Təəssüflər olsun ki, pandemiya ilə əlaqədar olaraq orta ümumtəhsil məktəblərində dərslərin bərpası mümkün olmayıb. Bunun fonunda qəbul imtahanlarının təşkili problemi ortaya çıxdı. Pandemiya ilə əlaqədar olaraq bir neçə yeni qayda ortaya çıxdı ki, onlardan biri imtahan otaqlarında imtahan iştirakçılarının sayı ilə bağlı oldu. İmtahan otağında şagird sayı 12-15 olaraq müəyyənləşdirildi".

"Yeni qaydalardan biri kimi imtahana gələn şəxsin tibbi yoxlanışı da vacibdir və əgər bu şəxslərdən hər hansı birində yüksək temperatur aşkarlanarsa, onun imtahana buraxılışı məhdudlaşdırılır. Lakin bu şəxslərə sentyabrda təkrar imtahan vermək şansı verilir", - deyə ekspert əlavə edib.

O bildirib ki, hər bir imtahan iştirakçısı imtahan vərəqəsinin arxa hissəsində koronavirusla bağlı məlumatın olduğu səhifəyə də imza atmalı olacaq: "Yəni, bu şəxslərin hər hansı birində koronavirus varsa, onlar bunu gizlədirsə, bu zaman həmin şəxslərin imtahan nəticələri ləğv olunacaq. Hesab edirəm ki, hər iki qərar həm ədalətsizlik, həm də təhsilin əlçatanlığı prinsipinin pozulmasıdır. Çünki imtahan stressi, isti hava şəraiti ilə əlaqədar olaraq da şagirdlərin hər hansı birində hərarət qalxa bilər. Bu səbəbdən ən azı iki dəfə onların hərarəti ölçülməlidir".

"Bundan başqa, hesab edirəm ki, imtahana giriş zamanı yüksək hərarəti olan şəxslərə sentyabrda deyil, keçirilən digər imtahanlarda şərait yaradılsın. Mövcud vəziyyətə görə, ölkəmizdə 6 mindən çox şəxsdə koronavirus aşkarlanıb. Bunların hər birini bir ailə hesab etsək, bu o deməkdir ki, 6 min abituriyentin imtahanda iştirakı məhdudlaşdırıla bilər. Bu da düzgün yanaşma tərzi deyil. Onlara ayrı otaqlarda da imtahan vermək imkanı yaradıla bilər. Çünki martdan etibarən repetitorların da fəaliyyətinin məhdudlaşdırılması fonunda əlavə stress faktorunun yaradılması düzgün deyil".

190
Dərsliklər, arxiv şəkli

Dərslikləri qaytarmaq üçün uşaqlara fərqli günlər təyin olundu

14
(Yenilənib 20:47 02.06.2020)
Bəzi siniflərin şagirdləri dərslikləri iyunun ortasından sonra, bəziləri isə avqustun əvvəlindən etibarən qaytarmalı olacaqlar

 

BAKI, 2 iyun — Sputnik. "9-11-ci sinif şagirdlərinin dərslikləri qaytarması iyunun 15-30-u müddətində olacaq. Çünki həmin sinfin şagirdləri məktəbi bitirib gedə bilərlər".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Orxan Abbasov deyib.

Onun sözlərinə görə, digər siniflər bu prosesi avqustun 1-15-də edəcəklər: "I-V sinfin şagirdləri isə dərslikləri sentyabrın 1-15-də təhvil verməli olacaqlar".

14
Əlaqədar
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Bu nazirlik qəbulu iyunun 15-dək dayandırdı
Buraxılış imtahanlarının vaxtı məlum oldu
Dərslərlə bağlı sərəncam verildi
Bəzi müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə. Arxiv şəkli

Prezident Ağdamda “N” saylı hərbi hissədə olub

0
(Yenilənib 16:55 03.06.2020)
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam ərazisində yerləşən “N” saylı hərbi hissədə də olub.

BAKI, 3 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub

İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Prezident İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında da iştirak edib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında

Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam ərazisində yerləşən “N” saylı hərbi hissədə də olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış olub.

0