Məktəb müəllimi, arxiv şəkli

Müəllimlər Gününə Prezidentdən hədiyyə

95
(Yenilənib 18:01 03.10.2019)
Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyev təhsil işçilərini medala layiq görüb

BAKI, 3 oktyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri “Tərəqqi” medalı ilə təltif edilirlər:

Abbasov Abbas İmran oğlu

Abbasova Dilarə Şaban qızı

Abdullayeva Kəlmət Abdulla qızı

Ağayev Sərxan Şaxyəddin oğlu

Babayev Fuad Polad oğlu

Baxşəliyev Elburus Şəkəralı oğlu

Baxşiyev Zamin Şahab oğlu

Bayramov Bəxtiyar Muxtar oğlu

Budaqova Sevinc Budaq qızı

Cabarova Xəyalə Ramiz qızı

Cəbrayılov Vahid Allahyar oğlu

Cəfərov Asif Musa oğlu

Cəfərova Tamam Şaməmməd qızı

Cəlilova İmarət Cəlil qızı

Dadaşov Süleyman İgdalı oğlu

Əhmədova Aliyə Fərman qızı

Əkbərova Bilqeyiz İsmayıl qızı

Ələkbərova Sevinc İkram qızı

Əliyev Firudin İsmayıl oğlu

Əmrahova Samirə Adəm qızı

Gondolova Günay Hacısüleyman qızı

Heydərov Murad Paşa oğlu

Həbibli Samir Çingiz oğlu

Hənifəyeva Nigar Əli qızı

Həsənov Aqil Xəlgüllah oğlu

Həsənov Səyyad Qafar oğlu

Həsənova Şahirə Elbrus qızı

Hüseynov Zaman Salman oğlu

Hüseynova Günəş Kamal qızı

Xəlilova Elnarə Şəmxəlil qızı

Xəlilova Gülnarə Pərviz qızı

Xəlilova Rəna Həsənbala qızı

İsayev Rəhman Niftalı oğlu

İslamova Zahidə Kərəm qızı

İsmayılov Malik Hüseyn oğlu

İsmayılov Nofəl Şahmar oğlu

Kazımova Günel Mayıs qızı

Kazımova Sədaqət Şövkət qızı

Kərimxanova Telli Telman qızı

Qəribova Şəhla Heybət qızı

Quliyev Elməddin Əli oğlu

Quliyev Niyaməddin Əmir oğlu

Quluyev Elşən Əyyub oğlu

Lahıcov Natiq Rafiq oğlu

Məhərov İbrahim Kamran oğlu

Məhərrəmova Sevinc Nəriman qızı

Məhərrəmova Şəlalə Nazim qızı

Məmmədkərimova Tamara Bəşir qızı

Məmmədov Anar Fizuli oğlu

Məmmədov Firqət Siracəddin oğlu

Mənəfova Rəqibə Dursun qızı

Musayeva İzzətxanım Seyfəddin qızı

Mustafayeva Rəhilə Cənnət qızı

Namazov Vüqar Bəhmən oğlu

Nəzərova Viktoriya Nəzərovna

Rzayeva Rəna Xəlil qızı

Rzayeva Ziba Ziyəddin qızı

Səfərov Seyran Əmən oğlu

Tağıyev Vahid Müzəffər oğlu

Tağıyeva Zi̇niyət Vəli qızı

Talıbova Xuraman İman qızı

Vəliyev Ramin Məsim oğlu

Vəzirova İradə Azər qızı

Zeynalova Ayna Əjdər qızı.

95
Teqlər:
Sərəncam, Prezident, xidmət, təhsil, müəllim, məktəb
Tələbələr imtahan verirlər, arxiv şəkli

Rusiyada oxumaq istəyənlər pandemiyaya rəğmən sərhədi keçə bilərlər

482
(Yenilənib 21:19 12.07.2020)
Təhsil və elm komitəsi gənc tələbələrin səhiyyə sisteminə riskinin minimal olduğunu vurğulayaraq təşəbbüsü dəstəkləyib

BAKI, 12 iyul — Sputnik. Rusiya Dövlət Dumasında MDB-dən olan abituriyentlərə koronavirus pandemiyası səbəbindən məhdudiyyətlərə rəğmən, Rusiyaya gələrək qəbul imtahanlarında iştirak etmək üçün icazə verilməsi təklif olunub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, təşəbbüs ölkənin Xarici İşlər Nazirliyi və “Rossotrudniçestvo”ya göndərilib.

Həmçinin bildirilir ki, təkliflər sırasında məzunlara Moskva Dövlət Universitetinin xaricdəki filiallarına gələrək əyani imtahan vermək imkanının yaradılması da səslənib.

Məlumata görə, Təhsil və elm komitəsi gənc tələbələrin səhiyyə sisteminə riskinin minimal olduğunu vurğulayaraq təşəbbüsü dəstəkləyib.

İyun ayında Rusiya Təhsil Nazirliyi “Ali məktəbə onlayn qəbul” servisini istifadəyə verib. Rusiyalı abituriyentlər dövlət xidmətləri portalından istifadə edərək Rusiyanın 54 universitetinə sənəd verə bilərlər.

482
Əlaqədar
Get evinə: ABŞ onlayn təhsilə keçən tələbələri ölkədən çıxaracaq
Bir ətək pul alırlar, verdiklərinə bax: Pandemiya dövründə isə xüsusi həngamə olacaq
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi attestatlarla bağlı məlumat yaydılar
Çayxana qədər olmayan təhsilin çətin günü! Bunun fəsadı ağır olacaq
Ekspert: “Müasir ixtisasların tədrisi üçün peşəkar kadrlara ehtiyac var”
İmza, arxiv şəkli

Baş nazir təhsil sahəsi ilə bağlı qərar verdi

14
(Yenilənib 15:21 11.07.2020)
Şəki Dövlət Texniki Kollecinin Şəki Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statusuna malik olan Şəki Dövlət Regional Kolleci yaradılacaq.

BAKI, 11 iyul — Sputnik. Nazirlər kabineti Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradılacaq.

Lənkəran Dövlət Humanitar Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Şəki Dövlət Texniki Kollecinin Şəki Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statusuna malik olan Şəki Dövlət Regional Kolleci yaradılacaq.

Yaradılan publik hüquqi şəxslər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Bakı İdarəetmə və Texnologiya Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Dövlət Sosialİqtisadi Kolleci, Bakı Humanitar Kolleci, Bakı Dövlət İqtisadiyyat və 3 Humanitar Kolleci, Sumqayıt Musiqi Kolleci, Gəncə Musiqi Kolleci, Gəncə Dövlət Regional Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Şəki Dövlət Texniki Kolleci, Şəki Dövlət Regional Kolleci öz fəaliyyətlərini davam etdirəcələr.

Təhsil Nazirliyi bu Qərarın icrası ilə əlaqədar qənaət edilən maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazanın təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin etməlidir.

14
Milli Məclisin binası, arxiv şəkli

Milli Məclis Aparatı dünən axşam baş verən hadisələrlə bağlı məlumat yayıb

0
(Yenilənib 13:18 15.07.2020)
Ötən gün axşam Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Milli Məclis qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub

BAKI, 15 iyul — Sputnik. Ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məlumatında deyilir.

Açıqlamaya görə, Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb.

Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin Sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub.

Azərbaycan Respublikasının Milli Məclisi olaraq xalqımıza, dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə dövlətin ali qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir.

Bu gün Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyini diqqətə çatdırırıq.

Azərbaycan Respublikası Milli Məclisi olaraq bildiririk ki, xalqımız, dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan Ordumuzun, döyüşlərdə şəhid olan hərbçilərimizin və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıyırıq.

0