CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllimlər iyirmi beş suala cavab verməli olacaqlar

© Sputnik / Murad OrujovУчебный процесс в одной из средних школ Баку, фото из архива
Учебный процесс в одной из средних школ Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtdakı 220 nömrəli məktəb-liseydə keçiriləcək imtahanlarda müəllimlər onlayn şəkildə 25 sualı cavablandıracaqlar

BAKI, 26 sentyabr — Sputnik. Ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Xəbərdə bildirilir ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş imtahanlarda "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulur. Paytaxtdakı 220 nömrəli məktəb-liseydə keçiriləcək imtahanlarda müəllimlər onlayn şəkildə 25 sualı cavablandıracaqlar.

İmtahanda iştirak etmiş müəllimlərə müvafiq ixtisasartırma sertifikatları təqdim olunacaq. Daha sonra həmin müəllimlər oktyabrın 1-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.

Xəbər lenti
0