Müəllimlərin işə qəbulu

Bugünkü səviyyə qane etmir: Müəllimlər stajkeçmə xidmətinə cəlb ediləcəklər

29
(Yenilənib 19:03 20.09.2019)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 ümumi təhsil müəssisəsindən 349 müəllimin qatılması nəzərdə tutulur

BAKI, 20 sentyabr — Sputnik. Ümumi təhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə stajkeçmə xidməti keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Xəbərdə qeyd edilir ki, stajkeçmə xidmətinin əsas məqsədi pedaqoji heyətin fəaliyyətinin səmərəliliyini daha da artırmaq, onların təkmilləşmə prosesinin təhlilini aparmaq, müəllimlərin bilik və bacarıqlarını qiymətləndirmək, stajkeçmə xidmətindən istifadə edən hər bir müəllim üçün fərdi inkişaf planı tərtib etməkdən ibarətdir.

Stajkeçmə xidmətinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 21 ümumi təhsil müəssisəsindən 349 müəllimin qatılması nəzərdə tutulur. 3 ay davam edəcək stajkeçmə xidməti 5 mərhələdən ibarətdir. Müəllimlərin iştirakı ilə fərdi və qrup görüşləri keçiriləcək və dərs müşahidələri aparılacaq. Qeyd edək ki, stajkeçmə xidmətinə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən keçirilən İKT-dən istifadə üzrə təlimlərdə iştirak edən müəllimlər qatılacaqlar.

29
Tələbələr imtahan verirlər, arxiv şəkli

Rusiyada oxumaq istəyənlər pandemiyaya rəğmən sərhədi keçə bilərlər

482
(Yenilənib 21:19 12.07.2020)
Təhsil və elm komitəsi gənc tələbələrin səhiyyə sisteminə riskinin minimal olduğunu vurğulayaraq təşəbbüsü dəstəkləyib

BAKI, 12 iyul — Sputnik. Rusiya Dövlət Dumasında MDB-dən olan abituriyentlərə koronavirus pandemiyası səbəbindən məhdudiyyətlərə rəğmən, Rusiyaya gələrək qəbul imtahanlarında iştirak etmək üçün icazə verilməsi təklif olunub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, təşəbbüs ölkənin Xarici İşlər Nazirliyi və “Rossotrudniçestvo”ya göndərilib.

Həmçinin bildirilir ki, təkliflər sırasında məzunlara Moskva Dövlət Universitetinin xaricdəki filiallarına gələrək əyani imtahan vermək imkanının yaradılması da səslənib.

Məlumata görə, Təhsil və elm komitəsi gənc tələbələrin səhiyyə sisteminə riskinin minimal olduğunu vurğulayaraq təşəbbüsü dəstəkləyib.

İyun ayında Rusiya Təhsil Nazirliyi “Ali məktəbə onlayn qəbul” servisini istifadəyə verib. Rusiyalı abituriyentlər dövlət xidmətləri portalından istifadə edərək Rusiyanın 54 universitetinə sənəd verə bilərlər.

482
Əlaqədar
Get evinə: ABŞ onlayn təhsilə keçən tələbələri ölkədən çıxaracaq
Bir ətək pul alırlar, verdiklərinə bax: Pandemiya dövründə isə xüsusi həngamə olacaq
Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi attestatlarla bağlı məlumat yaydılar
Çayxana qədər olmayan təhsilin çətin günü! Bunun fəsadı ağır olacaq
Ekspert: “Müasir ixtisasların tədrisi üçün peşəkar kadrlara ehtiyac var”
İmza, arxiv şəkli

Baş nazir təhsil sahəsi ilə bağlı qərar verdi

14
(Yenilənib 15:21 11.07.2020)
Şəki Dövlət Texniki Kollecinin Şəki Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statusuna malik olan Şəki Dövlət Regional Kolleci yaradılacaq.

BAKI, 11 iyul — Sputnik. Nazirlər kabineti Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı İdarəetmə və Texnologiya Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sənaye və Texnologiya Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Qida Sənayesi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Qida Sənayesi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradılacaq.

Lənkəran Dövlət Humanitar Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Şəki Dövlət Texniki Kollecinin Şəki Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statusuna malik olan Şəki Dövlət Regional Kolleci yaradılacaq.

Yaradılan publik hüquqi şəxslər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Bakı İdarəetmə və Texnologiya Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Dövlət Sosialİqtisadi Kolleci, Bakı Humanitar Kolleci, Bakı Dövlət İqtisadiyyat və 3 Humanitar Kolleci, Sumqayıt Musiqi Kolleci, Gəncə Musiqi Kolleci, Gəncə Dövlət Regional Kolleci, Lənkəran Dövlət Humanitar Kolleci, Şəki Dövlət Texniki Kolleci, Şəki Dövlət Regional Kolleci öz fəaliyyətlərini davam etdirəcələr.

Təhsil Nazirliyi bu Qərarın icrası ilə əlaqədar qənaət edilən maliyyə vəsaitinin kolleclərin infrastrukturunun gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazanın təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin etməlidir.

14
DİN əməkdaşları, arxiv şəkli

Daxili İşlər Nazirliyi Baş Prokurorluq: Bu cür hərəkətlərdən çəkinin

0
(Yenilənib 12:53 15.07.2020)
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

BAKI, 15 iyul — Sputnik. Cari il iyul ayının 14-dən 15-nə keçən gecə, paytaxtın bəzi sakinləri, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən hərbi əməliyyatlara dəstək və respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanı qarşısında toplaşıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, sonradan həmin yerə gələn bir qrup şəxs vətəndaşlar arasında çaşqınlıq yaratmağa, ictimai qaydanı pozmağa cəhd etmiş, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmamış, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstəriblər. Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Hüquqazidd əməllərin iştirakçılarından bəziləri saxlanılıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi təmas xəttində ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkənin paytaxtında, digər şəhər və rayonlarında hər hansı kütləvi toplantının keçirilməsinin yolverilməzliyini xüsusi qeyd edir, vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə, təmkinli olmağa, dövlətçilik maraqlarını üstün tutmağa, təxribatlara uymamağa çağırır.

0