Sənəddə imza, arxiv şəkli

“Təhsil haqqında” qanuna dəyişiklik edilir

28
(Yenilənib 15:10 17.09.2019)
Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün olan təhsil müəssisələrində yayılmasına yol verilməyəcək

BAKI, 17 sentyabr - Sputnik. “Təhsil haqqında” qanunun 11-ci maddəsinə (Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər) dəyişiklik təklif edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, təklif edilən dəyişikliyə əsasən, qanuna yeni maddələr əlavə edilir.

Təklif edilən 11.6-cı maddəyə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.

Digər təklif edilən 11.7-ci maddəyə əsasən, təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır.

28
Teqlər:
müzakirə, Milli Məclis, qanun, təhsil
Əlaqədar
Ekspert: “Təhsil Nazirliyində İctimai Şuranın yaradılması zəruri idi”
Azərbaycanda İctimai Şuranın yaradılması təhsilə necə təsir edəcək
Təhsilə ayrılan vəsait "dodaq uçuqladır"
“Ali təhsil haqqında” qanun gəlir, ciddi dəyişikliklər gözlənilir
Emin Əmrullayev, arxiv şəkli

Təhsil naziri ilk təyinatına imza atdı

32
(Yenilənib 13:48 29.07.2020)
Müşavir təyin edilən Elnur Nəsibov Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb

BAKI, 29 iyul — Sputnik. Təhsil Nazirliyində yeni təyinat olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazirin əmri ilə Elnur Nəsibov müşavir təyin edilib. O, bu barədə öz sosial şəbəkə hesabında yazıb.

E.Nəsibov bundan əvvəl Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, iyulun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edilib.

32

Bəzi buraxılış qəbul imtahanlarının nəticələri elan olunub

20
9-cu sinif buraxılış, kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə və Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub

BAKI, 26 iyul - Sputnik. 23-24 iyul 2020-ci il tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) və C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarının nəticələri elan olunub.

Sputnik Azərbaycan xəbər verir ki, imtahanların nəticələri 25 iyul saat 22:10-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları;

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanları;

– C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanı.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

9-cu sinif üzrə buraxılış (qəbul) imtahanlarında iştirakı nəzərdə tutulan 2359 nəfərdən 202 nəfər, kolleclərə qəbul imtahanlarında iştirakı nəzərdə tutulan 2559 nəfərdən 902 nəfər, Azərbaycan dili imtahanında iştirakı nəzərdə tutulan 4621 nəfərdən 407 nəfər, C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanında iştirakı nəzərdə tutulan 167 nəfərdən 11 nəfər imtahana gəlməyib. 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

Xatırladaq ki, buraxılış imtahanlarında  iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün  imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

Qeyd: 23 və ya 24 iyulda keçirilən əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

20

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

0
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

0