İşçilər, arxiv şəkli

Təhsil Nazirliyi cəza tədbirlərinə keçib: işdən çıxarır

46
(Yenilənib 14:13 11.09.2019)
"Nəticələri davamlı aşağı olduğundan əmək müqavilələrinin müddəti qurtaran 80 məktəb direktorunun müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib"

BAKI, 11 sentyabr — Sputnik. "Bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir".

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu məsələlərin növbəti tədris illərində aktual olmamasını və müzakirə predmetinə çevrilməməsini arzu edir: “Təhsil sisteminin elektronlaşması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb".

Nazir qeyd edib ki, bu il işlərində yol verdikləri nöqsanlara görə 6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb, onların əmək müqavilələrinə xitam verilib: "10 rayon təhsil şöbəsinin və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbərinə işlərində yol verdikləri nöqsana görə intizam tədbirləri tətbiq edilib. 8 məktəb direktoru, 6 direktor müavininin müqaviləsinə xitam verilib. 29 direktor və 37 direktor müavininə intizam tədbirləri tətbiq edilib. Nəticələri davamlı aşağı olduğundan əmək müqavilələrinin müddəti qurtaran 80 məktəb direktorunun müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələlərə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".

46
Teqlər:
cəza, işdən azad etmə, , məktəb direktoru, Təhsil Nazirliyi, təhsil naziri, orta təhsil, təhsil
Əlaqədar
Beş rayonun məktəb direktorlarının taleyi həll olunur
Direktor müavini olmaq istəyənləri müsahibəyə çağırdılar
Yeni mərhələ başladı – Direktor ola bilərsiz
Azərbaycan hərbçisi, arxiv şəkli

Cəbiş müəllimin davamçıları şagirdlərinə gerçək döyüş zəfəri anladacaqlar

25
(Yenilənib 18:26 21.10.2020)
"Cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər Ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!"

BAKI, 21 oktyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərindən ordu sıralarına qoşulan işçilərin sayı açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ-nin tabeliyində təhsil müəssisələrində çalışan 127 təhsil işçisi Azərbaycan Ordusunun sıralarına qoşulub: "Onlardan 122-si müəllim, 5-i direktor müavinidir. İşğalçı Ermənistan tərəfindən zəbt edilmiş torpaqlarımızın və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması işinin davam etdirilməsi, düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikasının məhv olunması Azərbaycanın güclü ordusunun olduğunu bir daha göstərir.

Ermənistanın son təxribatlarına və hücum cəhdlərinə layiqli cavab verən qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz sözünü deyir, qəsbkar düşmənə öz yerini göstərir. Bu günlərdə on minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək hər an döyüşə getməyə hazır olduğunu bildirir və mübariz ruhda ordu sıralarına qoşulur. Cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!"

25
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Xocalıda kişilərlə birlikdə vuruşan qadın: 5 gün meşədə nəvələrimə qar yedirib saxladıq
"Hərbi forma geyinməyin!" - Əflatun Amaşov
Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb
"Oğullarımla birgə döyüşə getməyə hazıram" – cəbhəyanı kəndlərdə mərmidən qorxmurlar
Cəbrayıllı alim: "Kəndimizi atəşə tutan Hadrut azad olunanda sevincim yerə-göyə sığmadı"
Cəbhəyanı bölgədə məktəb, arxiv şəkli

Cəbhəyanı bölgələrin təhsilsiz qalan uşaqları - Onların bir əlində kitab, digərində ...

64
(Yenilənib 16:48 20.10.2020)
"Müəllimimiz deyib ki, məktəb bağlansa da, biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Bir əlində dərs kitabı, digərində oyuncaq tapançalar... Müharibə dövrünün uşaqları olduqları o məsum çöhrələrindəki kədərdən hiss olunur. Gözlərini atəş səsi ilə açdıqlarından onların oynadıqları oyunlar da elə müharibəni xatırladır. Biz həyətə çatanda balaca qəhrəmanlarımız dava-dava oynayırdılar. Halbuki, bu saatda onlar da digər həmyaşıdları kimi əllərində çanta məktəbdən qayıtmalı idilər.

Təhsil Nazirliyinin məlumatına görə, cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən dərslər dayandırılıb. Həmin məktəblər arasında Ağdam rayonu Üçoğlan kənd orta məktəbi də var. Sputnik Azərbaycan cəbhəyanı ərazidə yerləşən Üçoğlan kənd orta məktəbinin hərbi vəziyyətlə əlaqədar dərsləri dayandırılmış şagirdləri ilə görüşüb, onların dərslərini hansı formada davam etdirməsi ilə maraqlanıb.

Üçoğlan kənd orta məktəbinin ikinci sinif şagirdləri ElşadRəhim Sadıqzadə qardaşdırlar. Onlar yeni tədris ilinin başlanmasını səbirsizliklə gözləsələr də, Ermənistanın dinc əhalini, təhsil müəssisələrini hədəf alması səbəbindən dərsə gedə bilmirlər. Elşad Sadıqzadə deyir ki, həm müəllimləri, həmçinin də sinif yoldaşları üçün çox darıxıb: "Ermənilər kəndimizə raket atırlar. Ona görə də bizim məktəbimizi bağlayıblar. Amma mən çox istəyərdim ki, məktəb açılsın. Çünki sinif yoldaşlarım üçün darıxmışam".

Cəbhədə vəziyyət gərginləşəndən Sadıqovlar ailəsi uşaqları təhlükəsiz yerə apardıqlarından onların müəllimləri və sinif yoldaşları ilə əlaqəsi kəsilib. Elşad və Rəhimin anası Aysel Sadıqova deyir ki, Ermənistan silahlı qüvvələri dinc sakinləri, təhsil müəssisələrini hədəfə aldığından uşaqlar tədrisdən tamamilə kənar qalıblar:

"Nə müəllimlərlə əlaqəmiz var, nə də ki valideynlərlə. Məktəblər bağlanandan öz uşaqlarımıza özümüz müəllimlik edirik. Bizim sığındığımız yerdə nə internet var, nə də ki televizor. Ona görə də uşaqlar teledərsləri də izləyə bilmirlər. Naəlac qalıb dərsi uşaqlara özüm başa salıram. Uşaqlara məktəbin bağlanması çox pis təsir edib. Hər gün məndən dərsə nə vaxt gedəcəklərini soruşurlar. Başa salıram ki, Ermənistan uşaq-böyük bilmir. Sizin həyatınız üçün təhlükə olduğundan məktəb bağlanıb".

Balaca Rəhim isə Ermənistanın atdığı nə mərmilərdən qorxur, nə də ki raketlərdən. Deyir ki, atamın yanına, öz kəndimizə getmək istəyirəm. Oyuncaq tapançasını isə bir saniyə də kənara qoymur. Hətta dərs oxuyanda da oyuncaq tapançası yanında olur Rəhimin: "Bu tapançaları atam alıb bizə. Əgər ermənilər bizə atsalar, biz də onları qorxudacağıq..."

Balacalarla söhbət zamanı öyrənirik ki, məktəblər bağlansa da, dərslərinə bir gün də ara verməyiblər. Rəhim sinfin əlaçısı olduğundan dərslərinə daha məsuliyyətli yanaşır. Onun sözlərinə görə, müəlliminə yaxşı oxuyacağına dair söz verib: "Müəllimimiz deyib ki, məktəb bağlansa da biz dərsimizi oxumalıyıq. Məktəbə qayıdanda bütün tapşırıqlarımızı oxuyub qiymət yazacaq bizə".

Elşad da müəllimin tapşırıqlarına əməl etdiyini söyləyir: "Müəllim deyib ki, hər gün ən azı iki səhifə oxumalıyıq ki, üzündən oxumağı unutmayaq. Mən həm çalışmalarımı həll edirəm, həm də dərslərimi oxuyuram".

Amma Elşadla Rəhim məktəbdə daha həvəslə oxuduqlarını da gizlətmirlər. Deyirlər ki, məktəbdə müəllim onlara ulduz verdiyindən oxumağa daha da həvəsli olurlar. Onların ən böyük arzusu da dərslərinə məktəbdə davam etməkdir. Çox təəssüf ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarının davam etməsi Elşadla Rəhim kimi yüzlərlə cəbhəyanı bölgədə təhsil alan şagirdləri məktəbdən uzaq salıb. Ordumuzun qarşısında aciz qalan Ermənistan mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz var, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Nəticədə cəbhə bölgəsində yerləşən təhsil müəssisələrində dərs cədvəli dəyişdirilib.

64
Əlaqədar
İlham Əliyev: "Mənim əsas vəzifəm torpaqları qaytarmaqdır. Və biz bunu edirik"
Atılan mərmilər Ağcabədi sakinini evsiz qoydu - video
Azərbaycanda təhsil okeanda təkbaşına üzən gəmi ilə müqayisə edildi
Bir gözümüz gülür, bir gözümüz ağlayır - Füzulili deputat
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"

Fikrət Sadıxov: “Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi”

0
(Yenilənib 08:28 23.10.2020)
Politoloq Fikrət Sadıxov deyir ki, baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur
Fikrət Sadıxov: “Azərbaycan artıq status-kvonu qəbul etmir”

“Baza prinsiplərinə gəldikdə, orada hər şey aydın şəkildə yazılıb. Azərbaycanın işğal olunmuş rayonlarının mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur”. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan uzun illər danışıqlar masasında münaqişənin həlli üçün çalışıb:

“Münaqişənin həlli üçün təqdim olunan baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur. Amma Ermənistan aşkar şəkildə bundan imtina etdi. Ermənistan hakimiyyəti seperatçı rejimi danışıqlar masasında görmək istəyirdi. Ancaq bu, Azərbaycan üçün qəbuledilməz idi. Münaqişənin həlli prosesi hərbi müstəviyə keçib və Azərbaycan artıq status-kvonu qəbul etmir. Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi. Azərbaycan torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq”.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0